Рейтинг
+117.98

sağlam həyat tərzi

103 üzv, 926 topik

Beyini qocaldan amillərə qarşı mübarizə

Beyin həssas orqanlardan biri olmaqla yanaşı, bədənimizdə ən çox oksigent istifadə edən və hər mərhələdə mükəmməl xüsusiyyətə malik olan orqandır.ABŞ-ın Vircinya ştatının eyni adlı universitetində aparılan tədqiqatlar, insan orqanizmində qocalığın ilkin əlamətlərinin ilk öncə beyində göstərdiyini müəyyən edib.
30 yaşından sonra unutqanlıq, yaddaş zəifliyi kimi problemlər də ola bilər. Ən çox oksigen istifadə edən beyin, hər mərhələdə mükəmməl xüsusiyyətə malikdir. 
Beyin sarsıntısı, beyin infarktı və ya anevrizması, baş ağrısı kimi xəstəliklər isə bütövlükdə sağlamlığa təsir göstərir. Bunun üçün beyin xəstəliklərini törədən amillərdən uzaq olmaq, düzgün qidalanmaq və mülicə götürmək, beyin gimnastikasına vaxt ayırmaq yetərlidir. Yüngül baş ağrıları üçün reseptə uyğun dərmanların istifadəsi məsləhətdir.
Ardı →

Yoqa bel ağrısını sağaldır

Alimlər bel ağrılarının müalicəsində yoqanın xeyirli olub-olmadığını araşdırırlar.
Britaniyada milyonlarla adam xroniki bel ağrısından əziyyət çəkir. Mövcud müalicə metodları isə məhdud təsirə malikdir.

Alimlərdən, yoqa müəllimlərindən və həkimlərdən ibarət dəstə birləşərək 12 həftəlik yoqa kurslarının fərqli təsirə malik olub-olmayacağını müəyyən etmək istəyirlər. Artrit Araşdırma Kampaniyasının dəstəklədiyi bu layihə iki növ yoqada istifadə edilən hərəkətləri nəzərdən keçirəcək.

Yoqa zehni diqqətlə fiziki hərəkətləri nəzərdə tutur. Yoqa bel ağrılarının müalicəsində istifadə edilə bilər. Söhbət İyengar və Hatha Yoqa növlərindən gedir. Ötən 18 ay ərzində bel ağrılarından şikayət edən 18 ilə 65 yaş arasında olan 260-dan çox adam sınaq məşğələlərdə iştirak edəcək.

York Universitetinin sınaqlar şöbəsinin direktoru David Torgerson və direktor müavini Cenifer Klaber Mofetin fikrincə, yoqanın həqiqətən də xeyirli olduğunu sübuta yetirmək üçün daha böyük sınaqlar keçirilməlidir.

Nəzərəçarpan nəticə isə Professor Torgerson deyir ki, sınaqlar yoqanın xeyirli olduğunu sübuta yetirərsə, onda bu, bel ağrılarından əziyyət çəkən xəstələrin həyatını əhəmiyyətli və ucuz şəkildə dəyişmiş olacaq. Yoqa əzələlərin dartılması və möhkəmlənməsi ilə əzələ dözümlülüyünü artırır.


Davamı →

İmmuniteti gücləndirən qidalar

Bu qidalar soyuqdəymə, qrip və uçuq kimi infeksiyaların səbəb olduğu sağlamlıq probemlərinə qarşı immuniteti gücləndirir.

Xolesterol səviyyəsi yüksək olduğundan çox yeyilməyənyumurta sarısı yüksək midqdarda protein tərkiblidir və immunitet sistemini gücləndirir. Tərkibindəki sink və selenium da immuniteti dəstəkləyir.

Hindistan qozu yağının tərkibindəki laurik asidin antimikrobial, antifungal, antibakterial və antioksidan xüsusiyyətləri var.

Laurik asid uçuq, qrip, soyuqdəymə, hətta HİV kimi virus və bakteriyalara qarşı təsirlidir. Tərəvəz bişirərkən yeməklərə azca əlavə edərək təsirini görərsiz.

Sarımsaq immunitet sistemini gücləndirən ən faydalı qidalardan biridir. C vitamini ilə qəbul edildiyində daha çox təsirli olur. Tərkibində ona qoxusunu bəxş edən alisin maddəsi bakteriya və viruslara qarşı təsirlidir. Həftədə 2-3 dəfə yeyildiyində sütun xərçəngindən qoruyur.

Göbələklərin tərkibində antiviral, antibakterial, antişiş xassəli betaqlekanlar immuniteti dəstəkləyir və infeksiyalara qarşı mübarizə aparır.


Davamı →

Balıq yeməyin faydaları

Sizi gənc saxlaya biləcək qidaların arasında ilk yerdə balıq durur.Hər növ balıq doymuşluq səviyyəsi aşağı yağla yüksək keyfiyyətdə və asanlıqla həzm olunan proteinlərin qaynağıdır.Balığı digər protein qaynaqlarından fərqləndirən əlamət içində olan yağ növü və yağ turşusu miqdarıdır.

Dəniz məhsulları qidalanma üçün çoxdur.Qısaca,balığın tərkibində yüksək miqdarda protein,vacib vitamin və minerallar vardır.Doymuş yağ və kalori miqdarı onlarda yüksək deyil.

Dəniz məhsulları əsas amin turşularının hamısını təqdim edən mükəmməl bir protein qaynağıdır.Dəniz məhsullarında olan protein asan həzm olunur,bunun üçün də hər yaşda olan üçün mükəmməl bir qidadır.

Dəniz məhsulları çox yaxşı B vitamini qaynağıdır.Sağlam inkişaf və böyümə üçün lazım olan kalsium,magnezium,potansium,fosfor,kükürd,florin,selenium,yod kimi əsas maddələr onun tərkibində var.

Bir çox dəniz məhsullarındakı xolesterin səviyyəsi yüksək deyildir.Balıqdakı xolesterin miqdarı ümumilikdə aşağı olsa da qabıqlı dəniz heyvanlarında bu miqdar yüksələ bilər.Lakin xolesterin səviyyəsi yüksək olan qidalarda belə bu miqdar yumurtadakından aşağıdı.

Dəniz məhsullarında çox az miqdarda yağ olur.Bunlar da «yaxşı yağlar»dır.Bu məhsullarda doymuş yağ miqdarı digərləri ilə müqayisədə çox azdır.

Yeməklərinizdə qırmızı ət yerinə balığa yer verməklə ümumi yağ və doymuş yağ qəbulunuzu xeyli azalda bilərsiz.


Davamı →

Zəli Möcüzəsi

Qara, sürüşkən, qurdabənzər və qanla qidalanan zəlilərdən çox vaxt iyrənirik. Halbuki bu «təbiət həkimləri» bəzən insanların elə orqanlarını sağaldırlar ki, həkimlərin özü belə bunu bacarmır. Xoşagəlməz təsir bağışlasa da, müasir dövrdə zəli insanların bir çox dərdinin dərmanına çevrilmişdir.

Qeyd edək ki, zəli 1984-cü ildən «Qırmızı Kitab»-a daxil edilmişdir. Ona təbii şəraitdə yalnız Rusiyanın cənubunda, Azərbaycanda, Ukraynada, Macarıstanda, İsraildə və Fransada rast gəlinir. Dünyada zəlinin 400-ə qədər, Azərbaycan da isə 17 növü var ki, bunun ancaq üçü (Şərq zəlisi, aptek zəlisi, tibb zəlisi) tibdə istifadə edilir. Bütün dünyada zəlinin ən yaxşı növlərindən biri — Şərq zəlisi Azərbaycandadır. Zəlinin insan və başqa canlılar üçün təhlükəli növləri vardır. 


Ardı →

Meyvə salatının faydaları

Hamıya məlumdur ki, orqanizmin sağlam olması üçün gün ərzində meyvə və tərəvəz yeməliyik. Ancaq bəzən tək bir meyvə yeyərək kifayətlənirik. Buna görə də, mütəxəssislər meyvələrin salat formasında yeyilməli olduğunu bildirirlər. Çünki meyvə salatına müxtəlif meyvələr əlavə edildiyi üçün orqanizmin vitamin və mineral çatışmazlığını ödəyir.

Bədənimiz gün ərzində bir çox vitamin və minerallara ehtiyac hiss edir. Əgər bir və ya iki meyvə növü ilə kifayətlənsək, bu vitamin çatışmazlığı ilə üzləşməyimizə səbəb olar.

Avropada insanlar meyvəni salat formasında yeməyi xoşlayırlar. Ancaq bizim ölkəmizdə demək olar ki, meyvə salatı sadəcə özəl günlərdə yeyilir.

Meyvə salatına əlavə edilən meyvələri də düzgün seçmək lazımdır. Elə etmək lazımdır ki, meyvə salatı müxtəlif vitamin qrupları ehtiva etsin. Xüsusilə də C, B, A vitaminləri ehtiva edilən meyvələr mütləq gün ərzində qəbul edilməlidir.

Meyvə salatlarına kivi, portağal, naringi, quru meyvələr, alma və armud əlavə etmək olar.

Sonda onu da qeyd edək ki, meyvə salatınını mövsum meyvələrindən hazırlamaq məsləhətlidir.
Davamı →

Qadınlar üçün psixoloji məsləhətlər

Öz güclü və zəif cəhətlərinizi etiraf edin və buna uyğun olaraq məqsədlərinizi dəqiqiləşdirin.

Nəyin sizin üçün qiymətli olduğunu, nəyə inandığınızı, öz həyatınızı necə görmək istədiyinizi qətiləşdirin. İrəliləyiş olanda bundan yararlanmaq üçün planlarınızı analiz edin və onları bu günün nöqteyi-nəzərdən qiymətləndirin.

Hər bir şeyin kökünə varın. Keçmişinizi təhlil edərək sizi bu vəziyyətə gətirib çıxaran halları araşdırın. Sizi əzab çəkməyə məcbur edən və ya kömək göstərə biləcəyi halda etməyən adamları anlamağa və bağışlamağa çalışın. Keçmiş səhvlərinizi, yanlışlıqlarınızı, günahlarınızı özünüzə bağışlayın. Əzablı xatirələrinizdən faydalı nəsə əldə edəndən sonra onları birdəfəlik yaddaşınızdan silin və bir daha onlara qayıtmayın. Pis keçmiş yaddaşınızda siz onu xatırlayana qədər yaşayır. Yaxşısı budur ki, yaddaşınızı baş vermiş ən kiçik uğurlarla bağlı xatirələr üçün boşaldın.

Günahkarlıq hissi və xəcalət sizə uğur qazanmağa mane olur. Onların badına getməyin.

Davranışınızın səbəblərini şəxsiyyətinizdə deyil, hazırki situasiyanın fiziki, sosial, iqtisadi və siyasi aspektlərində axtarın.

Unutmayın ki, hər bir hadisəni müxtəlif cür qiymətləndirmək olar. Reallıq hər bir kəsin ayrı-ayrılıqda gördüyü deyil. Reallıq şeylərin müəyyən adlarla çağırılması haqda insanların öz aralarında razılaşmasının nəticəsindən başqa bir şey deyil. Belə yanaşma sizə imkan verir ki, insanlara daha səbirlə yanaşısınız və alçaldıcı görünən hallara ürəyiaçıqlıqla tab gətirəsiniz.


Ardı →

Arıqlamağa kömək edən ot çayı reseptləri

Bəzi otlar var ki, onlar arıqlamağa kömək edir. Bu otların orqanizmə olan təsiri müxtəlifdir — bəziləri orqanizmdə gedən mübadilə proseslərini sürətləndirir, digərləri iştahanı azaldır, bəziləri yüngül işlədici və ya sidikqovucu təsir edir.

Məhz bu səbəbdən arıqlamaq məqsədi ilə otları tək-tək deyil, yığım şəkildə istifadə etmək lazımdır. Bu halda təsir daha effektli olur.

Sizə arıqlamaq üçün olan bir neçə ot çayı resepti təqdim edirik. Təqdim olunan çayları növbələşdirmək olar — bir həftə bir dəmləmə, növbəti həftə digər dəmləmə və s. Bu halda effekt daha yaxşı olacaq.

Arıqlamaqdan əlavə bu çaylar orqanizmi müxtəlif ziyanlı maddələrdən təmizləyir, cavanlaşdırır, mübadilə prosesləri, bağırsaqların fəaliyyətini yaxşılaşdırır. Beləliklə, insan arıqlamaqdan əlavə öz orqanizmini daha sağlam edir.

1. Hər otdan 1 xörək qaşığı olmaqla kətan toxumu, razyana, qarğıdalı saçaqları, çobanyastığı, dəvədabanı və 1 çay qaşığı zəncəfil tozu yaxşı qarışdırılır. Hər gün bu qarışıqdan 1 xörək qaşığı götürüb 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmləyin, süzün və hər qida qəbulundan 20 dəqiqə əvvəl stəkanın 1/3 hissəsi olmaqla qəbul edin. Qarışıq qurtarana kimi dəmləməni qəbul edin.


Ardı →

Dərini gözəlləşdirən heyva

Bildiyimiz kimi, heyva qış fəslinin dadlı meyvələrindən biridir. Qocalma prosesini ləngitməyə təsirli olan bu meyvə dəri üçün də faydalıdır.
Türkyənin Ordu Universitetinin «Kənd Təsərrufatı (Əkinçilik)» fakültəsinin məlumatına görə qış aylarında qrip və soyuqdəyməsi olanlar bundan istifadə edə bilər. Heyvanın tərkbində A,B2 və C vitaminləri, minerallar, protein, şəkər, asitlər, dəmir, mis, kalium və s. faydalı maddələr olduğundan səhiyyə, kosmetika, dərman kimi sektorlarda işlədilir.
Heyvanın çiçəyi, toxumlarından müalicə məqsədilə istifadə etmək mümkündür. Belə ki, qaynadılan heyva çiçəyi ana südünü artırır, ürəyi gücləndirir, baş ağrısını kəsir. Qaynadılan qabıqları isə sidik kanalı iltihabını təmizləyir. Heyvanın özü və ya yarpağını qaynadıb içəndə isə ağızdakı yara, boğazdakı şişliklər müalicə edilir.
Kərə yağında bişirilən heyva bəlğəmi təmizləyir, xronik öskürək, tənəffüs sistemi xəstəlikləri, bronxitə faydalıdır. Onuda qeyd etmək lazımdır ki, heyva sinir sisteminin inkişafına təsirlidir. Mədə və bağırsağı mikroblardan qoruyur, həmz problemlərini aradan qaldırır. Cinsi gücü də artırır.
Davamı →

Boyun qısalmasına səbəb olan amillər və qarşısını almaq yolları

Böyümə çağı və yeniyetməlik dövründə sürətlə uzanan boy 35 yaşdan sonra eyni sürətlə olmasa da, qısalmağa başlayır.

Boy qısalmasını qadınlar daha çox hiss edirlər. Bu vəziyyətin ən əhəmiyyətli səbəbi isə qadınlarda kişilərə nisbətən daha çox rast gəlinən sümük əriməsi və qırıqlardır. Boyun qısalmasının qarşısını almaq mümkün olmasa da, gənc ikən bir sıra tədbirlərlə sümük əriməsinin qarşısını almaq mümkündür. Bunu Ortopediya və Travmatologiya Üzrə Mütəxəssis Doktor Səlim Sırrı Türkər boyun qısalmasına səbəb olan amillər və qarşısını almaq yollarından danışarkən deyib.

Qadınların sümükləri kişilərə nisbətən 5 dəfə çox əriyir

Sümük toxuması 35 yaşından sonra zəifləməyə başlayır. Hər kəsdə fərqli yöndə inkişaf edən bu zəiflik müəyyən bir səviyyəyə gəldikdə sümük əriməsi ilə müşayiət edilir. Qadınlarda sümük əriməsi kişilərə nisbətən 5 dəfə daha çox müşahidə olunur. Bunun ən əhəmiyyətli səbəbi isə klimaks dövründəən sonra estrogen səviyyəsinin düşməsidir. Sümük əriməsi sümüklərin çox asan qırılmasına, həm də boyun qısalmasına səbəb olur.

Sınıqların çoxu hiss olunmur

Sümük əriməsi ən çox bud və fəqərələrdə sınıqların əmələ gəlməsinə səbəb olur. Həmin sınıqların saylarına uyğun olaraq da boy qısalmağa başlayır. Bundan başqa, kürəkdə donqarlıq və digər duruş qüsurları da sümük əriməsinin gətirdiyi problemlər arasındadır. Bədənin fiziki şəklinin dəyişməsi və bu problemlər həyat keyfiyyətinə də mənfi təsir göstərir.

Sümük əriməsi vaxtında müalicə ediləndə boyun qısalmasını dayandırmaq mümkündür. Fəqərələrdəki sınıqların təxminən üçdə ikisində heç bir əlamət hiss olunmur. Odur ki, xüsusilə 50 yaşından sonra qadın və kişilər müəyyən fasilələrlə sümük ölçülərini hesablamalıdır.


Ardı →