Məni

 

Ağlım təzə-təzə kəsirdi hələ
Sən vara, dövlətə satanda məni.
Məhəbbət yandırıb kül eləmişdi
On səkkiz yaşıma çatanda məni.

Saçımda dolanan dən idin onda
Gözumdə dumandin,çən idin onda
Özündən xəbərsiz sən idin onda...
Axtaran da məni, atan da məni.

Yollarim od olub, ayağım yalın
Əlində qalmışam dərdin, məlalın
Əridib şam kimi şirin xəyalın
Soyuq zindanlarda yatanda məni.

Onun məhəbbəti dilində idi
Həqiqət gözümün selində idi
Əlin o alçağın əlində idi
Həsrətin odlara satanda məni.

Birimiz ağlarıq, birmiz də şən
Dağdan ağır dərddi Sücaət çəkən
Həmişə yadıma sən düşəcəksən
Hər ürək ağrısı tutanda məni.

Sücaət Kəlbəcərli (Əhmədov)

3 şərh

pascal
Şeir səhifələrin vərəqləyəndə məni durdurub, şeirə nəzər salmağa cəlb edən şairlərdəndi Şücaət Kəlbəcərli imzası.

Ramil, şairin şəklini şeirinin yanına yapışdırsanız yaxşı olar. Qoy oxucular da şeirin müəllfini tanısınlar. Yanlış xatırlamıramsa o biri şeirlərində şəklin qoymuşdun. Hər dəfəsində yerləşdir da, noolacaq ki. :)
Ramil
Fikirləşdim, amma yerləşdirmədim. Diqqətinizə görə çox sağ olun.
pascal
Yerləşdirmək münasibdir, deyə düşündüm. Yenə siz bilərsiz. :)
Dəyməz.