Рейтинг
+117.98

sağlam həyat tərzi

103 üzv, 926 topik

Aeroterapiya

Aeroterapiya təmiz havanın insan orqanizminə dozalanmış təsiri deməkdir.

Bu tip müalicə növü heç kim üçün əks göstərişli sayılmır. Ağ ciyər, ürək, qan, hüceyrələr və ümumiyyətlə bütün orqanların ehtiyac duyduğu oksigeni, insan yalnız havadan alır. Xüsusən dəniz havası çox xeyirli sayılır, onun həm yüksək ionlaşdırılmış, həmçinin duz və ozonla zəngin olmasıdır.

Mənfi emosiya yaratmayan bu sadə prosedur insan orqanizminin möhkəmlənməsini təmin edir. Bu prosedur xüsusən çox xəstələnməyə meyilli olan insanlar üçün xeyirli sayılır.

Hava vannaları — insan bədənin tam və ya müəyyən hissəsinə təsir edən dozalanmış havadır. Bu kimi vannaların sistematik və düzgün qəbulu, sinir sisteminin tonusunu qaldırır, insanın xəstəliyə qarşı mübarizəsini artırır. Bu müalicəvi praktika xüsusən uşaqlar üçün olan kurortlarda geniş istifadə olunur.
Ardı →

Popkornun faydaları və ziyanı

Popkorn böyüklər və kiçiklər tərəfindən sevilən bir qidadır. Partladılmış qarğıdalının xeyri və zərəri haqqında məlumat olduqca azdır. Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətinə və xeyrinə inandırır.

Marketlərdə hazır, bağlama şəklində satılan popkornların üzərindəki reklamxarakterli mətn də eynilə bu cürdür. Mətndə qeyd olunur ki, partladılmış qarğıdalı insan orqanizmi üçün xeyirlidir, uşaqların boyunun uzanmasına və böyüklərin gözəl bədən quruluşuna sahib olmasına kömək edir, tərkibində olan polifenollar faydalı antioksidant olduğundan bir bağlama popkorn yemək 300 qram quru meyvə yeməkdən də üstün hesab oluna bilər. Quru meyvələrin faydasının saysız olmasını nəzərə alsaq, popkorn kimi quru və zərərli görünən bir qidada bu qədər faydanın olması da şübhə yaradır. Elə isə popkornun faydaları və ziyanı nədir? Həqiqətən quru çərəz sayılan partladılmış qarğıdalının faydası bu qədər yüksəkdirmi?
Davamı →

Uşaqların ömrünü uzatmaq valideyinlərdən asılıdır

Məşhur britaniyalı aşpaz Ceymi Oliver qeyd edir ki, valideynlər öz uşaqlarının ömrünü mürəkkəb fəndlərə əl atmadan 13 il uzada bilərlər. Sağlam qida sahəsi üzrə ekspertlər də onun dediklərinin doğruluğunu təsdiqləyiblər.

Çoxlarına elə gəlir ki, uşaqlarda şirniyyata xüsusi hərislik var və həyatda həqiqətən də balacaların dondurma və konfetlərə böyük sevgisini göstərən kifayət qədər nümunə mövcuddur. Lakin C.Oliverin sözlərinə görə, bu heç də belə deyil. Yəni uşaqlar heç də şirin və yağlı qidadan istifadə üzrə proqramlaşmayıblar. Onun sözlərinə görə, bunu yadda saxlayaraq, valideynlər zərərli məhsullardan qaçmaqla «uşaqlar üçün cəlbedici olan sağlam qida» hazırlaya bilərlər.

Məşhur aşpazın fikrincə, ilk növbədə, məktəblərin yaxınlığında qeyri-sağlam qidaların satışı qadağan edilməli, tərkibində şəkər olan məhsulların satışına isə əlavə vergi tətbiq edilməlidir. Dediklərini sübut etmək üçün mütəxəssis bu yaxınlarda mətbuatda dərc olunan sarsıdıcı rəqəmləri misal gətirir. Həmin rəqəmlərə görə, hər on uşaqdan biri ibtidai məktəbə daxil olarkən aşkar görünən piylənmədən əziyyət çəkir, uşaqlar 10-11 yaşlarında olarkən bu rəqəm artır və artıq hər beş nəfərdən biri piylənməyə mübtəla olur.

Qidalanma üzrə ekspertlər ən sadə məhsullardan çox dadlı yeməklərin hazırlanmasının mümkün olduğunu deyən Ceymi Oliverin şərhləri ilə həmrəy olduqlarını bildiriblər. Onların sözlərinə görə, valideynlər ilk növbədə öz övladlarında piylənmənin inkişafına, daha sonra isə bu problemdən qaçmaqda onlara kömək etməyə görə məsuliyyət daşıyırlar.


Ardı →

Qaşları gücləndirən 4 təbii üsul

Daha güclü qaşlara sahib olmaq istəyirsinizsə bu təkliflərə qulaq verin ...

Artıq qalın qaşlar çox moda! Bir çox qadınlar dövründə moda deyə incəltdiyi qaşları indi təkrar çıxartma dərdində… İncə qaşların süniliyinin yanında qalın qaşların xarakteristik və təbii duruşu bütün qadınları cəzb etdi. Buna baxmayaraq, bəzi qadınların qaşları çox seyrək, ya da çox gücsüzdür. Baxmayaraq ki, qaşlar üçün də bir çox kosmetik vəsaitlər var, amma bu vasitələr o qədər də sehrli deyil ki, qaşlarınızı yenidən çıxarsın. Bu səbəblə də bir çox qadınlar qaşları çıxardacaq təbii vasitələrə ehtiyac duyur. Yaxşı bunlar nə ola bilər?


Budur qaşlarınızı gücləndirmək üçün tətbiq edə biləcəyininz ən sadə üsullar:

Vazelin

Bir neçə həftə içərisində qaşlarınızda fərq edə biləcəyiniz bir dəyişiklik görmək istəyirsinizsə qaşlarınıza gündə bir neçə dəfə vazelin tətbiq edin. Vazelini diş fırçasıyla qaşlarınıza rahatlıqla tətbiq edə bilərsiniz.

Hind yağı

Hind yağı qıl kökləri üzərində inanılmaz güclü bir təsirə malikdir. Siz də bu təsirdən qaşlarınız üçün faydalanmaq istəsənizsə hind yağını gündə bir dəfə qaşlarınıza tətbiq edin və ardından qaşlarınıza bir neçə dəqiqə ərzində masaj edin. Hind yağını yumadan ən az yarım saat gözləyin.


Ardı →

Yaddaşı gücləndirən qidalar

Bəzi qidalar sürətli düşünməyə, duyğu üzvlərimizin yaxşı vəziyyətdə olmasına, diqqətsizlik probleminin həllinə və xatırlama qabiliyyətinin artmasına kömək edir. Xüsusi ilə meyvə-tərəvəzlərdə orqanizmə təsirli olan vitamin və minerallar var.

Məlumata görə 50 yaşını keçən bəzi insanlarda unutqanlıq problemi görülür. Yaddaşı və zəkanı gücləndirmək üçün faydalı hesab olunan B, E və C vitaminlərindən istifadə etmək olar. B vitamini əksik olduqda yaddaş performansı o qədər yüksək olmur.

Quru paxlalılar, qatıq, süd, pendir, toyuq yumurtası, yerfıstığı, banan, alma kimi tərkibində B vitamini olan meyvə və tərəvəzlər hafizəni yaxşı formada saxlamağa kömək edir.

Onuda qeyd etmək lazımdır ki, qüvvətli zülal qaynaqlarından biri yumurtadır. Bu qida növü də böyümə və inkişafa təsirlidir. Bir sıra mütəxəssislər, irəli yaşlarda xroniki xəstəliyi olmayanların belə yumurta yeməsini təklif edir. Çünki yumurta yaddaşın güclənməsinə yaxşı təsir göstərir.
Ardı →

Toyuq bulyonunun faydaları

İlk növbədə nəzərinizə çatdıraq ki, yalnız kənd toyuğundan bişirilmiş bulyon insan orqanizmi üçün xeyirli ola bilər.

Müasir quşçuluq fermalarında yetişdirilən broyler toyuqların bulyonunu xeyirli adlandırmaq olduqca çətindir. Məsələ burasındadır ki, belə toyuqların yetişdirilməsi zamanı müxtəlif kimyəvi maddələr istifadə olunur — hormonlar, külli miqdarda sintetik vitaminlər, antibiotiklər, konservantlar və s.

Son illər Avropa ölkələrində keçirilmiş elmi tədqiqatlar nəticəsində belə toyuqlardan bişirilmiş bulyon və suplarda çoxlu miqdarda ağır metallar aşkar olunub. Bu metallar orqanizmdə toplanaraq orqanizmin daim zəhərlənməsinə səbəb olur, qara ciyər və böyrəklərin fəaliyyətinə mənfi təsir edir.

Əsl toyuq bulyonu zülal, polidoymamış yağlı turşular, vitaminlər (B qrupu, E, PP, C, A), mikroelementlər (dəmir, kalsium, mis, maqnezium, selen) kimi xeyirli maddələrlə zəngindir.

Toyuq bulyonunda olan zülal ət bulyonunda olan zülaldan daha çoxdur.

Polidoymamış yağlı turşular ürək üçün çox vacibdir. Həmçinin bulyonun tərkibində olan peptidlər ürək əzələsini möhkəmləndirir və bərpa edir, qanda xolesterini azaldır.

Toyuq bulyonu B qrupu vitaminlərlə zəngindir. Bu vitaminlər mübadilə proseslərdə iştirak edir, sinir sisteminə çox müsbət təsir edir, orqanizmin infeksiyalara qarşı davamlılığını artırır, qanın tərkibini yaxşılaşdırır.


Ardı →

Qış mövsümündə saç baxımı yolları

Qışda baca tüstüləri, ağırlaşan hava, yağış, qar və soyuq havalar sağlamlıqla bərabər saçlara təsirsiz ötüşmür.
Soyuq və quru havanın artıq olması daha çox saç kökünün qurumasına, zəifləməsinə və köhnəlməsinə təsir göstərir. Bu baxımdan qış mövsümündə saçlarımızın diqqətə və gözəl düzülüşə ehtiyacı var. Həmçinin külək və havada olan nəm nəzərə alınmaqla saç dərinliyi və saçlarınızın quruması probleminə diqqət yetirmək məsləhətdir. Saç quruluğu elektriklənmədən və ya pis görünüşlü saç saxlamaqdan ola bilər.    
 Onuda xüsusi ilə vurğulamaq lazımdır ki, havalar saç kökündəki nəmə də təsir edir. Buna görə bu aylarda saç baxımı üçün təbii və nəmləndirici effektə malik məhsullardan istifadə edə bilərsiniz. Daha çox baş nahiyəsini isti saxlamaq lazımdır. Tekstil məhsullarından istifadə edənlər isə bu məhsulların çox möhkəm və bağlı olmamasına, saçların nəfəs almasına və qan dövranının sağlam olmasına fikir verməlidir.
Bu sadə prosedurlar saçların yaxşı formada qalmasına kömək edir.

Onuda qeyd etmək lazımdır ki, saçları külək və soyuq havadan qoruyarkən oksigensiz tutduqda tökülmə, zəifləmə kimi əlamətlər ola bilər.

Ardı →

Kompüterin gözə mənfi təsirinin aradan qaldırılması yolları

Hər gün bir neçə saat kompüter qarşısında keçirirsinizmi? İş gününün axırına və bəzən hətta ortasına yaxın aşağıdakı əlamətlər sizə tanışdırmı:

— görmə itiliyinin zəifləməsi;

— yaxında yerləşən əşyalardan uzaqdakı obyektlərə və əksinə baxışınızı yönəldərkən çətinlik (akkomodasiya pozulması);

— əşyaları ikili görmə;

— yazı oxuyarkən tez yorulma;

— gözlərdə yandırma hissi;

— gözə “qum düşməsi” hissi;

— göz və alın nahiyəsində ağrı, baş ağrısı və ya gözlərin hərəkəti zamanı ağrılar;

— gözlərin qızarması?

Kompüterin gözə və görmə qabiliyyətinə bu kimi mənfi təsirlərinin geniş yayılması oftalmologiyada yeni bir terminin əmələ gəlməsinə gətirib çıxarmışdır – “kompüter görmə sindromu” (və ya “yorğun gözlər sindromu”).


Ardı →

Duz terapiyası

Duz, suyun sıxlığını və qravitasiyanı artırdığı üçün, duzlu suyun içində insan bədənini də yüngül hiss edir. Vannaya əlavə olunmuş duz dərini təmizləyir, bədəni rahatladır, ətir isə stresi aradan qaldırır. Vanna duzlarını həm hazır şəkildə almaq, həm də ev şəraitində hazırlamaq da olar.

İngilis duzu (magnezium duzu) — bu magneziumun hidratli sulfatlarıdır. Mineral su mədənlərindən toplanan bu mineral bir sıra faydalı xüsusiyyətləri ilə fərqlənir. Əgər siz öz sağlamlığınızın və gözəlliyinizin qeydinə qalırsınızsa, bədəninizin gündəlik qayğısına qalan zaman təbii vasitələrdən istfadə edin. Bu mineral haqqında da bilmək faydalı gələ bilər. İngilis duzu hələ çox qədim zamanlarda təbiblər tərəfindən sümük-oynaq ağrıları, əsəb və dəri xəstəliklərinin müalicəsi üçün istifadə olunub.

Saçlarınız zəif və cansızdırsa ingilis duzunu saç kondesionerinə əlavə etsəniz,saçlarınız havalı və yumuşaq olacaq. Əgər saçlarınız yağlıdırsa kondisioneri saç köklərinə vurmayın. Qarışığı 20 dəqiqə saxladıqdan sonra ilıq su ilə yaxalayın.
Ardı →

Qış fəslində sağlam qalmağın sirrləri

Qış fəslində xəstələnməmək üçün nələri etmək lazımdırYəqin ki qış vəslində coxunuz xəstələnirsiz. Qış fəslində bu məsləhətlərə əməl etsəniz, xəstələnməyəcəksiniz, əhvalınız yüksək olacaq, qara ciyəriniz ağrımayacaq və nəhayət, üzünüzdən təravət yağacaq.

Qara ciyər üçün

B-8 vitamini müasir insan üçün olduqca vacibdir. Digər adı inozitol olan bu maddə qara ciyəri alkoqolun, dərman vasitələrinin (antibiotik və hormonal vasitələr) zərərli təsirlərindən qoruyur. İnozitol, həmçinin qara ciyər ətrafında piy qatının yaranmasının qarşısını alır. 

Bədəndə inozitol çatışmazlığı qan təzyiqi və həzm pozğunluğuna səbəb olur. Brokkoli kələmi bu maddə ilə zəngindir. 

Ardı →