Yazığım gəlir.

     Dünya kiminə kef, kiminə dərd-qəm,
 
      Bunları qanana yazığım gəlir.

      Duyub, düşündükcə ömrün sonunu,

      İnsanam, insana yazığım gəlir. 



      Ömür yollarında ağardıb birçək,

      Atalar ay ellər, alimdir gerçək,

      Cüt olsa sərçə də qalib gələcək,

      Tək olan aslana yazığım gəlir.



       Bir an çatılmazmı qaşı ovçunun?

       Axmazmı gözündən yaşı ovçunun?

       Dəyəndə gülləsi naşı ovçunun,

       Yaralı ceyrana yazığım gəlir.



       Zalım zaman kimi etdi bəxtiyar?

       Ürəklərdə kədər, həsrət, intizar,

       Aman Allah, dağlar boyda dərdi var,

       Bəhmən tək ozana yazığım gəlir.

 

      Bəhmən  Vətənoğlu

19 şərh

azadmamedov90
Yaşxı sözləri var, tək olan aslana yazığım gəlir…
Ramil
Ümumiyyətlə, Bəhmən Vətənoğlu (Kəlbəcərli) fəlsəfi şairdir. Onun bundan daha cəlbedici şeirləri, daha səlis sözləri vardır. Şeirə görə təşəkkür edirəm. 
Ramil
İnsanam, insana yazığım gəlir.
Hikmətə bir baxın!
Dream
Yalani dogru tek boyayan renge…  
Qefesde hayqiran mehbus pelenge…
Rutbeli onunde ciliz nehenge…
Yazigim gelir....

Kababi ocagda koz olan wiwe... 
Bulagin buzundan donmayan diwe...
Caganin damagi deymeyen dowe...
Yazigim gelir....

Burulgan icine duwen samana...
Heyata baglanan yalniw gumana...
Ewweyi insana minen zamana…
Yazigim gelir....

Sehralarda goz aldadan ilgima....
Qora iken movuc olan salxima....
Her zillete boyun eyen xalqima...
Yazigim gelir...

Gunu gunden nuru gacan gozume...
Wum yeri tek wirimlanan uzume...
Guzguye baxanda ozum ozume... 
Yazigim gelir.... 
 
azadmamedov90
ə,ü,ı,ç,ş,ö,ğ. )))
Dream
Azad memmedov millet olarag ag lovhede gara nogteni goren milletik.seni ginamiram
Shabnam_Ilham
Kayzenin ən əsas qaydası budu. Azərbaycan şriftləri ilə yazmaq. 
Dream
Onda adivi azerbaycan sriftleri ile yazardinda
azadmamedov90
O nik`dir, tam yazın, adım isə elə deyil! Biz millət olaraq çalışır ki, nöqsanlarımızı bir birimizə hədiyyə edək, başına vurmayaq. İnciməyə ehtiyac yoxdur. Qərbin vv-w  kimi istifadə edib ş yazaraq milli olan hərflərimizi təhqir edirsiz. Bu təkcə kayzendə yox, bütün aləmi bürüyür. artıq cəmiyyətdə kütləvi olaraq belə edirlər. Mən isə milli və mənəvi dəyərlərimizə qarşı olanlara qarşıyam! Təşəkkürlər.))
Shabnam_Ilham
Bəy, mən də yeni üzv olanda Azərbaycan şriftləri ilə yazmırdım və haqlı olaraq sonradan mənə iradlarını bildirdilər istər kayzen, istərsə də istifadəçilər. Burda pis bir şey yoxdu və haqlı olduqlarını anladım. İkinci də ki, məncə sən deyəcək qədər tanış deyilik. 
Dream
Weri oxuyunda siz ne isteyirsiz mennen
azadmamedov90
Düzü məndə daha böyük idi problem, klaviatura öz -özünə rus şrifləri ilə yazırdı «və» və bəzi sözləri xüsusi ilə də yuxarıda qeyd elədiyim hərfləri ( hamısı da sait)yazanda.
Ramil
Əziz Dream, bu kimin qələminin məhsuludur!
Shabnam_Ilham
Bəhmən Vətənoğlu şeirlərini çox sevirəm. Vətən həsrətini ən gözəl ifadə edən şairlərimizdən biri. Allah rəhmət etsin. 
Ramil
Çox sağ olun şəbnəm xanım, tamamilə düzdür. Vaxtım çox azdır kayzenə gələ bilmirəm. imkan olduqca yazacam. B.Vətənoğlu fəlsəfi şairdir. 
Ramil
şəbnəm = Şəbnəm :))