Рейтинг
+26.62

Seks (18+)

36 üzv, 73 topik

Qadınlarda cinsi istəyin sirri nədədir?

Qadın ümumiyyətlə kişidən nə istəyir?

Ziqmund Freyddən tutmuş Mel Gibsona qədər çox insanların cavab tapmağa çalışdığı sual.
Yüzilliklər ərzində bu sirri açmağa çalışsalar da, tədqiqatçılar hələ də qadın cinsi istəyi kimi konsepsiyanın tərifini verə bilməyiblər, onun iş mexanizmlərini tam başa düşə bilməyiblər.


Davamı →

Mastrubasiya kişiyə faydalıdırmı?

Dünyada porno və cinsi əlaqədən asılılığı olan insanları ətrafında birləşdirən, müalicə etməyə çalışan NO-FAP təşkilatı mastubarsiyadan da uzaq durmağı irəli sürüb. No –fap «90 gün ərzində masturbasiya və cinsi əlaqədən azad ol» deməkdir.
Təşkilat 90 günlük uzaqlaşmanın testosteron səviyyəsini artırdığını, fiziki və zehni inkişafa səbəb olduğunu bildirir.
Davamı →

Seks aludəçiliyi mümkündürmü?

Amerikalı yazıçı Mark Twain siqareti tərgitməyin asan olduğunu bildirib — o bunu 100 dəfə edib.
Cəmiyyət olaraq biz nikotin, spirtli içki və narkotikaya aludəçiliyin və onların sağlamlığa vurduğu ziyanın mövcud olduğunu qəbul edirik.
Lakin seksə gəldikdə bəzi ekspertlər bu aludəçiliyin real və ya mif olduğu barədə mübahisə edirlər.
Seks aludəçiliyi ilə bağlı hazırda kliniki diaqnoz olmadığı üçün nə qədər insanın bu problemdən narahat olduğunu bilmirik.

Davamı →

Qitədən qitəyə seks barədə faktlar

Seks dünyanın ən qədim və ən universal fəaliyyət tərzidir.
Amma bu, ölkədən ölkəyə fərqlənir.
Bu mövzuya diqqət yetirən BBC-nin Crossing Continents (Qitədən Qitəyə) verilişi araşdırmasını təqdim edir:
1.Yerli havaylılar cinsi orqanlarına adlar qoşur
Ənənəvi olaraq havaylılar cinsi orqanlarına nəvazişli adlar qoyublar.
Amma söhbət bununla bitmir. Zadəganlar və sadə insanların hər birinin cinsi orqanlar üçün mele ma'i adlanan cinsi nəğmələri də olub.
Davamı →

İntimdən ailə münaqişəsinə gedən yol

Ailənin möhkəmliyini sarsıdan digər şərtlərdən biri də cinsi tələbatların ödənilməməsidir.
Şəxsiyyətin əsas sahələrinə arzu və istəklərinə,hisslərinə toxunulduğu hallarda ciddi konflikltlər geniş vusət alır.Ödənilməyən cinsi istək və arzuların olması konfliktli situasiyanın stabilliyini  pozur və konfliktin baş verməsi imkanlarını  artırır. Ümumiyyətlə ailədə cütlüklər arasında yaranan ciddi problematik situasiyaların  maraqlı analizi onu göstərir ki,hər iki tərəf fərqli düşüncə tərzinə malik olduğundan fərqli davranış tərzləri də onları həyatiboyu muşayət edir.Bir -birlərindən fərqli münasibətlər gözləyən cütlüklər daxilində nələri isə umar amma onunla üzləşmədikcə peşmanlıq çəkərlər
Davamı →

Cinsi münasibətin sağlamlığa inanılmaz təsiri

“Normal cinsi aktivlik böyrək daşlarının düşməsində 80 faiz rol oynayır”.
Bunu türkiyəli uroloq Tevfik Sarıkaya deyib.
Türkiyə elm adamları tərəfindən aparılan bir araşdırmaya görə, həftədə 4-5 dəfə sekslə məşğul olmaq 5 mm qədər ölçüdə olan böyrək daşlarının düşməsinə yardım edir.
Həddindən az maye qəbulu, proteinlə zəngin qidalar yemək və duz böyrəklərdə daşların başlıca yaranma səbəblərindəndir. Onun müalicəsi isə daşın ölçüsündən asılıdır.
Davamı →

Məşhurlar seks haqda

Öpüşmək döyüşə hazırlıqdır; öpüş gələcək nəsillərin toxumlarının səpilməsini sürətləndirmək məqsədi ilə altdakı döyüş bölgəsində daha irəliyə addımlamaq üçün üst bölgədəki hazırlıqdır. (Coni Kokran – amerikalı hüquqşünas)
Məncə, pulla alınan və sağlamlığa zərərsiz ən yararlı şeylərin ən təbiisi və ən yaxşısı seksdir.(Tom Klensi – amerikalı yazıçı)
Sevgi olmasa, seks mənasız işdir, ancaq nə etmək olar ki, bu cür mənasız işlər hədsiz gözəl olur. (Drü Keri — amerikalı aktyor)
Sevgi cavabdır, amma bu cavabı gözlədiyin vaxt ərzində seks bəzi yaxşı sualları qaldıra bilir. (Vudi Allen — rejissor)
Davamı →

Orqazmik sefalgiya

Yəqin çox kişilər qadınların intim münasibətdən imtina etmək üçün «başım ağrıyır, bu gün yox” sözünü çox xatırlayır. Bu sözə indi çoxları inanmayıb zarafata çevirsə də, alimlər işin ciddi olduğunu bildirir. Həqiqətən də elə tip insanlar var ki, intim münasibətdən sonra başı ağrıyır, tibbdə buna Koital sefalgiya” deyilir. Bu tip baş ağrıları həm intim münasibət zamanı, həm sonra, həm də əvvəldən başlaya bilər. 

Əgər qadınlarda bu tip baş ağrısı öncədən özünü büruzə verirsə və ya qadınlar əlaqədən sonra başının ağrıyacağını bildiyindən, əvvəldən tədbirli davranıb imtina edirsə, kişilərdə bu ağrılar şiddətli şəkildə intim aktın sonunda baş verir. 
Davamı →

Cinsi fəallığı artıran qidalar

Təbii üsullarla müalicə üzrə ekspert Seyfəddin Əsədin təqdimatında cinsi istəyi artıran bitkiləri təqdim edirik.

Kök: Kökdə seks hormonlarını aktivləşdirən komponentlər çoxdur. Dünya şöhrətli seksopatoloqlar “kökü təbii viaqra” hesab edir.

Qarpız: ABŞ Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə aparılan bir araşdırmaya görə, tərkibindəki citrulline maddəsi sayəsində bədənin rahatlamasını və qan damarlarının genişlənməsini təmin edən qarpız “təbii viaqra” olaraq qiymətləndirilir.

Fıstıq: Zülal və bol “E” vitamini ehtiva edər. Xoşbəxt bir evlilik üçün afrodizyak otlardan faydalanmağın xeyri fayda var.
Davamı →