Öldürmə məni

Canı sən vermədin, sən də alasan,

Ümid ver yaşayım, öldürmə məni.

Qıyma sevəninə qatil olasan,

Ümid ver yaşayım, öldürmə məni.

 

Ölümüm min yerə yozulacadır,

Dünyadan bir sevən azalacaqdır,

Qəbrim ürəyində qazılacaqdır,

Ümid ver yaşayım, öldürmə məni.

 

Məni öz əlinlə məzara vermə,

Görmək istəmirsən, heç məni görmə,

Sən Allah, bu qədər günaha girmə,

Ümid ver yaşayım, öldürmə məni.

 

Vallah, əllərimdə qalacaq yaxan,

Bilmirəm bu mənzil uzaqmı, yaxın?

Yaşamaq mənim də haqqımdır axı?!

Ümid ver yaşayım, öldürmə məni…

 

Nüsrət Kəsəmənli

 

57 şərh

asel
Nüsrət Kəsəmənlinin seirləri hamısı gözəldir
pascal
Mən Nüsrət Kəsəmənlinin şeirlərin bəyənirəm. Amma, nə yalan söyləyim, hamısını yox. Ən yaxşı şeirlərin sevə-sevə oxuyuram. Bu şeiri isə bəyənmədiylərimdəndir. Ancaq yenə də zəhmətə görə +
asel

Canı sən vermədin, sən də alasan,

Ümid ver yaşayım, öldürmə məni.

Qıyma sevəninə qatil olasan,

Ümid ver yaşayım, öldürmə məni.- bu bənd məni çox üzdü, mənə başqa hissləri xatırlatdı. 

asel

Canı sən vermədin, sən də alasan,

Ümid ver yaşayım, öldürmə məni.

Qıyma sevəninə qatil olasan,

Ümid ver yaşayım, öldürmə məni.

Ramil
Şeir, anlaya bilənlər üçündür. bu şərh pascala da aiddir. Sağ olun.
Ferbara
Pascal şeri çox yaxşı anlayır.
Ramil

Şərhə açıqlama verib daha bu barədə mübahisə etməyəcəm. Pascalı (kayzen.az-dan) savadlı bir şəxs kimi tanıyıram. Və nəşrlərə, o cümlədən şeirlərə yazılan şərhlərindən bilirəm ki, romantik duyğulu bir insandır. Bunu nəəzrə alaraq Pascal və kayzen ailəsinin üzvləri anlamalıdırlar ki, mən pascal haqqında pis fikirdə ola bilmərəm. Bu şərh ancaq pascalın şeirə yazdığı şərhlə birlikdə düzgün olmaya bilər, amma pascakın yazdığı şərhi nəzərə almasaq burada pascal üçün heç bir mənfi fikir yoxdur. 

Düzünü bilsəniz N.Kəsəmənli bir dəfə televiziyada elə bir ifadə işlətdi ki, ondan sonra mənədə onun barəsində mənfi fikirlər oyandı. Amma şeirlərindən çox xoşum gəlir.

Xahiş edirəm mübahisə yönümündə heç kim heç nə yazmasın. Həm də mübahisədən heç xoşum gəlməz. İşim də buna imkan vermir.

Kiçik bir anlaşılmazlıqdan ötrü kayzen ailəsində soyuqluq yaratmaq düzgün deyil. 

pascal
Kiçik bir anlaşılmazlığı düzəltməyin üsulu var, Ramil bəy. Üzr istəmək. Sizsə bunu bilir, amma, inadla etmirsiniz. Və mübahisəni də uzatdıqca uzadırsız. Kayzendə soyuqluq yaratmamaq üçün kiçik bir jesti özünüzə sığışdırmırsınız. Məcburam ki, bundan sonra sizin heç bir nəşrlərinizə münasibət bildirmiyim. Belə olan halda — demək soyuqluğu özünüz, ya da etmədiyiniz əməl yaradır.
Ramil
Canınız sağ olsun. Yazsanızda sağ olun yazmasanızda.
pascal
Onda, başqalarına deməyin ki,  «kayzendə soyuqluq yaradırsınız» Soyuqluğu siz yaradırsız.
pascal
Siz mənə anlamaz deyirsiz indi?
asel
deyəsən mənə də söz atıldı
Ramil
Xeyr, mən məcazi mənada yox, sözün əsl mənasında dedim. Asel xanım, şeirin ən duyğulu parçasını şərhdə göstərib, ona görə dedim. 
pascal
Ramil, cavab gözləyirəm.
pascal
Ramil, üzr istəyin, yoxsa artıq-əskik söz işlədəcəm.
Ramil
Başa düşmədim, yuxarıda şərhi oxuyun.
pascal
Danışdığınızı bilmirsiz, şərh yazmayın! Şərhdə mənim adımı yazmısınız, sonra deyirsiz: Asel xanım, şeirin ən duyğulu parçasını şərhdə göstərib, ona görə dedim. Nə yazdığınızı heç bilirsiz?! 
Ramil
Şərhi bir də oxuyun
Ramil
paskal, ifadəni düzgün başa düş, və özün üzr istə
Ferbara
Pascala da sözündən elə çıxır ki, tək Pascala demirsiniz.
asel
pascal da, mən də anlayırıq seirdən. məncə siz bizə qarşı ifadəni düz işlətmədiz
Ramil
İfadənin pis tərəfini yox, yaxşı tərəfini fikirləşin xahiş edirəm.
Ramil
Yəni ikiniz gözəl anlayırsınız də, bu atmaca deyil, düz sözümdür
Ferbara
Ramil, siz qarışdırmısınız. Asel bəyənsə də Pascal bəyənmədiyini deyib. Siz də elə bilmisiniz ki, ikisi də bəyənib. Yəni açqlamanızdan mən belə başa düşdüm.
Ramil
Söhbət təkcə bu şeirdən getmir, mən şərhləri diqqətlə oxuyuram
Ferbara
Onda sizin sözünüz yaxşı niyyətlə yazılsa da, əks məna verir Pascal üçün. Nəzərə almalıydınız gərək. :)
Ramil
O, atmaca kimi qəbul edib, bu da düzgün deyil
Ferbara
Birbaşa atmaca kimi gedir. Tək Pascal onu atmaca kimi görmədi ki… Biz də eyni cür başa düşdük. :)
pascal
"Şeir, anlaya bilənlər üçündür. bu şərh pascala da aiddir. Sağ olun." Bu ifadənin yaxşı mənasını anlat hələ.
Ramil
Yəni şeiri ikiniz oxuduğunuza görə, şeirdən duyğulandığınıza görə yaxşı mənada belə yazdım. Atmacalı söz mənə aid deyil.
pascal
Mən şeiri bəyənmədiyimi yazmışam. Nə duygulanmaq?
pascal
Yazanda sözləri seçin, diqqətlə. Sonra yazın.
Ramil

Mən filoloq olmasam da Azərbaycan dilini əla bilirəm. Siz sözü atmaca kimi qəbul etmisiniz, problem də budur.

asel
pascal bəyənmədiyini yazmısdı. qınamaq həddim deyil, amma siz düz anlamamısız
Ramil
Mən düz anlamışam asel, problemi deyim başa düşün də: Pascal sözü atmaca kimi başa düşüb, düzgün fikirləşməyib, mən həqiqi mənada dedim.
pascal
Azərbaycan dilin əla bilirsən hələ sözlərin düzülüşnü düzgün edə bilmirsən? Səhv yazmısan, səhvini boynuna alıb, üzr istəməkdən, məndən üzr gözləyirsən.
Ramil
Üzr istəmək qəbahət deyil, mədəniyyətdir, amma nəyə görə? atmaca söz mənlik deyil, paskal. Sözün niyə pis tərəfini fikirləşirsiniz?
pascal
Sözü düz yazmamısan. Yanlış anlanılıbsa, deməlisən ki: «Bu-bu mənada yazmışam, belə anlaşılacağını təhmin etməzdim. Yanlış anlamaya görə üzr istəyirəm» Bunu deməkdən, spor edirsən, uzadırsan.
pascal
asel, yorma özünü, səhv elədiyin boynuna almayacaq. 
Ferbara
Ramil, o cümləni yazmaya da bilərdiniz. Yazmısınızsa, iki başlı mənasının olduğunu da bilirdiniz. 
Ramil
Burada hamımız pascalı, intellektual biliyə malik biri kimi tanıyırıq, bu danılmazdır. Bəs niyə yaxşı tərəfini yox pis tərəfini fikirləşir?
Ferbara
vətən453-ün mənasız mikrotopiklərindən sonra hər şeyi göründüyü kimi başa düşməyə başlamışıq. 
pascal
Mən pis tərəfin fikirləşmirəm, sözü düz yazmamısan, söz özü pis çıxır.
asel
doğrudan da, Ferbara demiş, nə isə:)))))
pascal
hələ də dediyində qalır e...demir ki, səhv oldu.
Ferbara
Nə isə. Gələn dəfə birmənalı cümlələr qurar.
pascal
Söhbət tamamlanmamış getməzlər. Mən gedəndən sonra gəlib yazarsan.
Ramil
mən işimlə əlaqədar getdim
seyidova
ayda öldürdünüze söhbeti mende loru dilde deyirem :) hemişe sehv bir terefde olmur bunuda unutmayın.sözü böyütmek lazım deyil.
Ferbara
Siz qarışmayın. Bu sözümü pis qəbul elədinizsə, sizin sözünüzlə razılaşsam, bu sizin günahınızdı.Deyilmi? :)
seyidova
yox men qarışmaq niyyetinde deyilem.özleri biler.sadece şişirdiller.sözünüzüde pis qebul elemirem :)
heyatin-ellerinde
Nüsrət Kəsəmənli müasir dövr üçün yaxşı şairdi.Amma deməzdim ki,bütün şeirləri gözəldir.....Bu seir də qismən maraqlı idi,Şərhləri də oxudum.Məncə kimsə hansısa şairi bəyənmirsə bu onun şeirdən anlamadığı anlama gəlmir.Amma mənə elə gəldi ki şərh pascalın əleyhinə idi ..Heç kəsin işinə qarışmaq istəmirəm.Sadəcə fikrimi dedim
heyatin-ellerinde
Əməyə görə çox sağolun
_BUMERANQ_
Əslində, şairin xarakteri ilə yazdıqları üst-üstə düşəndə mənim həmin müəllifin əsərlərinə daha çox marağım olur.
Amma N.Kəsəmənlinin bir çox təsirli şeirləri olsa da, onun öz həyat yoldaşına xəyanət etməsi haqda oxuyandan(və bir sıra bu kimi məqamları biləndən sonra) sonra artıq bu şeirlər mənə təsir etməməyə başladı.
Nə yalan deyim, ikrah oyatdı hətta.
Cabir Novruzu daha çox bəyənirəm, məsələn. (hər halda özü kimi olub) 
Bu topikə münasibətim.
İkinci məsələ odu ki, şərhlərin sayını görəndə öz-özümə dedim ki, görəsən nə maraqlı məsələ müzakirə olunub, amma yanıldım.(təəssüf)
Belə görünür ki, Ramilin ifadə tərzi heç də doğru olmuyub(özü bu ifadəni başqa mənada demək istədiyini təkid etsə də).