Рейтинг
+117.98

sağlam həyat tərzi

103 üzv, 926 topik

Düzgün yuxu rejimi nece olmalıdır?

Rejimin olmaması, alkoqollu içkilərin və stimulyantların qəbulu, üstəlik zəngli saatlar və gün işığı – bütün bunların hamısı sizin daha çox «bioloji saat» kimi tanınan bioloji ritminizə müdaxilə edə bilər.

Virciniya ştatının Arlinqton şəhərində mənzillənmiş xeyriyyə təşkilatı — ABŞ Milli Yuxu Fondu bildirir ki, fərdi həyat tərzləri yuxu ehtiyaclarının öyrənilməsi üçün əsas faktordur, lakin yaşınıza uyğun olaraq burada ümumi tövsiyələr də var.

Yeni doğulanlar (0-3 aylıq): İdeal halda yenicə doğulanlar hər gün 14 saatdan 17 saatadək yatmalıdırlar, hərçənd 11-13 saat da kafidir. Onların 19 saatdan artıq yatmalarına yol vermək olmaz.

Çağalar (4-11 aylıq): tövsiyə olunan yuxu vaxtı 12-15 saatdır. Azı 10 saat da kifayət edər. Onlar 18 saatdan artıq yatmamalıdırlar.


Ardı →

Sağlamlığınıza faydalı 10 ən güclü qida

Gərgin iş tempindən və iş yerindəki stressdən yorğun mu düşürsünüz? Budur kayzen.az saytı olaraq stresslə mübarizə aparmaqda  tam sizə kömək edəcək 10 qida və onların sağlamlığa faydaları ...

Yulaf əzməsi: Lifləri sayəsində xolesterolu salır, qan şəkərini balanslarşdırır, tox tutur, eyni zamanda tərkibində karbonhidrat, zülal və dəmir ehtiva edir. Səhər yeməyində 1 kasa südün içərisinə 3-4 yemək qaşığı yulaf əzməsi, 2 ədəd quru ərik, 2 ədəd qoz və 1/4 çay qaşığı darçın əlavə edib qəbul edə bilərsiniz.

Acı şokolad: Lif, dəmir, maqnezium və mis baxımından zəngin olan acı şokolad sütlü şokolada görə daha çox kakao, antioksidan və daha az şəkər ehtiva edir. Daimi olaraq istehlak edildiyində ürək-damar xəstəlikləri riskini azaldır. Çox çox istehlak edildiyində kilo aldırır, bu səbəblə istehlak etdiyiniz miqdara diqqət edin.

Kələm: B, C və E vitaminləri, ayrıca dəmir və kalsium baxımından zəngin olan kələm xora xəstəliyinə yaxşı gəlir, qəbizliyi aradan qaldırır, immunitet sistemini gücləndirir. Günorta və ya axşam yeməyində 1 kasa qaynadılmış kələm, 1 kasa qatıq, salat və 1-2 dilim tam taxıllı çörək istehlak etmək sağlamlığınız üçün önəmli olacaq.

Qəhvə: Qəhvə içəcəyiniz zaman kafeinsiz seçim edə bilərsiniz. Gündə qəbul etdiyiniz 1 fincan qəhvə yaddaşı gücləndirir, öskürəyə yaxşı gəlir və konsentrasiyanı artırır.

Badam: Omega-3 qaynağı olan badam hər gün nizamlı olaraq istehlak edildiyində xolesterolu salır, ürək-damar xəstəliklərinə qarşı qoruyur, tok tutur və zəifləməyə köməkçi olur. Hər gün fasilə ilə 15 ədəd badam istehlak edə bilərsiniz.

Kartof: Dəmir, kalsium, maqnezium, və xüsusilə B, C, və nişasta baxımından zəngin bir qidadır. Ehtiva etdiyi lif sayəsində bağırsaqları işlədər, həzmi asanlaşdırır və immunitet sistemini gücləndirər. Diabet xəstələrinin çox istehlak etməməsi lazım olan bir qidadır.

Qatıq: Kalsium baxımından zəngin olan qatığın sağlamlığımıza çox faydası var. Dərini gözəlləşdirir, immunitet sistemini gücləndirir, həzmi asanlaşdırır, tox tutur və xüsusilə hər gün nizamlı olaraq istehlak edildiyində yağ yandirmağı sürətləndirərək kilo vermənizə köməkçi olur. Hər gün 1 kasa qatıq istehlak etməyi unutmayın!


Ardı →

Sarımsaq suyu nəyə faydalıdır?

Hər bir insan cavanlığının ömrünü uzatmaq istəyir. Yaşın üstə yaş gəldikcə bu istək daha da artır. Bəs bu istəyi necə reallaşdırmalı? Çox sadə bir üsul bu istəkdə olanları heyrətləndirəcək.

Cavanlığınıza yeni bir ömür vermək istəyirsinizsə, sarımsaq suyu sizin köməyinizə çatacaq. Sarımsaq suyunu hazırlamaq çox sadə və asandır. Bunun üçün sarımsaqdan istifadə etdikdən sonra onun qabıqlarını atmayın. Bir qaba yığıb saxlayın. Bu möcüzəvi suyu hazırlamaq üçün bir stəkan suyu qaynadın. Su qaynadıqdan sonra 2-3 dəqiqə gözləyin ki, su çox da qaynar olmasın. Bundan sonra onun üzərinə bir ovuc ağ sarımsağın qabığını əlavə edin və təxminən 6-8 saat gözləyin. Bu müddətdən sonra sarımsaq suyu hazırdır.

Sarımsaq suyunu gün ərzində 4 stəkan qəbul edin. Kişilər bu suyu istənilən bir ayın 10-dan 20-nə kimi, qadınlar isə 20-dən 30-na kimi qəbul etməlidirlər. Bu suyu isti, hətta ilıq şəkildə içmək qəti yolverilməzdir. Mütləq şəkildə soyuq halda qəbul edilməlidir.


Ardı →

İmmuniteti gücləndirən təbii antibiotiklər

Antibiotik sözü «anti» — qarşı və «bio» — həyat sözlərindən əmələ gəlib.

Bu preparatlar mikrobları məhv edir. Bir çox xəstəliklərin (məsələn, tonzillit, haymorit, otit və s.) müalicəsində antibiotiklərdən istifadə olunur.

Təbiətdə insan orqanizminə antibiotiklərin təsirinə oxşar təsir edən bəzi bitkilər və maddələr var. Onlar da orqanizmə düşən zərərli mikrobları məhv edir. Bundan əlavə bu təbii vasitələr virusəleyhinə təsir edir (kimyəvi antibiotiklər — yox!), immuniteti möhkəmləndirir, bağırsaqların xeyirli mikroflorasını məhv etmir (kimyəvi antibiotiklər isə edir!), allergik reaksiyalara çox nadir hallarda səbəb olur (antibiotiklər isə kifayyət qədər tez-tez müxtəlif allergik reaksiyalara səbəb olur). Beləliklə təbii «antibiotiklərin» bir çox üstünlükləri var. Əlbəttə ki, həqiqi antibiotiklərləri heç bir təbii vasitələrlə tam əvəz etmək mümkün deyil. Lakin təbii antibiotiklərin istifadəsi soyuqdəymə və iltihablar zamanı müalicə müddətini xeyli azalda bilər.

Beləliklə, təbii antibiotiklərin arasında bu kimi məhsulları göstərmək olar.

— Moruq və moruq mürəbbəsi. Moruğun tərkibində asetilsalisil turşuya oxşar maddələr var. (Biz bu turşunu «aspirin» kimi tanıyırıq.) Bu səbəbdən moruq orqanizmə hərarətsalan, iltihabəleyhinə, ağrısızlaşdıran təsir edir. Qripp və soyuqdəymələr zamanı moruq mürəbbəsi əvəzolunmaz vasitədir.

— Bal qədim vaxtlardan müxtəlif iltihablar zamanı istifadə olunur. Bal mikrob, iltihab və göbələkəleyhinə təsir edir. Bu əsl təbii antibiotikdir.


Ardı →

Yaraları sağaldan bitki - Kalanxoe

Bu bitki tək xalq təbabətində deyil, ənənəvi tibbdə də geniş istifadə olunur. Kalanxoe bitkisi təsirli yarasağaldan, iltihab və mikrobəleyhinə vasitədir.

Kalanxoe şirəsi apteklərdə müalicəvi vasitə kimi satılır, bu bitki müxtəlif dərmanların, kremlərin, losyonların tərkibinə daxil edilir.

Ev şəraitində kalanxoe şirəsini hazırlamaq üçün qalın yarpaqlar götürülür, tənzifə bükülür, 1 həftə ərzində soyuducuda saxlanılır, sonra şirə tənzifdən sıxılır və yaxşı süzülür. Hazır kalanxoe şirəsi soyuducuda saxlanılır.

Kalanxoe bitkisinin şirəsi ilə olan islatmalar müxtəlif yanıqların, xoraların, yaraların müalicəsində istifadə olunur. Kalanxoe şirəsi dəridə regenerasiya (bərpa) proseslərini xeyli sürətləndirir və həmçinin yaralara antiseptik təsir edir. Steril tənzif kalanxoe şirəsində isladılır və yaranın üzərinə qoyulur. Müalicə kursu — 10-15 gün.

Kalanxoe şirəsi uşaq əmizdirən analarda döş gilələri çatlarının müalicəsində də istifadə olunur (uşağı əmizdirdikdən əvvəl gilələri yumaq lazımdır).

Kalanxoe şirəsi həmçinin üz dərisinə çox müsbət təsir edir — sızanaqlardan, civzələrdən təmizləyir. Kalanxoe şirəsini hər gün üz dərisinin problemli sahələrinə çəkin.


Ardı →

İşsizlik bir dərd, işləməksə başqa bir dərd...


Bəzi insanlar işin onların sağlamlığına neqativ təsir göstərdiyini düşünür.

ANS PRESS-in məlumatına görə, Britaniya Kardioloji Fondunun keçirdiyi sorğu nəticəsi belədir.

Sorğuda iştirak edənlərin 40%-i işin son 5 ildə onların sağlamlığına zərər verdiyindən şikayətlənib.

Respondentlərin yarıdan çoxunda iş stresin səviyyəsini qaldırıb. Üçdə-bir hissəsi iş üzündən artıq çəki toplayıb. Təxminən yarıdan çoxu işə görə düzgün qidalanmadığını deyib.
Ardı →

Analar üçün faydalı və enerji dolu qida məhsulları

“Ana” və “yorğunluq” əl-ələ gedən anlayışlardır. Ailənin qayğısını çəkən və məişət işləri ilə məşğul olan analar çox zaman özlərinə diqqət yetirməyi və qulluq etməyi unudurlar.

Lakin unutmaq lazım deyil ki, “yıxılan evlərin dayağı” olan anaların əhval və səhhətindən bütün ev-əhlinin durumu asılıdır. Vəziyyəti düzəltmək üçün dəyərli analarımızı faydalı və enerji dolu qida məhsulları ilə tanış edirik.

Dəmirlə zəngin ərzaqlara əksər anaların böyük ehtiyacı olur. Qanda dəmir çatışmamazlığı yorğunluq hissi yaradır. Bütün analara xüsusən doğuşdan yenicə çıxanlara heyvan və bitki mənşəli dəmir qəbul etməyi tövsiyyə olunur: dana əti və ciyəri, göyərtilər, paxlalılar. Bu ərzaqları turş meyvə və tərəvəzlərlə-bolqar bibəri, limon, laym, portağal, mandarin, qreypfrut, kivi, və s. ilə birlikdə yeməyi unutmayın, çünki vitamin C dəmirin bədən tərəfindən qəbul edilməsinə yardım edir.

Bundan əlavə vitamin C ilə zəngin şirə və smuzilər qəbulunu artırın. Mürəkkəb karbohidratlar digər zəngin enerji mənbəyidirlər. Çalışın az miqdarda qəbul etməklə sağlam alternativlər-ağ çörək əvəzinə kəpəkli, düyü əvəzinə isə qəhvəyi düyü seçəsiniz. Əlavə olaraq, buğda, yulaf, qəhvəyi düyü, kinoa, lobyalar, noxudlar, mərci və kartof, kök, çuğundur kimi nişastalı tərəvəzlər gün ərzində yorulmamağa əsas verəcəkdir.


Ardı →

Şirin yuxuya dalmaq üçün yoqa

Gecənin yarısıdı, yatağınıza uzanmısız, ancaq yata bilmirsiz. Təqdim etdiyimiz bu yoqa rejimi sizi rahat yuxudan uzaqlaşdıran əzələ problemlərini həll etmiş olacaq. Bərpaedici özəlliyi olan bu yoqa rejimi bədən və beyninizin dincəlməsinə, dərin yuxuya getmənizə kömək edəcək. Bu hərəkətləri edin, dərindən nəfəs alın və şirin yuxulara dalın! 

İlk öncə dizlərinizi yerə qoyaraq körpü şəklində dayanıb əllərinizi yerə dirəyin. Bədənin orta hissəsini elastik şəkildə aşağıya doğru hərəkət elətdirib başınızı yuxarı qaldırın. Daha sonra bədənin orta hissəni yuxarı qaldırıb başınızı aşağı salın. Sol qolunuzu yerdən götürmədən sağ qolunuzu yuxarı qaldıraraq bədəninizi də o istiqamətdə çevirin. Sonra sağ qolu gətirib sol qolun altından o yana çıxarın. Dizlərinizi yedən tərpətmədən sağ qolunuzu yerə qoyub, sağ çiyninizi yerə söykəyin və sol qolunuzu hərəkət elətdirin.

Eyni  hərəkətləri sol qol üçün təkrarlayın. Dizlərinizi yerdən götürüb yenə eyni çöməlmiş vəziyyətdə əllərinizi yerə söykəyib durun. Sağ və sol ayağınızı növbə ilə qaldırıb aşağı salın. Daha sonra yerə oturaraq sol ayağınızı arxaya uzadın, sağ ayağınızı öndə geriyə qatlayıb oturun. Əllərinizi öndə birləşdirib başınızı üstünə qoyun və rahatlayın. Sağ ayağınızı bükülmüş vəziyyətdə sol ayağınızın üzərinə qoyun və başınızı qarşıya uzadıb dincəlin. Sağ ayağınızı önə  uzadıb sol ayağınızı içəriyə bükün. Sonra sol qolunuzu başınızın üstündən uzadıb sağ ayağnıza toxunun. 


Ardı →

Əllərdə əsmənin səbəbləri və müalicəsi

Həyatımızda bəzən sevinc, bəzən üzüntü, bəzən də əsəb və gərginlik o həddə çatır ki,  özümüzdən asılı olmayaraq əllərimiz əsir. Bunu keçici bir hal kimi qəbul edərək o qədər də əhəmiyyət vermir, üstündən ötüb keçirik. Əllər həmişə əsirsə, bunun səbəbi nədir?

Fizioloji tremor və onun səbəbləri

Çox emosional adamların əlləri daim əsə bilər, lakin əsəblərin sakitləşməsi ilə titrəmə də keçib gedir. Əllərdə əsmənin səbəblərindən biri də depressiyadır. Depressiv halın inkişafı hərəkətlərdə kəskinlik və sərtliyin yaranmasına, nəzarətin itməsinə səbəb olur. Bəzi dərman preparatları, məsələn, psixostimulyator, antidepressant, neyroleptik və litium preparatlarının qəbul edilməsi də əllərdə tremoru artıra bilər. Çay, qəhvə və alkoqollu içkilərin artıq miqdarda qəbulu da əlləri əsdirə bilər, çünki spirtli içkilər sinir hüceyrələrinin susuzlaşmasına və erkən məhvinə səbəb olur. Osteoxondroz zamanı beyin qan dövranının zəifləməsi də əllərin bərk əsməsinə gətirib çıxarır. Bəzən güclü fiziki gərginlik provokasiyaedici faktor olur. Belə tremor uzunmüddətli ağır işdən və ya fiziki məşqlərdən sonra artır. Əllərdə qısamüddətli əsmənin əmələ gəlməsinə səbəb olan amillərdən biri də soyuq hava şəraitidir.

Həmin xəstəliklər müalicə tələb etməsə də, onlara səbəb olan faktoru aradan qaldırmaqla əllərin əsməsinin qarşısını almaq olur. Lakin iki həftədən artıq davam edən və getdikcə artan tremor həkimə müraciəti və ərtaflı müayinəni zəruri edir.


Ardı →

Alma çayının xeyri və hazırlanması

Qış aylarında xüsusilə uşaqlardan əl çəkməyən öskürək və bəlğəmin aradan qaldırmağın ən təbii və təsirli yolu alma çayı içməkdir.

Qış mövsümündə uşaqların və böyüklərin ən çox əziyyət çəkdiyi problem öskürəkdir. Xəstəlik keçsə belə, uzun müddət qalan öskürək üçün təbii müalicədən istifadə etmək lazımdır.

Hazırlanması:

1 litr suyun içinə, incə dilimlənmiş 1 ədəd almanı qabıqlarıyla birlikdə atın. Qaynatdıqdan sonra çay kimi isti olaraq için.

Alma qabıqları ilə edilən çay, həm sinəni yumşaldar, həm də bəlğəmi aparmaq üçün yaxşı dərmandır. Almanın qabıqlarını soyun, içinə bir az darçın, zəncəfil və qərənfil atın. 10 dəqiqə dəmləndikdən sonra için.


Ardı →