Ay təzə gəlin

 

Qədəmin xoş olsun,ürəyin təmiz
Qəlb açsın söhbətin ay təzə gəlin.
Başı uca etsin,ürəyi məğrur
Qayğın,məhəbbətin ay təzə gəlin!

Gün kimi aydın ol,sən parla,yaşa
Baharsan,həmişə baharla yaşa.
Qeyrətlə, qürurla,vüqarla yaşa
Deyilsin ismətin ay təzə gəlin!



Həyatı,sevgini sanma oyuncaq.
Yaşa öz eşqinlə,andınla ancaq.
Bizim qədirbilən bu qədim ocaq
Qoy olsun şöhrətin ay təzə gəlin!

Sev ürək dostunu,can sirdaşını
Ana ol bu evdə ağart başını.

Görək yüz yaşını,yüz on yaşını
Olmasın möhnətin ay təzə gəlin!  

 
                                                                                                                          Adil Babayev.

 
 

5 şərh

pascal
Bütün qızlarımıza nəsib olsun gəlin olmaq. :)
Ramil
Qəlboxşayan şeirdir. +
tarixci1919
Bütün təzə gəlinlərə getdiyi ailədə köhnəlmək(pis mənada yox) qismət olsun.Amin