Qara ciyəri möhkəmləndirən vasitələr
Qara ciyər insan orqanizmində ən əsas orqanlardan biridir.
Qara ciyərin sağlamlığı bütün orqanizmin sağlamlığında əsas rollardan birini oynayır. Qara ciyər orqanizmin filtridir. Filtr "çirklənəndə", şlaklar, toksinlər və s. ziyanlı maddələr orqanizmdə yığılmağa başlayır və bu bütün orqan və sistemlərin fəaliyyətinə mənfi təsir edir.
Spirtli içkilərin qəbulu, siqaretlərin çəkilməsi, düzgün olmayan qidalanma (menyuda daim qızarmış, çox yağlı, duzlu, istiotlu, konservləşdirilmiş, hisə verilmiş qidaların, fast-fud qidaların və s. olması), dərman preparatların nəzarətsiz qəbulu, pis ekoloji şərait, streslər və s. mənfi faktorlar qara ciyərin sağlamlığına ciddi zərbə vurur. Nəticədə insanda qara ciyərin funksiyasının pozulması simptomları meydana çıxır — sağ tərəfdə qabırğa altı nahiyəsində ağrılar, qida qəbulundan sonra ağırlıq, zəiflik, halın pisləşməsi, tez-tez təkrarlanan «səbəbsiz» baş ağrıları, dilin üzərində ağ və ya sarı ərp, ürəkbulanması, ağızda daim acı dadın olması, gəyirmə, qarında köp, qəbizlik və s.
Ardı →