Küsmərəm...

     Məhəbbət saymadı məhəbbətimi,

     Yar atdi mən yandım, oddan küsmərəm.
     Bircə baxışı da çox görür mənə,
     Günah ürəkdədir, gözdən küsmərəm.

     Ah çəkim yaxşi bax, aman belədi,
     Danışım qulaq as, kaman belədi.
     Bu çürük, bu alçaq zaman belədi,
     Mən o şöhrətpərəst qızdan  küsmərəm.

     Sücaət, bir qəlbi min daşa çaxdım,
     Həsrətdən şam kimi əridim, axdim.
     Özüm bilirəm, yamandı bəxtim,
     Vallah, ay insanlar, sizdən  küsmərəm.
 

2 şərh

pascal
Allah rəhmət eləsin. Bu şair yaşasaydı, inanıram ki, yazacağı gözəl şeirlərilə geniş oxucu kütləsi qazanardı. Onun ilk şeirini burda oxuduqdan sonra internetdə arayıb-axtardım, şeirlərinin əksəriyyətini bəyənərək oxudum. Kayzendə də paylaşdığınıza görə sağ olun. 
Ramil
Çox sağ olun. Düzdü internetdə şeirləri olsa da özü haqqında geniş məlumat verilmir. Çalışaram kitablarından həyatı haqqında tapıb yazım. Bir neçə kitabı var.