Bəs niyə unuda bilmirəm səni?

 

Sən ki, qərarını verib getmisən,
Bəs niyə unuda bilmirəm səni?
Məni ürəyindən silib getmisən,
Bəs niyə unuda bilmirəm səni?

Talanıb eşq adlı sərvətim, varım,
Yalqızam, yanıma düşüb qollarım.
Artıq sənsizləşib ömür yollarım,
Bəs niyə unuda bilmirəm səni?

Üz-üzə qalmışam kədərlə, qəmlə,
Bacara bilmirəm mən öz qəlbimlə.
Deyəsən, taleyim küsüb mənimlə,
Bilmirəm, unuda bilmirəm səni.

Sənli xatirələr boynunu bükür,
Hicran kərpic-kərpic qəlbimi sökür.
Həsrətin gözümdən qanlı yaş tökür,
Bilmirəm, unuda bilmirəm səni.

Təklik əzabından usanıb canım,
Qırılıb ümidim, itib gümanım.
A zalım, düz sözü mən necə danım,
Vəfayam, unuda bilmirəm səni.

                                                 Xuraman Vəfa
 

29 şərh

pascal
Mən poeziyanı sevirəm. Və saytda da yerləşdirilən hər bir şeiri oxumamış buraxmıram. Xuraman Vəfanın şeirlərin oxuyanda, elə bilirəm bir mövzudur, ayrı-ayrı başlıqlarla təqdim olunub. Və bu mövzu bitmək bilmir. Yaradıcılığı bir xətt üzrə gedir elə bil, şeirlərinin biri digərinə çox oxşayır. Pis yazmır, ama mənə görə ard-arda şeirlərin oxumaq yorucu olur. Və bu, mənim subyektiv fikrimdir. 
Topikə görə təşəkkür. :)
asel
sizə də təşəkkür
gulwan
xoşuma gəldi mənə yazıb elə bil )
seyidova
:( Bunları bile-bile unuda bilmirik
BaRLeLiTa
Oho Xuraman Vəfa yerlimiz :) Demək olar ki, bütün kitabları var evdə, oxumuşam hər bir şeirin, bəzilərin bəyənirəm, nə gözəl bu şeiri də bəyəndiklərim sırasındadır. 
pascal
Xahiş olunur, yerlibazlıq etməyin. ;) :))
Ramil
Ayrılıq, hicran yönümlü şeirləri daha çox sevirəm. Əla şeirdir, təşəkkürlər.
salehs
Sən də mənim qədər sızladın görən,
Qəlbinə həsrətdən de qoydunmu iz?
Ay mənim ömrümü zülmə döndərən,
Yenə də mənimçün əzizsən, əziz... 
azadmamedov90
cetin ki,unutmaq asan olsun. insan beyni ele murekkeb bir sistemdir ki....kas unuda bilseydim
ps — hele sukur ki ele bir problemim yoxdur
asel
azadmamedov90, İnşallah olmaz da.
Hər birinizə şərhlərinizə görə minnətdaram 
salehs
Mən üzr istəyərək qeyd etmək istəyirəm ki şeirdə bir az çatışmamazlıqlar var və demək olar ki hər bəndində…
asel
Bəlkə də var..Deyə bilmərəm… Amma çox sevdiyim seirdi Xuraman Vəfanın bu şeiri…
salehs
Mən bir daha üzr istəyirəm Xuraman Vəfada irad tutmaq fikrim yoxdur. Sadəcə mən öz fikrimi dedim yəqin ki siz də o səhvləri görürsünüz sadəcə sevdiyiniz üçün görməməzlikdən gəlirsiniz. Və onda şeir daha maraqlı olur.
asel
bəlkə də :)
salehs
Şeiri çox sevdiyinizi düşünüb burda gördüyüm iradları saymadım. Saymadım ki, allah eləməsin şeir gözünüzdən düşər.
pascal
salehs, şeir, hekayə, ümumiyyətlə hər hansı bir userin yazısı onun gözündən düşəcək deyə, iradları gizlətməyin. Doğru bildiyiniz iradlardırsa, deyin, öyrənmək istəyənlər də dərs alsın. 
salehs
Aysel xanımdan ayıb olar diyə yazmadım. İzn verirsə məmnuniyətlə gördüklərimə açıqlama verməyə hazıram.
asel
Aysel yox, asel..:) Buyurun
salehs
Bağışlayın Asel xanım.
asel
Pascal düz deyir, Əgər hər hansı bir iradınız varsa deyin, biz də bilək…
salehs
İnciməyin amma şeir olaraq demək olar ki şeir deyil. Çünki heç bir normativlərə uymur.
salehs
1. Verib getmisən, silib getmisən həmqafiyə deyil. 
2.  Qollarım, yollarım uyğunlaşsa da varım onlara uymur çünki qollarım və yollarım şəkilçi ilə olduğu üçün varımla həmqafiyə sayılmır./
3. Ən əsası isə mövzu çeynənmiş mövzudur. Bəzən çeynənmiş mövzunu da elə yazırlar elə yeniliklər edirlər ki xoş gəlir adama. Yenilik yoxdu. Deyilmiş sözlərdən ibarətdir.
4. 3-cü bənd ümumiyyətlə qafiyədən kənara çıxıb.
5. Bəs niyə unuda bilmirəm səni birdən-birə dönür olur bilmirəm unuda bilmirəm səni. Axırda da lazımsız bir ad yerləşdirmə Vəfayam unuda bilmirəm səni.
İnanın ki bir çox şeyləri saymadım.
 
pascal
Şeirdə çatışmamazlıq varsa, bunun aselə aidiyyatı yoxdur. Siz iradlarınızı bildirin, bəlkə mən gələcəkdə şair olmaq istədim, yazdığınız irad və səhvləri təkrarlamayım da qoy. :)
salehs
Zatən hər insanın içində bir şair yatır. Sadəcə insan onu nə zaman kəşf edəcək və bundan düzgün istifadə edə biləcəkmi məsələsi bir az qəliz məsələdir. Sizin bütün yazılara yazdığınız şərhləri oxuyuram. Hər yazıya layiq olduğu qiyməti verdiyinizi görürəm. Və mən bilirəm ki, bu şeirin də çatışmayan yönlərini görürsünüz. Yuxarıda qeyd etdiyim iradlarla razılaşırsınızmı?
pascal
salehs, zənn edirəm ki, sizin sualınıza ilk şərhimdə cavab vermişəm. Baxın...taa yuxarıda yazdığım ilk şərhə… Mən yaxşı yazan şairə, «yaxşı yazır», ortabab şairə «pis deyil», yaradıcılığının haqqın verən şairə isə «dahi şair» deyirəm.
salehs
Bəli oxumuşam. bu da yadındır.
asel
Təbii ki, mən sadəcə paylaşmışam… Hər kəs də fikrini bildirməkdə sərbəstdir.
salehs
iradlarla razılaşdınızmı? yoxsa daha ətraflı izah edim…