Рейтинг
+117.98

sağlam həyat tərzi

103 üzv, 926 topik

Qızılgül suyu təbii antidepressant və antiseptik

Dahi alim və həkim Avisenna qızıgülün faydalı xüsusiyyətlərinə böyük elmi əsər həsr etmişdir.

Ta qədimdən qızılgül suyu və yağı müalicəvi və kosmetik vasitə kimi geniş istifadə olunurdu.

İnsanların əksəriyyəti bilir ki, qizilgülün ətri əhval-ruhiyyəni yaxşılaşdırır. Bunu tibb də təsdiq edir. Qızılgülün ətri insanın sinir sisteminə sakitləşdirici təsir edir, stresslə və depressiya ilə mübarizə etməyə kömək edir. Qızılgül əsl təbii antidepressantdır.

Gərgin iş günündən sonra üzünüzü qızılgül suyunda isladılmış pambıqla silin və bir qədər uzanın. Bu sizi sakitləşdirəcək və gərginliyin azalmasına kömək edəcək.

Qızılgül suyu ilə vannalar da çox yaxşı sakitləşdirici təsir edir. Vannanı ilıq su ilə doldurun və ora 1 stəkan qızılgül suyu tökün. Belə vannalar həmçinin bədən dərisinə də çox müsbət təsir edir — cavanlaşdırır, daha hamar edir, sellülitlə mübarizə aparır.


Ardı →

Bağırsaqlara faydalı 7 qida

Bağırsaqların sağlamlığı və həzm sisteminin düzgün işləməsi üçün bu 7 qidanı yemək vacibdir.

İnanılmaz probiotik xüsusiyyətləri olan sarımsaq bağırsaqlardakı zərərli bakteriyaları məhv edər və immuniteti gücləndirər.

Lif və flavonoidlə zəngin olan kəvər həzm sistemini dəstəkləyən fermentlərlə zəngindir.

Yer almasının tərkibindəki probiotik xassəli inülin maddəsi tox hiss etmənizə kömək edər.

Turp tərkibindəki birləşimlər sayəsində bağırsaqdakı faydalı bakteriyaların sayını artırar, tox hiss etdirər və həzm sistemini rahatladar.


Ardı →

Qarabaşağın düzgün bişirilməsi

Qarabaşaq yarması «yarmaların kraliçası» adlandırırlar. Bunun səbəbləri çoxdur.

Qarabaşaq yarması ən xeyirli yarmalardan biridir. Onun tərkibində əvəzolunmaz aminturşular, vitaminlər, dəmir, kalium, fosfor, mis, kalsium kimi faydalı mikroelementlər var.

Qarabaşq rutinlə zəngindir. Bu maddə güclü antioksidant xüsusiyyətlərinə malikdir ki, orqanizmdə gedən qocalma proseslərini ləngidir, kapilyar və damarların divarlarını möhkəmləndirir, vitaminlərin orqanizmə olan təsirini artırır.

Qarabaşaq sıyığı uşaqlar, hamilə qadınlar və yaşlı insanların qidalanmasına mütləq əlavə etmək lazımdır.


Ardı →

Sağlam məsləhətlər

Süfrələrimizin tacı olan çörək haqqında çox maraqlı faktlar açıqlanıb. Həqiqi çörək necə olmalıdır? Gündə nə qədər və hansı növ çörək yeyə bilərik? 

Tam buğda unundan hazırlanmış və yetəri qədər mayalanmış çörəyin bir zərəri yoxdur. Əsas problem çörəkdə deyil, unun ağ olmasında və düzgün mayalanmamasındadır. Həqiqi çörək sərt, ləzzətli və doyumludur. Ancaq ağ, pambıq kimi yumşaq çörəklər doyurucu olmamaqla yanaşı, qan şəkərinin yüksəlməsinə səbəb olur.

Sağlam qidalanmaq üçün gündə neçə dəfə yemək lazımdır ?
Normal olaraq hər birimiz gündə 3 dəfə yeməyə çalışırıq. Ancaq yeməyin sayına baxmazlar. Nə vaxt aclıq hissi duydunsa, yeməlisən və doyan kimi süfrədən qalxmalısan. Yemək ayaq üstə deyil və yavaş yeyilməlidir.
Ardı →

Sellülitə fərqli baxış

Kim deyib ki, selülit bu qədər qorxulu bir şeydir?
Hər bahar, hər yay eyni kabusu görməyə başlayırıq. Havalar istilənəcək, bikinilər geyiləcək və bu selülitlər necə görünəcək? Əvvəl özünüzü, sonra sevgilinizi selülitlə barışdırın.
1. Selülit xəstəlik deyil: Nə qədər bəzi tibb mütəxəssisləri televiziyalara, jurnallara çıxıb selüliti dövrün vəbası yerinə qoyub saatlarla şərhlər versələr də, əslində selülit xəstəlik olaraq qiymətləndirilmir. Selülit bir dövran pozuqluğu və yalnız virtual bir problemdir. Tamamilə kosmetika sektorunun yaratdığı bir gözəllik silahıdır. Təbii ki, kosmetika sektorunun açdığı yolda maqazin sektoru da tam irəli gedir. Bir düşünün, selülit deyə bir anlayış olmasa, maqazin jurnalları səhifələrini nə ilə doldurar. ‘Gözəlliyini selülit kölgədə qoyub!' kimi xəbərlər etməyincə nə edəcəklər? Amma nə qədər şokedici olsa da eriraf edək ki, selülit az və ya çox bütün qadınlarda var.
2. Bundan yalnız bir neçə əsr əvvəl qadınların ətli budlu olması xüsusi seçilərmiş. Arıq qadına kasıb, xəstə gözüylə baxılarmış. Bu gün isə hamımızın bildiyi kimi nə qədər arıqsansa, o qədər gözəlsən. Köhnədən ağ bədənli olmaq zənginlik göstəricisiymiş. Çünki bürüncləşənlər tarlada işləyən qadınlar olarmış. Amma bu gün bürünc olmaq cazibədar olmanın ən əhəmiyyətli şərtlərindən biridir. Yəni zamanla birlikdə bəyənmələr və zövqlər dəyişir. Demək ki, yaxında bir gün selülit də dəbdə olacaq.
3. Qadın kimi qadın istəyirsinizsə selülitə razı olacaqsınız: Kişilər son zamanlar qadınların kişiləşməsindən şikayət edirlər. Qadınların iş həyatındakı müvəffəqiyyətini, əlaqələrindəki azadlıq anlayışını qısqanıb ‘kişi kimi qadın istəmirik' deyə qiyam qaldırırlar. Yaxşı qadın kimi qadın olmanın ən əhəmiyyətli dəlillərindən birinin selülit olduğunu söyləsək necə? Selülitin kişilər deyil, qadınlarda görülməsinin səbəbi məhz budur. Çünki kişilik hormonu selülitin meydana gəlməsinə maneə törədir. Qadınlıq hormonu olan estrogen isə tam tərsinə selülitə səbəb olur. Yəni kişilərə xəbərdarlıq: əgər ətraflarında heç selülitsiz bir qadın varsa bilsinlər ki, kişi kimi bir qadınla qarşı-qarşıyadır.
Davamı →

Qadın çantasında olan 6 toksik əşya

Bildiyimiz kimi qadın çantasında heç də az əşya olmur. Hər gün bu əşyalarla kontaktda olan qadınların çoxu, təəssüf ki, bu əşyaların toksik olduğunu və sağılamlıq üçün təhlükə yaratdığını bilmirlər.

Telefon, dodaq üçün balzam, ətir — bunlar sağlamlıq üçün təhlükəsiszdir?

Sizə çantada olan ən toksik əşyaların siyahısını təqdim edirik:

— Telefon. Hal hazırda mobil telefonun dəqiq ziyanı haqda tam dəqiq məlumat verilməsə də, aparılan təcrübələrə əsasən məlum olub ki, telefondan olan elektromaqnit şüalanma döş xərçəngi hüceyrələrinin inkişafını 4 dəfə, spermatozoidlərin ölümünü isə 3 dəfə tezləşdirir. Mütəxəssislər zəng etmək əvəzinə sms yazmağı məsləhət görürülər. Danışıq zamanı isə telefonu başdan bir neçə sm uzaq tutmaq lazımdır.

— Əl üçün antiseptik gel. Məlumata görə, əl üçün bu gellərin tərkibində xlorid benzolkoniyası vardır. O isə sağlam adamlarda belə astma xəstəliyi yarada bilən maddələr qrupuna aid edilir. Çalışın antiseptik vasitələr aldıqda sprit əsaslı olanlarına üstünlük verin.Bu vasitələrdən istifadə edərkən allergik reaksiyalara da fikir verin.
Ardı →

Orqanizmi cavanlaşdıran qidalar

Daim insan orqanizmində yığılan toksinlər, şlaklar, azad radikallar və digər ziyanlı maddələr orqanizmdə gedən qocalma proseslərini sürətləndirir, müxtəlif orqan və sistemləri zədələyir, mübadilə prosesləri pozur.

Dünya alimlərin tədqiqatları nəticəsində məlum olub ki, müəyyən qidalar orqanizmi bu ziyanlı maddələrdən təmizləyir, qocalma prosesləri hüceyrə səviyyəsində ləngidir, orqanizmə cavanlaşdırıcı təsir edir. Lakin belə qidaları mümkün qədər tez-tez qəbul etmək lazımdır.

Beləliklə, orqanizmi cavanlaşdıran qidalar:

Üzüm
Amerika alimləri tədqiqatlar nəticəsində belə qərara gəldilər ki, üzümün (xüsusilə üzümün tünd növlərininin) tərkibində olan maddələr orqanizmə cavanlaşdırıcı təsir edir, hüceyrələrdə toplaşaraq toxumaların qocalmasına səbəb olan azad radikalları orqanizmdən xaric edir.

Bundan əlavə üzüm dərinin vəziyyətinə də çox müsbət təsir edir, dəridə qırışların əmələ gəlməsinin qarşısını alır.

Bütün dediklərimizi kişmişə də aid etmək olur.


Ardı →

Fol turşusu

Fol turşusu (B9 vitamini) insan orqanizmi üçün ən vacib olan vitaminlərdən biridir. Bu vitamin mübadilə proseslərində, qan hüceyrələrin yaranmasında iştirak edir, immun və mədə-bağırsaq sistemlərinin fəaliyyətində mühüm rol oynayır.

Orqanizmdə olan fol turşusunun defisiti özünü çox vaxt heç bir əlamətlə büruzə vermir. Lakin tədqiqatlara əsasən, məhz bu vitaminin çatışmazlığına (digər vitaminlərlə müqayisədə) daha tez-tez hallarda təsadüf edilir. İlk növbədə fol turşusunun çatışmazlığı zamanı anemiya (qanazlığı) inkişaf edir. Bu anemiya növü zamanı eritrositlərin (qan hüceyrələri) sayı azalır, onların funksiyası pozulur. Əgər bu defisit  vaxtında təshih olunmasa, iştahanın pozulması, əsəbilik, yorğunluq, saçların tökülməsi, dəri problemləri, ishal və s. kimi simptomlar meydana çıxır.

Fol turşusu xüsusən hamiləlik zamanı çox vacibdir. Məsələ burasındadır ki, bu vitamin dölün sinir borucuğunun (daha sonra sinir borucuğundan baş beyini formalaşır) inkişafında böyük rol oynayır. Bundan əlavə fol turşusu ciftin formalaşması üçün çox vacibdir.

Hamiləlik zamanı fol turşusunun çatışmazlığı ilk növbədə dölün sinir sisteminə mənfi təsir edir. Nəticədə döldə hidrosefaliya, anensefaliya (baş beyinin olmaması), beyin yırtıqları və s. ciddi qüsurlar inkişaf edə bilər. Fol turşusunun defisiti hamiləliyin vaxtından tez pozulmasına, cift çatışmazlığına səbəb ola bilər.

Adi vaxt insan orqanizminə gün ərzində 200 mqr fol turşusu tələb olunur. Hamilə qadınlar üçün gün ərzində 400 mqr (bəzi tədqiqatçıların fikirinə görə hətta 800 mqr) fol turşusu lazımdır.


Ardı →

Çayın müalicəvi xüsusiyyətləri

Gündə içdiyimiz adi qara çay həmçinin çox effektli profilaktik və müalicəvi vasitədir.

Çayın tərkibində «kofein» maddəsi var. Bu maddə sinir sistemin fəaliyyətini yaxşılaşdırır, əqli və fiziki fəallığı artırır, yorğunluğu aradan qaldırır, orqanzmə tonuslaşdırıcı təsir edir, əhval-ruhiyyəni yaxşılaşdırır.

Arterial təzyiqinin enməsi zamanı tünd çay təzyiqin normallaşmasına kömək edir. Belə vəziyyətlərdə tünd çayı təcili yardım vasitəsi kimi istifadə etmək olar.

Çay damarları genişləndirir, damarların spazmızı aradan qaldırır. Çayın bu faydalı xüsusiyyəti onu baş ağrıları zamanı (xüsusilə miqren zamanı) çox təsirli müalicəvi vasitə edir. Başınız ağrıyırsa 1 fincan təzə çay için və bir qədər uzanın. Bir müddətdən sonra siz ağrının azalmasını hiss edəcəksiniz.


Ardı →

Sonsuzluğa səbəb yoxdur. Bəs hamiləlik niyə baş tutmur?

Bir çox ailə cütlüklərini bu sual narahat edir.

Sirr deyil ki, ailə qurulduqdan 1-2 ay sonra qohum-qonşu cavan qadından «bir xəbər var?» soruşmağa başlayır. Vaxt keçdikcə bu məsələyə olan diqqət  daha da artır, cavan ailənin «problemi» daim müzakirə olunmağa başlayır. Bu isə həm cütlükdə olan münasibətlərə mənfi təsir edir, həm də hamiləliyin ehtimalını azaldır.

Məsələ burasındadır ki, daim yalnız hamiləlik haqqında düşünən və bunun nəticəsində ağır stess vəziyyətinə düşən qadında «psixogen sonsuzluq» inkişaf edə bilər. Bu halda səhhətində sonsuzluq üçün heç bir səbəbi olmayan qadın naməlum səbəblərə görə hamilə qalmır. Əksinə isə sakit və rahat şərait, stresslərin olmaması qadında hamiləliyin ehtimalını artırır.

Beləliklə, ailə qurulduqdan neçə müddət sonra (hamiləlik baş tutmadığı halda) artıq həkimlərə müraciət etmək lazımdır?


Ardı →