Ağlama, vətən, ağlama!

Bu da gündür keçər,gedər bir zaman,
Oğulların qisas alar yağıdan.
Taleyinə gülümsəyər asiman,
Ağlama ,Vətən, ağlama!
 

Ağlayan millətdə nə qeyrət olar?
Nə vüqar,nə qürur,nə cürət olar?
Vətən ağlayarsa müsibət olar.
Ağlama ,Vətən, ağlama!

Nələr gəlib,nələr keçib başından,
Min bir dərd görmüsən yaranışından.
Başın çox qocadır,ulu yaşından,
Ağlama ,Vətən, ağlama!

Sənliyinin bölümünü görmüsən,
Babəkinin ölümünü görmüsən.
Nəsiminin zülümünü görmüsən,
Ağlama ,Vətən, ağlama!

Hər şəhid qəbrindən yüz ər göyərər,
Vətənə çəpərdir igidlər,ərlər.
Öndədir son döyüş,son qəti zəfər,
Ağlama ,Vətən, ağlama!

Göz yaşını qurşun elə ürəkdə,
Bir mərmiyə qoy çevrilsin ürək də.
Bu qisası yerdə qoymaz fələk də,
Ağlama ,Vətən, ağlama!
Ağlama ,Vətən, ağlama!

(Vaqif Qüdrət)  

eva.az

0 şərh