Рейтинг
+117.98

sağlam həyat tərzi

103 üzv, 926 topik

Çubuqla yeməyin faydaları

Uzaq keçmişdən indiyədək müasir dövrümüzdə belə, Şərqdə, əsasən də Çin və Yaponiyada yemək yeyərkən çubuqlardan istifadə edirlər.

 Onların özlərinin dediklərinə görə, yemək yeyərkən çubuqlardan istifadə etmək olduqca rahatdır. Digər tərəfdən səyyahların, zəvvarların, yolçuların özləri ilə yemək üçün ləvazimat gəzdirməsinə ehtiyac qalmır. Yemək üçün çubuqları istənilən ağac budağından hazırlamaq mümkündür.

  Çin və yapon xalqlarına görə, çubuqlarla yeməyin müsbət və xeyirli tərəfləri çoxdur. Belə ki, yemək yeyərkən çubuqlardan istifadə edərkən, yeməyi az-az götürmək olur. Gigiyenik baxımdan –  barmaqlar yeməyə toxunmur. Digər xeyirli tərəfi – sağlamlıqdır.

Qədim Çin həkimləri bunu belə izah edirdilər: yemək zamanı çubuqlardan istifadə edərkən əllərdə həyat üçün vacib olan 40-a yaxın nöqtələr masaj olunur. Yapon həkimləri isə əmin edirlər ki, çubuqlarla yeməyə başlayan uşaqlar qaşıqla yeməyə başlayan uşaqlara nisbətən daha tez böyüyürlər və daha sağlam olurlar.


Ardı →

Yaddaş zəifliyinin səbəbləri və aradan qaldırılması yolları

  Yuxusuzluq   — Bütün gecə yataqda dönüb durandan sonra hamımız özümüzü dəli olmuş kimi hiss edərik. Həftə sonu yuxuya daha çox vaxt ayıracağınızı düşünərək, ya da bir neçə fincan qəhvə içərək bu təsirdən xilas olacağınızı düşünsəniz də uzun müddətli yuxusuzluq yaddaşınıza ciddi mənada təsir edər. Bəzi araşdırmalara görə, yatdığınız zaman beyninizin xatirələri və gündəlik hadisələri yığan qismi bu xatirələri uzun, davamlı yaddaşa keçirməyə başlayır. Bu ilin əvvəllərində edilən bir araşdırma isə, yuxu çatışmazlığının səhv xatirələr meydana gəlməsinə və adamın başını qarışdırmasına səbəb olduğunu ortaya qoymuşdur.

   Çoxlu fotoşəkil çəkmək  — Instagram və ya digər sosial media kanalları üçün fotoşəkil çəkmədiyimiz və yoldaşlarımızla paylaşmadığımız günlər yox deyiləcək qədər azdır. Bu fotoşəkillərin xatirələri yığmağa yaxşı gəldiyini söyləyə bilərik, amma həqiqətən elədirmi?   Ən son xoşunuz gələn bir şeyə kamera linzaları istifadə etmədən, yalnız gözlərinizlə nə zaman baxdınız? Fairfield Universitetinin keçən il nəşr etdiyi bir araşdırmaya görə, obyektlərin fotoşəkillərini çəkən insanlar, yalnız baxan insanlara görə detalları xatırlamaqda çox daha çox çətinlik çəkir. Bu nəticə bizə beynin detalları və xatirələri necə tutduğunu və işlədiyini göstərir.  

   Həddindən artıq spirt istehlakı  -  Birləşmiş Krallıqda edilən bir araşdırmaya görə, orta yaşlarda qazanılan həddindən artıq spirt istehlakı vərdişi yaddaşı zəiflətməyə səbəb olar və irəli yaşlarda yaddaşınızı itirmə riskinizi ciddi mənada yüksəldər.   Araşdırmaçılar orta yaşlardakı insanların 10 illik spirt   istehlak vərdişlərini, spirt istifadə edən və ya çox az istifadə edən insanlar ilə müqayisə etmiş və yaddaş  itkisi nisbətlərinin spirt istehlakıyla yüksəldiyini ortaya çıxarmışdır.  


Ardı →

Sərt qış günlərində sağlamlığımızı necə qorumalıyıq?

Sərt qış günlərinin qapımızı çaldığı bu günlərdə sağlamlığımızı qorumağa çox daha çox diqqət göstərməyimiz lazımdır. Xüsusilə, yaşlılar, ürək, ağciyər xəstələri olanlar, xərçəng müalicəsi görənlər, qaraciyər, böyrək çatışmazlığı olanlar və kiçik uşaq immunitet sistemləri zəif olduğundan soyuq, qarlı, küləkli sərt havalarda daha asan xəstələnirlər. Soyuq havaya hazırlanmağın yolları haqqında tövsiyyələri kayzen.az saytı olaraq diqqətinizə çatdırırıq;

Əvvəlcə  qeyd edək ki, nə qədər hazırlıqlı olaraq soyuq havaya çıxsaq da çöldə qalacağımız müddəti mümkün qədər qısa tutmağı planlamalıyıq. Əslində soyuq hava immunitet hüceyrələrinin sayını artıraraq mikroblara qarşı müdafiə sistemimizi gücləndirir. Lakin soyuqda qaldığımız müddət uzandıqca bədənimizin mübarizə gücü gedərək zəifləyir və xəstələnməyə uyğun hala gəlirik.


Bir və ya iki qalın sviter əvəzinə qat-qat geyilən paltarlar lazım olduqda gün ərzində olduğumuz isti mühitlərdə tərləməyi əngəlləmək, mühitə uyğunlaşmaq üçün incəldilməlidir. Əks təqdirdə bədənimizdə yaranan tər çölə çıxdığımızda soyuqlamağımıza və əzələ tutulmalarına səbəb ola bilər. Neylon əsaslı hava keçirməyən parçalar əvəzinə tərləməyə mane olan və islanmağa qarşı qoruyucu xüsusiyyətli paltarlar geyinmək məsləhətdir.


Ardı →

Passiv siqaret çəkmənin zərərləri

Passiv sigaret çəkmə yanan bir siqaretin tüstüsü və siqaret çəkən adamın nəfəsi ilə yaydığı tüstünün birləşməşidir. Ayrıca siqaret çəkmə nəticəsində əmələ gələn tüstünü siqaret tütünü tüstüsü adlandıraq- STT. Qoxusuyla asanca ayırd edilir. STT pis qoxulu, yandırıcı, göz və burnu narahat edicidir. Daha da əhəmiyyətlisi sağlamlığı təhdid edicidir. STT içində 4000-dən çox kimyəvi maddə təyin olunmuşdur. Bunların ən azı 43-ü xərçəng əmələ gətirəndir. 
Siqaret tütünü tüstüsünə məruz qalmaq sıx rast gəlinən bir vəziyyətdirmi? 
A.B.Ş-da böyüklərin təxminən %26-ı siqaret çəkir. 5 yaşdan aşağı uşaqların %50-67i də ən az bir ailə üzvünün siqaret çəkdiyi evlərdə yaşayır. Ölkəmizdə bu nisbət çox daha yüksək səviyyələrdədir. 
Kimlər risk qrupundadır?
STT hər kəs üçün zərərlidir. Ancaq, ana bətnindəki körpələr, kiçik körpələr və uşaqlar daha böyük risk altındadır. Çünki inkişaf etməkdə olan ağciyər, beyin kimi orqanlar zərər görərlər.

Ana bətnindəki körpəyə və yeni doğulanlara təsirləri

Ana və körpə arasında hamiləlik boyunca bir qan dövranı və bu yolla bir mübadilə vardır. Siqaret çəkən hamilə qadınlarda bu mübadilə dəyişir. Uzun dövrdə nə kimi sağlamlıq problemlərinə gətirib çıxardığı hələ bilinmir. Amma bəzi işlər hamiləlikdə siqaret çəkmənin damaq-dodaq yarığı kimi doğum anomaliyalarına gətirib çıxardığını göstərmişdir. Siqaret çəkən anaların daha az südü vardır, körpələri aşağı çəkili doğulur. Siqaret çəkən ana uşaqlarında «Ani körpə ölümü sindromları»na daha çox rast gəlinir. Bu da 1-12 aylıq körpələrin ən çox ölüm səbəbidir.


Ardı →

Sağlam yaşamağın yolları

-Hər gün bir diş sarımsaq yeyin.

Sarımsaq  orqanizimdəki xəstəliyə  səbəb ola biləcək  maddələri demək olar ki, yarıbayarı (48%) azaldır. Bundan başqa, sarımsaq beynin yaşlanmasının qarşısını almaqla yanaşı xolestrol səviyyəsini də aşağı salır.

-İdmanla məşqul olun

Gündə 1 kilometr piyada gəzmək və ya həftədə 3dəfə yüngül idmanla məşğul olmaq ürək damar xəstəliklərinin qarşısını alır.

-Kəpəkli məhsullar xərçəngdən qoruyur.

Həftədə 4 dəfə kəpəkli çörək, makaron və ya qabıqlı düyü yemək xərçəng ehtimalını 40% azaldır.

-Meyvə tərəvəzi süfrənizdən əskik etməyin.

Meyvə-tərəvəz xüsusilə də pomidor, qırmızı üzüm yeyənlərdə infarkt, xərçəng və şəkər ehtimalı daha az olur.


Ardı →

Nanənin faydaları

Nanə otu çox zəngin kimyəvi tərkibə malikdir. Burada müxtəlif vitaminlər (B qrupu, C. PP), makro- və mikroelementlər, efir yağları və s. faydalı maddələr var.

Nanə həm xalq, həm də ənənəvi təbabətdə geniş istifadə olunur. Bu bitkinin əsasında müxtəlif sakitləşdirici, spazmolitik, köpəleyhinə dərman preparatları hazırlanır.

— Nanə çox təsirli sakitləşdirici vasitədir. Məhz bu səbəbdən əczaçılar onu uşaqlar və böyüklər üçün olan müxtəlif sakitləşdirici vasitələrin tərkibinə daxil edirlər. Nanə əhval-ruhiyyəni və beyinin fəaliyyətini yaxşılaşdırır, sakitləşdirir, yuxunu normallaşdırır, baş ağrılarını ardan qaldırır, arterial təzyiqi aşağı salır. Baş ağrısını azaldmaq üçün gıcgahlarınızı nanənin efir yağında isladılmış pambıqla sürtün.

Yuxusuzluqdan əziyyət çəkən insanlar hər axşam yatmazdan əvvəl nanə çayı içə bilərlər (1 çay qaşığı quru və ya 1 xörək qaşığı təzə nanə yarpaqları + 1 stəkan qaynar su). 1 çay qaşığı bal da əlavə etmək olar. Bal çayın təsirini daha da artıracaq.

— Nanə həzm sistemi üçün də çox faydalıdır. Nanə köplə yaxşı mübarizə aparır və bu səbəbdən körpələr üçün olan bir çox köpəleyhinə preparatların tərkibinə daxildir. Bundan əlavə nanə mədə şirəsinin və ağız suyunun ifrazını stimullaşdırır, həzm prosesləri yaxşılaşdırır, ödqovucu təsirinə malikdir.


Ardı →

Yorğunluğu aradan qaldırmağın yolları

Bir çoxları özünü yorğun hiss etsələr də, bu yorğunluğun nədən qaynaqlandığını bilmirlər. Halbuki bunun səbəbi heç ağlımıza gəlməyən səbəblər də ola bilər. Oxuculara həmin səbəbləri təqdim edirik. Bu səbəblərdən biri uzun müddət eyni vəziyyətdə oturmaq ola bilər. Bu hal ən çox televizora baxanda və ya kompüter arxasında oturarkən olur. Belə ki, bədən hərəkətsiz qalmaqla yatmağı eyni cür qavrayır. Buna görə də, oturarkən tez-tez gərilin, qalxıb bir az hərəkət edin.
      Boşuna enerji sərf etdirən ikinci səbəb pis duruş vəziyyətidir. Belə ki, əgər insan önə əyilərsə, əyri durarsa, onurğanın tarazlığı pozular və əzələlər də bu tarazlığı bərpa etmək üçün enerji sərf edər. Buna görə, hərəkət edəndə, oturanda və ya ayaq üstə ikən düz durulmalıdır, baş önə əyilməməlidir, qulaqlar çiyinlərin üstündə olmalıdır. 
    Üçüncü səbəb aşağı kalorili pəhrizlərdir. Gündəlik 850-dən az kalorili qidalarla pəhriz insanları daha yorğun edir, hətta sağlamlıqlarına da ziyan vura bilər. Buna görə, hazır və şəkərli qidalardan uzaq durun, həftədə 1 kilodan artıq çəki verməməyə çalışın.
Ardı →

Qəlyan

Hal-hazırda gənclər arasında qəlyanın siqaretə nisbətən sağlamlığa daha az ziyan vurması barədə fikirlər vardır. Doğurdan da bu belədi?

Son on ildə qəlyana yalnız şərq bəylərinin xalçalarında yox, şəhərimizin hər bir çay evində rast gəlmək mümkündü. Gəlin etiraf edək ki, hər birimiz dostlarımızla birgə alma və ya portağal aromatlı qəlyanı tüstülədərək vaxtımızı keçirmişik. Bir çoxumuz isə qəlyanın sağlamlığımıza olan ziyanından xəbərsizik.


Ardı →

Sağlam Gözlər Üçün Bu Məsləhətləri Mütləq Nəzərə Alın

Göz Sağlamlığı və Xəstəlikləri üzrə mütəxəssis, oftalmoloq Dr. Rza Kurnanın göz sağlamlığı haqqındakı tövsiyələrini kazyzen.az saytı olaraq diqqətinizə çatdırırıq.

Kompüter istifadə edərkən fasilə verin.

Kompüter gözlərinizə zərər verməz, amma göz yorğunluğu və quruluğuna səbəb ola bilər. 20/20/20 qaydasına əməl edin. Yəni 20 dəqiqədən bir, 20 saniyə müddət ilə 20 feet (təxminən 6 metr) uzağa baxmağa çalışın. Bundan əlavə, monitorunuzu üst kənarı göz səviyyəsində olacaq şəkildə təxminən 50-60 sm uzağınıza yerləşdirin.

Gün eynəyi yalnız aksesuar deyildir.

Günəş dəriniz kimi gözlərinizə də zərər verə bilər. Katarakt xəstəliyinin meydana gəlməsini sürətləndirdiyi kimi, günəş şüaları sarı nöqtə xəstəliyinə da səbəb ola bilər. Bundan əlavə,  allergik şikayətlərinizin artmasının əsas səbələrindən biri məhz günəş şüalarıdır. Çöldə olduğunuz günlərdə hava buludlu belə olsa gün eynəyi istifadə edin.


Ardı →

İnfarktın ilkin əlamətləri və ilk tibbi yardım.

Ürəyin kifayət qədər oksigen ala bilməyib ölməsinə infarkt deyilir. 
Bəs infarktın ilkin əlamətləri nələrdir?

İnfarkt əlamətlərinin fərqliliyinə görə hətta daha əvvəldən infarkt keçirmiş kəslərin belə yeni infarktın fərqinə varmama ehtimalı yüksəkdir. Hamımız infarktı birdən başlayıb, şiddətli seyr edən bir hadisə olaraq düşünürük. Birdən başlayan şiddətli bir sinə ağrısının infarkt olacağından onsuz da kimsənin şübhəsi olmaz. Ancaq infarkt əksəriyyətlə yavaş başlar və yüngül bir ağrı, narahatlıq hissi şəklindədir. Bu əlamətlər bir neçə dəqiqə davam edir, gedir və təkrar geri gəlir. Çoxu adam bu mərhələyə aldanır, həkimə müraciət etmir və ya geç müraciət edir. Başda da söylədiyimiz kimi əlamətlərin kifayət qədər ciddi olmadığını düşünür. Lakin nə qədər erkən müdaxilə edilərsə bir o qədər yaxşıdır.

Bir çox infarkt sinə qəfəsinin mərkəzində, yaxud tam yeri müəyyən olmayan sıxılma hissi verən bir ağrı şəklində yüngül bir narahatlıq olaraq başlar. Sinənin mərkəzində bir neçə dəqiqə davam edən və ya gəlib gedən narahatlıq hiss edilər. Bu ağrı sol qola və çənəyə doğru yayılar. Ağrı hərəkət etməklə artar, dayanarkən azalar, lakin keçməz. Ağrı yarım saatdan uzun davam edər. Ağrıyla birlikdə soyuq tərləmə və ürək bulanması verər.


Ardı →