Kaş olmayaydı

      Ölümə nə var ki, birdəfəlikdi,

      Sevib ayrı düşmək, kaş olmayaydı.

      Nəğmələr quş kimi qanadlananda,

      Gözlərdən süzülən yaş olmayaydı.

 

      Mənim qəlbim kimi inləməz kaman,

      İlk eşqi itirmək yamandır, yaman.

      Könüllər odlara qalanan zaman

      Ürəklər bərkiyib, daş olmayadı.

 

      «Yar» deyib ağlayır, könlümün sazı,

      Bir gündə yüz dəfə yanıram azı,

      Sücaət, heç kimin baharı, yazı,

      Dönüb birdən-birə qış olmayaydı.

 

Şair Sücaət Kəlbəcərli.

 

5 şərh

pascal
Mən bu şairin şeirlərini eşitmişəm, gözəl yazır. (eşitmişəm ona görə deyirəm ki, mənə rast gəlməyib oxuyam, tv-dən, you tube-dan, radiolardan dinləmişəm) Bu şeiri də xoşuma gəldi. Əgər tapa bilsəniz, arada onun şeirlərini bura yerləşdirmənizi xahiş edirəm. Həvəslə oxuyaram. Şeirə görə sağ olun.
Ramil
Sücaət müəllimin (ALLAH Rəhmət eləsin) şeirləri həqiqətən gözəldir. Həmişə kədərli şeirlərə üstünlük verib. Onun şeirlərinə kifayət qəədr mahnılar da bəstələnib.
heyatin-ellerinde
Çox gözəl şeirdi.Şücaət Kəlbəcərli haqqında eşitmişəm,amma nədənsə heç vaxt şeirlərini oxumağa marağım olmayıb.İndi oxudum və çox bəyəndim.Xəbər üçün çox sağolun
seyidova
ne yalan deyim indiyedek oxumamışam Şücaət Kəlbəcərli   şerlerin.indi oxudum ve beyendim.teşekkürler
Ramil
Hamınıza təşəkkür edirəm. Bəlkə də ən «zəif» şeirini seçib yazmışam. Mən deyərdim ki, Sücaət müəllimin yaradıcılığı poeziya aləmində bir elmdir.