Şad ol bu gün , ey könlüm

Şad ol, bayram elə, ey qəmli könlüm,
Mübarək mövluddur, bayramdır bu gün!
Xəbər et dostlara, tələs, ey dilim,
Mübarək mövluddur, bayramdır bu gün!

Açıldı bu gündə Rəsulun(s) gülü,
Aləmi bürüdü Kövsərin seli
Dil açdı şəhadət söylədi dili
Mübarək mövluddur, bayramdır bu gün!
Vilayət anası dünyaya gəldi,
Göylər də, yerlər də güldü, şad oldu
Nurlar öz nurunu o nurdan aldı
Mübarək mövluddur, bayramdır bu gün!

İntizar könüllər yarını bulsun,
Qoy gözlər şadlıqdan yaşlarla dolsun,
Bu bayram bizlərə mübarək olsun
Mübarək mövluddur, bayramdır bu gün!

Müəllif: Zeynəb Zeynalabdiyeva,
Mənbə: deyerler.org

0 şərh