Özünüzü dolub-daşan, tam güclü və enerjili hiss etmək istəyisinizmi? Aşağıdakı məsləhətylərə əməl edin:
Tez-tez yeyin
Ən yaxşısi gündə 5-6 dəfə yeməkdir. Heç vaxt səhər yeməyini yaddan çıxarmayin. Bir ədəd alma və ya banan, südlə və ya yoqurtla bulka qəlyanaltı etmək olar. Nahar doyumlu olmalı, özündə çörəyi, düyünü, makaron məmulatlarını, kifayət qədər süd məhsullarını, balıq və yağsız əti birləşdirməlidir. Və bacardıqca çoxlu miqdarda təzə meyvədən, tərəvəzdən və göyərtidən istifadə edin.
Yaxşı yatın
Yuxunun keyfiyyətini yaxşılaşdırmaq üçün, yatağa uzanmağa 3 saat qalmış alkaqoldan, nikotindən və tərkibində kofein olan içkilərdən(çay, kofe, toniklər) imtina edin. Yaxşı olar ki, əgər xoşunuz gəlirsə, bal və ya südlə sakitləşdirici bitki dəmləmələri içəsiniz. Pəncərəni açın-yataq otağı nə qədər sərin olarsa, yuxulamaq bir o qədər asan və yuxu bir oqədər dərin və yaxşı olacaqdır.
Gözlər istirahət etməlidir
Əgər fokusu dəyişmədən uzun müddət bir nöqtəyə baxarıqsa (məsələn, kompyuterin ekranına) göz əzələləri gərginləşir ki, bu da çox yorulmaya səbəb olur. Əgər siz kağızlarla və ya kompyuterlə işləyirsinizsə, müntəzəm olaraq gözə istirahət verin ki, onlar fokusu dəyişə bilsinlər və gərginlikdən qurtarsınlar. Bunun üçün hər 30 dəqiqədən bir 3-4 dəqiqə uzağa və ya iş yerinin əksinə baxmaq lazımdır.
Ardı →