Рейтинг
+117.98

sağlam həyat tərzi

103 üzv, 929 topik

Vitamin çatışmazlığının həlli

Mən bu resepti bir sağlamlıq verilişində eşitdim, tez yazdım və sizinlə paylaşmağa tələsdim. İnanın ki, çox effektlidir. Mən bu reseptin bir başqa formasından istifadə edirəm. Yəni mənim reseptimdə qara gavalı yoxdur, amma fındıq var. Hərəsindən 200 qramdır. Bir də ki, mən bunu səhərlər boş mədəyə qəbul edirəm. Ən geci bir ay ərzində immuniteti elə gözəl və sağlam yolla qaldırır ki, inanılmazdır!

Sizinlə paylaşmaq istədiyim bu resepti mart-aprel aylarınadək qəbul etmək lazımdır. Bu qarışım vitamin çatışmazlığı zamanı çox böyük dərmandır. Bundan əlavə, hamiləlik dönəmində də istifadə etmək olar. Bu zaman uşaq ana bətnində bu vitaminlərlə qidalandığı üçün onda raxitlik əlamətlərinin büruzə verməsi faizi aşağı düşür.


Davamı →

Şüyüd haqqında bilmədiklərimiz

Bu gün də sizə yazıçı-publisist, biologiya üzrə fəlsəfə doktoru Nübar xanım Həkimovanın araşdırması nəticəsində əldə edilmiş mənbəyə əsasən şüyüdün çoxumuza məlum olmayan kimyəvi və müalicəvi xüsusiyyətlərini təqdim edəcəyik. Ümid edirik ki, faydalanacaqsınız.

Dünya florasının tərkibində şüyüdün 3 növünə rast gəlmək olar. Qafqazda, o cümlədən Azərbaycanda mədəni halda bir növü – ətirli şüyüd geniş surətdə mədəni halda həyətyanı sahələrdə əkilib becərilir. Şüyüd kəskin ədviyyə xüsusiyyətli tama malikdir. Bundan təzə, qurudulmuş və turşuya qoyulmuş halda istifadə edilir. Şüyüdün tam çiçək açmış yaşıl hissəsindən tərəvəz məhsullarının konservləşdirilməsində, ətirli sirkələrin hazırlanmasında geniş istifadə edirlər. Qurudulmuş şüyüd ət, balıq və tərəvəzlərdən hazırlanan xörəklərin tərkibinə qatqı kimi əlavə olunur.


Davamı →

Keçi südünün təəccübləndirən faydaları

Keçi südü son zamanlarda xərçəngə qarşı əhəmiyyətli bir «döyüşçü» olaraq tanınır. Ancaq keçi südünün faydaları bununla məhdud deyil. Keçi südü normal südə nisbətən həmişə içilməsə də, əslində əsrlərdir şəfa verir. Belə ki, izah edilənlərə görə 16-cı əsrdə xəstələnən Fransa Kralı 1-ci François Qanuni Sultan Süleymanın göndərdiyi keçi südü ilə sağlamlığa qovuşur. İndi keçi südü Avropada xüsusi əczəxanalarında satılır. Sanki təbii bir dərman vəzifəsi görən keçi südünü daha yaxından tanıyaq.

Davamı →

Qırmızı şərabın faydaları

Bir qədəh şərab uzun, gərgin gündən sonra sizi dincəltməkdən daha çox şeyə qadirdir. Qədərində (qadınlar üçün bir qədəh, kişilər üçün iki qədəh) içilən şərab möcüzəvi faydalara malikdir.Uzun ömürlülüyü təşviq edir. Qırmızı üzüm qabığında olan birləşmə yaşlanmaya səbəb olan xəstəliklərdən qoruyan protein ifrazını artıraraq yaşlanmaya mane olur. Şərab içənlərdə spirtli içki və pivə içənlərdən fərqli olaraq yaşlanma 34 % aşağıdır.Yaddaşı inkişaf etdirir.

Davamı →

Badam südü nədir, faydaları nələrdir?

Ölkəmizdə çox tanınmayan badam südü, bir çox ölkədə istifadə edilir. Xüsusilə ABŞ-da inək südünün alternativi olaraq marketlərdə satılır. Lakin Azərbaycanda marketlərdə tapmaq çətin olduğu üçün, badam südünün evdə necə hazırlamaq lazımdır.

Badam südünün inkişaf etmiş ölkələrdə bu qədər məşhur hala gəlməsinin bir çox səbəbi var. İnək südünün səbəb olduğu həzm problemləri badam südünün bu qədər məşhur olmasının səbəbləri arasında iştirak edir. Çünki badam südündə, inək südündə olan və həzm problemlərinin mənbəyi olan laktoza yoxdur. Ayrıca badam südündə xolesterol də yoxdur.


Davamı →

Yaddaş gücləndirmək üçün 6 tövsiyə

  1. Sağlam qidalanın
    Yağ və xolesterol nisbətini sağlam səviyyədə tutan bir şəkildə yemək ürək xəstəlikləri riskini azaldır və yaddaşın, digər idrak funksiyalarının sağlam inkişafını təmin edir. Digər tərəfdən, balıq və qoz-fındıq kimi omeqa-3 ilə zəngin qidaların yaddaş artırıcı təsiri var.
  2. Yuxu
    İndiana Universiteti Nevrologiya Mərkəzinin mütəxəssislərinə görə, gənc yaşlarında gecə qeyri-kafi və nizamsız yatanlar yaşlandıqca daha çox yaddaş itkisi yaşayır. İdeal olaraq, yeddi-səkkiz saatlıq fasiləsiz yuxu vacibdir.
  3. Kifayət qədər məşq edin

Davamı →

Saqqızın sağlamlığa ziyanı

Gözlərimizi açıb ətrafımıza diqqətlə baxaq, çarəsiz nə qədər xəstələr görərik və bu xəstəliklərin nə qədər cavan insanları yaxaladıqlarının şahidiyik. Diqqət edin nə qədər cavan insanlar bu gün xərçəngdir, bizim bəzən adi saydığımız yeyəcəklər, içəcəklər xərçəng mənbəyi olduğunu bilmirik və hər gün də istifadə edirik.

Bu gün demək olar ki, cavan nəslin çox hissəsi saqqız çeynəyir və saqqızı adi, təhlükəsiz hesab edib ondan istifadə edir. Gəlin baxaq saqqız həqiqətən də ziyansızdırmı?!


Davamı →

Orqanizmdə kalsium çatışmazlığını bildirən əlamətlər

Bel yırtığının qarşısını almaq üçün hərəkətsiz qalmayın
Bel yırtığı halları hərəkətsizliyin əsas nəticəsidir. Stolüstü işdə uzun müddət çox çalışmaq əzələ yorğunluğuna səbəb olur. Bunun qarşısını almaq üçün masada işləyənlərin bir saat oturduqdan sonra 10 dəqiqə qalxıb yerimələri və əzələlərini məşqlərlə işlətmələri çox faydalıdır. Uzun müddət maşın sürənlərdən birisinizsə, eyni şəkildə fasilələr vermək faydalıdır.


Dik oturun və belinizi dəstəkləyin
Oturma tələb edən ofis işlərində işləyirsinizsə və kreslonuz belinizi yetərincə dəstəkləmirsə, bel yastığı ala bilərsiniz. Mümkün qədər dik oturmağa çalışmalısınız. Yanlış oturuş vəziyyəti bel ağrısının əsas səbəblərindən biridir.
İdman
İdman bir çox sağlamlıq problemi üçün faydalıdır. Ancaq seçdiyiniz idman növünün belinizi gərginləşdirməməsi vacibdir. Bel yırtığının qarşısını almaq üçün əvvəlcə onurğanı qoruyan idman növləri ilə məşğul olmağınız məsləhətdir. Ağırlıq və ya aktiv bədən hərəkətləri tələb edən idman növləri riskə səbəb ola bilər. Yırtığı olan və ya bunun riski olan birisi üçün ən zərərsiz idman üzgüçülükdür. Xüsusilə sərbəst və arxa üzgüçülük üstünlük verilə bilər, çünki əzələləri gərginləşdirməsə də, intensiv işləyir. Üzgüçülüklə yanaşı, gəzinti və velosiped sürmə kimi yüngül idman növləri də bel əzələlərini gücləndirir və fəqərələr arasındakı disk deformasiyalarının qarşısını alır.

Davamı →

Mürəbbələrin inanılmaz faydaları

Yay aylarında demək olar ki, bir çoxların evində qışa hazırlıq üçün mürəbbə və turşu tədarükü görülür. Hazırlanan bu mürəbbələrin insan sağlamlığına faydalarından xəbəri olanlar da var, olmayanlar da. Gəlin bu mürəbbələrin bəzilərinin faydaları ilə birlikdə tanış olaq.

  • Moruq mürəbbəsi –

Davamı →

Bildirçin yumurtasının faydaları

Bir çox adam bildirçin yumurtasının faydalarının fərqində deyil. Son zamanlarda aparılan araşdırmalarda bu şəfalı yumurtanın olduqca asan tapılan və çox faydalı olan bir yumurta növü olduğu ortaya çıxıb. Çəki baxımından, 3-4 bildirçin yumurtası təxminən 1 toyuq yumurtasının çəkisinə bərabərdir. Lakin tərkibindəki minerallar, vitaminlər və qidalanma cəhətdən bildirçin yumurtası toyuq yumurtasını üstələyir. İndi isə, gəlin bu yumurtanın faydaları ilə tanış olaq:
  • Tərkibinə yüksək miqdarda A və B2 vitaminləri daxildir
  • Bədəninizdəki vitamin ehtiyacının böyük hissəsini təmin edir
  • Yüksək nisbətdə zülal və amin turşusu ehtiva edir

Davamı →