Рейтинг
+117.98

sağlam həyat tərzi

103 üzv, 926 topik

Propolisin (arı yapışqanı) nadir xüsusiyyətləri

Bütün digər arı məhsulları kimi, bu maddə də çox nadir xüsusiyyətlərinə malikdir.
Propolisi istehsal etmək üçün arılar ağacların tumurcuqlarından damcılarla şirə yığır və bu şirəni öz fermentləri ilə zənginləşdirirlər.
Arı pətəyində bu maddə çox vacib funksiyaları yerinə yetirir. Məhz propolisə görə arı pətəyində olan mühit tam sterildir — orada mikroorqanizmlər (bakteriyalar, viruslar, göbələklər, birhüceyrəlilər və s.), praktik olaraq, yoxdur. Bu alimlərin çoxsaylı tədqiqatları zamanı dəqiq sübut olunub. Arılar propolislə pətəyin çatlarını və şanıları qapayır  ki, ora xarici mühitdən zərərli mikroorqanizmlər düşməsin.
Propolis insan orqanizminin bir çox orqan və sistemlərinə müsbət təsir edir. Propolis çox yüksək bakterisid (bakteriyaları öldürən) və iltihabəleyhinə xüsusiyyətlərinə malikdir. Propolis bir çox ziyanlı bakteriyaları və virusları öldürür və ya onların çoxalmasını dayandırır. Bu virus və bakteriyaların arasında — kokklar (streptokokklar, stafilokokklar və s.), qrip və herpes virusları, vərəm çöpü, kandida göbələyi və s.
Davamı →

Hansı məhsulların tərkibində xolesterin çoxdur?

Əgər hər bir insan, xolesterinin hansı məhsullarda çox, hansılarda az olduğunu bilsə, o zaman orqanizmdə onun səviyyəsini kontrol edərək,özü orqanizminin infark və insultdan profilaktikasını təmin edə bilər.

Bu məlumatı ən əsas ürək-damar xəstəlikləri və arteriyal təzyiq atlamaları olan insanlar üçün vacibdir. Rasionu korreksiya edərək, əhvalınızı xeyli yaxşılaşdıra bilərsiniz.

Xolesterin — bir çox daxili proseslərin baş verməsi üçün orqanizmin istehsal etdiyi çətin kimyəvi birləşmədir. Kənardan onun orqanizmə sadəcə 1/4 hissəsi daxil, və o normadan çox olduqda qanın tərkibi dəyişir. Qan qatı olur, bunun nəticəsində isə qan laxtaları əmələ gəlir, onlar isə damar, arteriya və venaların divarlarına çökürlər. Onlar tıxanaraq, keçilməz olurlar.

Yadda saxlayın ki, sağlamlığınız sizin əlinizdədir. Rasionunuzu düzgün qurduqda, siz bahalı medikamentlərdən azad ola bilərsiniz. Lakin siz artıq təhlükə qrupundasıznızsa, o zaman xolesterinin səviyyəsini kontrol etmək üçün bəzi məsləhətlərə əməl etməlisiniz:
Ardı →

Yorğunluğun 5 əsas səbəbi və həll yolları

Yorğunluq iş həyatımızdan tutmuş ailə yaşamımıza və sosial münasibətimizə qədər hər şeyə mənfi təsir göstərir. Bəs ümumilikdə yorğunluğun səbəbi nədir?

Susuzluq beyninizi tənbəlləşdirib, özünüzü ağır hiss etmənizə və diqqət əskikliyinə səbəb olur. Bundan sonra özünüzü yorğun hiss etsəniz, dərhal yeməyə qaçmayın. 1-2  stəkan su için.

Yatağa girmədən öncə telefonlarınızı söndürdüyünüzə əmin olun. Sadəcə mobil telefon deyil, bütün mavi işıq saçan cihazlar yuxu hormonu olan melatoninə təsir edir. Yəqin ki, hər biriniz gecə şirin yuxudaykən gələn mesaj, ya zəng ucbatından dəfələrlə oyanmalı olmusunuz. Buna görə yatmadan əvvəl telefonlarınızı mütləq söndürün.

Antidepressant, allergiya əleyhinə və təzyiq dərmanları enerji əskikliyi yaradır. Buna görə dərman atmadan əvvəl həkimlə məsləhətləşin.


Ardı →

Yeməkdən sonrakı zərərli vərdişlər

Yemək sonrası vərdişlərin nə qədər zərərli olduğunu bilirsinizmi?

1) Siqaret çəkmək

Yeməkdən sonra çəkilən tək bir siqaretin 10 dənəyə əvəz olduğu sübut edir. (Xərçəng riski də doğru nisbətdə artır)

2) Meyvə yemək

Yeməkdən dərhal sonra meyvə yemək mədənin hava ilə dolmasına səbəb olur. Ona görə meyvənizi yeməkdən 1-2 saat əvvəl ya da sonra yeməlisiniz.

3) Çay içmək

Çay yarpaqları yüksək nisbətdə turşu ehtiva etdiyi üçün yeməklərdən aldığımız zülalları həzm etməyinizi çətinləşdirər.


Ardı →

Kompüter arxasında necə əyləşək?


Oturma yerinizin və pozanızın uyğun olmaması beli zorlayaraq ağrımasına səbəb olur. Oturulacaq yer nə çox sərt, nə də yumuşaq olmalı, qol qoyma yerlərinin, oturma yerinin və arxalıqlarının yüksəkliyi və mailliyi insana uyğun olmalıdı. Onurğa sütununu dəstəkləyən, oturma yeri ilə arxalığı arasında 90- 110 dərəcə məsafə olan və arxalığı küərklərə yüksələn oturacaqlar doğru oturma üçün uyğundur.
Ardı →

Sağlam ürəyin sirrləri

Bildiyimiz kimi, ürək orqanizmdə motor funksiyasını yerinə yetirir.

Ürək orqanizmin əsas «yanacağı» olan qanın dövr etməsini təmin edir. Qan orqanizmin yaşaması və normal fəaliyyəti üçün lazım olan bütün maddələri orqan və toxumalara çatdırır. Ürəyin fəaliyyətində pozulmalar inkişaf etdikdə, qanın normal dövr etmə prosesi pozulur. Bunun nəticəsində isə orqanizmin normal fəaliyyəti və bəzən hətta yaşaması mümkünsüz olur...

Bütün dünyada ürək xəstəlikləri əliliyin və ölümün əsas səbəbi sayılır. Məhz bu səbəbdən insan ürək xəstəliklərin profilaktikası haqqında bilməli və bu bilikləri istifadə etməlidir.

Beləliklə, sağlam ürəyin sirrləri hansılardır?

1. İnsanların əksəriyyəti bilir ki, düzgün qidalanma insanın sağlamlığının təməlidir. Lakin buna baxmayaraq insanların əksəriyyəti düzgün qidalanmır. Təzə meyvə-tərəvəz, təzə ət, toyuq (broyler yox!), balıq, süd məhsulları, yumurta, müxtəlif yarmalar, bitki yağları, buğdanın bərk növlərindən olan çörək — bu məhsullar qidalanmanın əsas hissəsini təşkil etməlidir. Duzlu, yağlı, qızardılmış, konservləşdirilmiş, hisə verilmiş, şirin qidalardan, yarımfabrikat və fast-fud qidalarından uzaq olmaq lazımdır.
Ardı →

Xolesterolu aşağı salan qidalar

Xolesterolu aşağı salan qidalar haqqında nə bilirsiniz? Daha sağlam yaşamaq üçün və ürəyin düzgün fəaliyyəti üçün xolesterolun səviyyəsini azaldan qidalardan mütləq istifadə edilməlidir. Bu tip qidaların qəbul edilmə miqdarı haqqında daha ətraflı məlumat alaq.
Xolesterolu aşağı salan qidalardan nə qədər yemək lazımdır?

Paxlalı bitkilər: quru paxla, noxud, yaşıl mərci kimi qidaların tərkibi vitaminlərlə zəngin olduğu üçün xolesterolun miqdarının aşağı salınmasına yardım edir. Bir təcrübə keçirilməsi  nəticəsində məlum olmuşdur ki, hər gün bir dəfə paxlalı bitki yeyən insanların xolestrolunun səviyyəsi aşağı düşür. Paxlalı bitkilər 6 həftədə xolesterolun səviyyəsini 10% azaldır.

Quru çərəzlər: findıq, badam və qoz nizamlı qəbul edildikdə xolesterolun səviyyəsinin aşağı salınmasına yardım edir. Təkibindəki xeyli miqdarda doymamış yağ turşuları da damarların sağlam qalması üçün yararlıdır. Orta hesabla gündə 40 qr quru çərəz yeməklə, xolestrolununzun səviyyəsini nizamlamaq mümkündür.

Avokado : xolesterolun səviyyəsinin aşağı düşməsində faydalı qidalardan bir də avokadodur. Gündə  ¼ və ya ½ avokado yeməklə qandakı xolesterolun səviyyəsini azaltmaq mümkündür.

Şokolad : südsüz, yəni acı şokolad tərkibindəki antioksidantlar sayəsində ürəyin sağlam fəraliyyətinə yardım edir. Kakaonun tərkibindəki antioksidantlar faydalı xolesterolun səviyyəsinin qalxmasını təmin edir. Gün ərzində 30 qr acı şokolad yeməklə ziyanlı xolesterolun artmasının qarşısını almaq mümkündür.

Soya məhsulları : soya məhsulları tərkibindəki proteinləri  sayəsində xolesterolun miqdarını aşağı salır. Bu tip məhsullardan gündəlik istifadə etməyiniz məsləhətdir. Gündə 25 qr soya zülalının qəbul edilməsi, ziyanlı xolesterolun səviyyəsinin azalmasına gətirib çıxarır.
Davamı →

Gənc və sağlam qalmanın sirləri

Sağlamlıq insan həyatı üçün ən böyük sərvətlərdən biri hesab olunur. Ömrü uzatmaq, daim sağlam və gümrah olmaq üçün qidalanmadan tutmuş gənc və gözəl görünməyə  kimi hər şeyə xüsusi diqqət ayrılmalı, lazımi prosedurlar öyrənilməli və ona riayət edilməlidir.

Gənc və gözəl görünməkdə dəriyə qulluq  vacib amillərdən hesab olunur.

Bilidiymiz kimi dərimizin günəşin təmin etdiyi D vitamininə ehtiyacı vardır. Lakin buna baxmayaraq günəş şüalarına çox nisbətdə məruz qalmağın yaşlanma müddətini sürətləndirdiyi bildirilir. Bu səbəbdən də günəş kremi istifadə etmək lazımdır.

Həmçinin bütün göz ətrafını örtən və ultrabənövşəyi şüaların qarşısını alan qorumalı eynəklərdən  istifadə də məsləhətdir. Bu eynəklərin göz kənarlarında bəzi qırışlara qarşı qoruma təmin etdiyi bildirilir.

Dərinizdə kollagenin meydana gəlməsinə köməkçi olan alfa hidroksil tərkibli üz temizləyiciləri ilə üzünüzü təmizləyin. Beləcə yeni dəri hüceyrələrinin daha tez meydana gəlməsinə köməkçi olarsınız.


Ardı →

Günvurma nədir?

Günvurma nədir? 

Günəş şüaları altında uzun müddət dayanma nəticəsində bədəndə temperaturun kəskin artmasına günvurma deyilir. Günvurmanın əsas əlamətləri tərləmə, ürək döyüntülərinin artması, bədən temperaturunun bəzən 40 dərəcədən də çox olması, halsızlıq, kəskin susuzluq hissi, başağrısı, ürəkbulanma və s.-dir.



Ardı →

Mantu sınağı

Bir çox insanlar bu sınağı peyvənd kimi dərk edirlər. Lakin bu peyvənd deyil.

Bu sınağın əsas vəzifəsi insan orqanizmində vərəm infeksiyasının erkən aşkar edilməsidir.

Mantu sınağı bir çox hallarda 1 yaşından 18 yaşına kimi olan yaş qrupu arasında keçirilir. Məsələ burasındadır ki, bu qrup insanlar bu infeksiyanın yoluxmasına xüsusilə həssasdırlar.

Mantu sınağı insan orqanizmi üçün tam təhlükəsiz sayılır (dağıdılmış vərəm çöplərindən hazırlanır). Lakin bu sınaq allergik reaksiya verə bilər.

Mantu sınağı dəri daxili bazu önü nahiyəsinə yeridilir. Bu yeri qaşımaq, bura yod, «zelyonka» sürtmək, plastır yapışdırmaq olmaz ki, bunun nəticəsində sınaq düzgün qiymətləndirməyə bilər.

Mantu sınağının nəticəsi 72 saatdan sonra həkim tərəfindən qiymətləndirilir. Bunun üçün xətkeşin köməyilə sınaqdan sonra inyeksiyanın yerində əmələ gəlmiş infiltratın (qabarıq yer, kiçik şiş) diametri ölçülür.


Ardı →