Kişi cinsiyyət sistemi

«Məsələ onda deyil ki, sizin cinsi alətiniz hansı ölçüddi,
əsas məsələ budur ki, o, uşaqlıq yolunda öz vəzifəsinin öhdəsindən necə gəlir».

Lao Tszı
Kişinin cinsiyyət orqanları-tənasül aləti (penis) və xaya kisəsindən ibarətdir. Xaya kisəsində bir cüt yumurta özünə yer tapıb. Bundan əlavə, prostat vəzisi, toxumun (spermanın) yığılıb saxlanıldığı müxtəlif orqanlar — toxum borusu, toxum qovucuğu və s. mövcuddur.
Kişinin cinsiyyət orqanları, xüsusən tənasül aləti müxtəlif ölçüdə ola bilər. Kişilərin əksəriyyətini bu amil çox narahat edir və onlar «normal» ölçünün həddi haqda məlumat almağa çalışırlar.
Orta göstəricilərə gəlincə, deyək ki, cinsi üzvün uzunluğu sakit vəziyyətdə 8-10 santimetr, dikəlmiş vəziyyətdə 12-18 santimetr olmalıdır. Lakin tibb tarixində, sakit vəziyyətdə uzunluğu 30-32 sm. çatan tənasül alətlərinin təsvir edildiyi kifayət qədər nümunələr mövcuddur. Bunlardan bəzilərinin uzunluğu di­kəlmiş vəziyyətdə 50 sm. çatır.
Bu cür «nəhənglik» əsasən Afrika sakinlərində, zən­cilərdən daha çox ərəb kişilərində müşahidə edilir. Uzaq Şərqdə (Çin, Yaponiya) isə əksinə, kiçilmə tendensiyasına rast gəlinir. Konkret şəxsiyyətlərə gəldikdə isə, pornofilm «ulduzları» — Mobi Dik və Don Silverin cinsi üzvlərınin ölçü­sü 44 santimetrə bərabərdir. Pornoreklamda çıxış edərkən onlar öz tənasül alətlərini sözün əşi mənasında müxtəlif şəkillərdə düyünləməklə əylənirlər.
Kişi cinsiyyət orqanı barəsində bunu bilmək vacibdir ki, ereksiya (dikəlmə) zamanı orqanizmdə qanın yeridən paylanması prosesi gedir. Məlum faktıdır ki, kişinin cinsi üzvü nə qədər böyük olsa, ereksiya bir o qədər gec baş ve­rir və normal, yaxud kiçik ölçülü cinsi üzvlərə malik kişilərin ereksiyası ilə müqayisədə keyfiyyətsiz olur.
Bir məsələni də yadda saxlamaq lazımdır: bu cür nəhəng cinsi üzvlərə özünə uyğun uşaqlıq yolu tapmaq olduqca çətindir. Məsələn, 23 yaşlı qadın öz ərindən ayrılmaq istəyir: «məsələ burasındadır ki, onun həddindən böyük cin­si üzvü var və mən onunla sevgiylə məşğul ola bilmirəm».
Kişinin cinsiyyət üzvünün başlıca xassəsi həcmcə böyümək, bərkimək və elastikləşmək qabiliyyətindən ibarətdir.
Cinsi oyanma zamanı cinsi üzvün ereksiyası (latın di­lindən tərcümədə «ereksio»- dikəlmək, qalxmaq deməkdir), yeri onun uzanması, şişib dolması, bərkiməsi prosesi baş verir. Bunun nəticəsində o, tamam başqa görkəm alır.
Cinsi üzvün kəskin surətdə böyüməsi və elastikləşməsı qanaxını tezliyinin on dəfələrlə artması hesabına əldə edilir. Sakit vəziyyətdə qan bir məcra ilə axır, lakin oyanma zamanı bu yol qapanır. Belə olduqda, qan məsaməli cisimlərin divarları ilə axmağa başlayır, nəticədə bu cisimlər qanla dolub bərkiyir, qan isə cinsiyyət üzvünə tərəf həyat enerjisi sahəsi qovur. Hər şey qədim Şərq sxeminə əsasən baş verir: ağıl özündə enerjini daşıyır, enerji qanı damarlarla qovur, qan isə ereksiyanı yaradır.
Ereksiya zamanı cinsiyyət üzvünün qalınlaşması əlavə olaraq ona gətirib çıxarır ki, qadın cinsiyyət orqanlarının xarici hissəsi (vulfa) fallosun, yeri artıq böyüyüb bərkimiş tənasül alətinin uşaqlıq yoluna yeridilməsi zamanı daha güclü təzyiq və təsirlərə məruz qalır. Əgər biz buna, fallo­sun özülünün cinsi əlaqə zamanı klitor (pipik) nahiyəsinə ritmik təzyiqini də əlavə etsək, belə bir qeyri-adi qənaətə gəlmək olar ki, bu, klitorun masajından başqa şey deyildir.
Ereksiyanın iki növü var: qeyri-iradi (spontan) və şüurlu (öz istəyilə əmələ gələn).
kişi cinsiyət sistemi. Penis ereksiya vziyyətində
Spontan ereksiyalar adətən səhərlər və gecələr ya­ranır və öz gücünü saxlamış bütün kişilər üçün xarakterik bir haldır. Gecə ərzində və xüsusilə səhərə yaxın orqanizmdə bol enerji toplanır ki, bu da tənasül alətinin ereksiyasına (dikəlməsinə) səbəb olur. Yaşlı kişilər bu cəhəti nəzərə almaqla, məhz səhərlər cinsi əlaqəyə girməyə çalışmalıdırlar. Gecələr bunu həyata keçirmək ona görə çətindir ki, gün ərzində siz bu həyat enerjisini xərcləmiş olursuz və ereksiya üçün daha güc qalmır. Ümumiyyətlə, normal cinsi həyat üçün kişinin hələ öz gücünü itirmədiyi saatlarda – səhər və gündüz vaxtı cinsi əlaqədə olması məsləhətdir. Qadınlar bunu bilir və hiss edirlər. Əgər kişi uzun müddət cin­si əlaqəyə ciddi meyl göstərmirsə, qadın onu buna səhər tezdən daha asan təbrik edə bilər, çünki həmin vaxt kişi hə­lə yorğun deyildir və ən başlıcası -beyni daimi qayğılardan azaddır.
Şüurlu ereksiyanı müxtəlif seksual arzu və fantazi­yalar doğurur. Kişi irəlicədən həzz hissinin intizarı ilə xəyalən qadını soyundurur və bundan sonra qadından cavab hərəkətləri gözləyir. Lakin kişi xəyalən qadını soyundurarkən təkcə həzz hissi deyil, uğursuzluğa düçar olacağından, yeri öz kişilik vəzifəsinin öhdəsindən layiqincə gələ bilməyəcəyindəıı xoflanaraq təlaş hissi də keçirə bilər. Kişi üçün bu çox təhlükəli haldır, belə ki, beyində hərlənən uğursuzluq fikri nəticəsində, ereksiya baş verməyə, də bilər. Bu hadisə elə belə də adlanır: uğursuzluğun gözlənişi sindromu.
Həyat enerjisinin bu cür səksəkəli hisslər və xəyallara sərf edilməsi nəticəsində ereksiya üçün enerji qalmır. Bu, xüsusilə yaşlı kişilərə aiddir, belə ki, hər hansı əlavə hərəkət, məsələn, bol yemək onsuz da «qurtara-qutarda» olan cinsi enerjisinin gündəlik normasının həzm prosesinə xərclənməsinə səbəb olur. Konkret halda qan həzm orqanlarına çəkildiyinə görə, tənasül alətini doldurub, qaldırmaq üçün azlıq edir.
40 yaşlı kişinin etirafı:
«Manim bu vaxta qədər öz „apparat“ımdan heç vaxt gileyim olmamışdı. Lakin indi bir az narahatlıq keçirirəm. Bu yaxınlarda mən gənc bir qadını restorana dəvət etdim. Orada doyunca yeyib içdik. Sonra bizə getdik və… heç nə alınmadı. Ən məsul məqamda „balaca dostum“məni xəcalətli elədi, „işləməkdən boyun qaçırdı“, baxmayaraq ki qız qəşəng, şərait əlaydı. Əvvəl təşviş keçirirdim, son­ra yadıma düşdü ki, qədim Şərqdə „tıxa-təpə“ yedikdən sonra sevgiylə məşğul olmaq məsləhət görülmürdü. Mənsə həddindən çox yemişdim...n
Lakın kəskin fizioloji aclıq da ereksiyaya „tormozlaşdırıcı“ təsir göstərir. Buna görə aclığı yüngülcə dəf etdikdən, yaxud yeməkdən 2-4 saat sonra cinsi əlaqəyə girmək məsləhətdir.
Ereksiyanı „boğan“ faktorlar sırasına kişinin hər hansı bir işə hədsiz aludə olması da aid edilə bilər. Bu onunla izah edilir ki, beynin gərgin surətdə hansısa problemin həlli ilə məşğul olması nəticəsində seksual fantaziyalar mexanizmi „bağlanır“. Buna belə bir nümunə:
»Mənim əriın – kompüter proqramlarının tərtibi ilə məşğul olan, yüksək savadlı ziyalıdır. İşdə onun qarşısına hansısa çətin vəzifə qoyulduqda, o daim bunun həlli ilə məşğul olur. Belə vaxtlarda bizim intim hayatımızda «durğunluq dövrü» başlayır. O heç cür ehtirasa gələ bilmir. Man buna artıq alışmışam".
Hamı bilməlidir ki, yüksək intellektual fəaliyyət bö­yük enerji məsrəfi tələb edir və bunun nəticəsində ereksi­ya üçün enerji qalmır. Buna görə hansısa birini seçmək la­zımdır: ya intellektual işi, ya da seksi. Bunların ikisinin də uzlaşdırılması isə daha düzgün olardı.
Normal kişidə ereksiyanı pozan digər səbəblər sırf fizioloji nasazlıqlardır ki, bunları asanlıqla aradan qaldırmaq olar.
Birincisi, tənasül alətinin ciddi fiziki qüsurları olma­malıdır: müxtəlif yara, zədə və travmalar ereksiyaya əngəl törədir.
İkincisi, baş beyindən impulsları cinsiyyət orqanları­na çatdıran sınır yollarının saz saxlanılmasmın da böyük əhəmiyyəti var. Belə ki, zaman ötdükcə, orqanizmin pas at­ması, onurğa sütunu diskinin dəyişməsi, sinir həssaslığının itirilməsi nəticəsində bu yollar pozulur.
Üçüncü faktor orqanizmdə qan dövranının pozulması ilə bağlıdır. Əsasən portal hipertoniya (qaraciyərin çirklən-məsi) və damarların tıxanmasını doğuran sklerotık dəyişikliklər səbəbindən cins üzvünün qanla təchizatı çətinləşir.
Dördüncüsü, dolayı yolla energetik çatışmazlığı gös­tərən hormonal çatışmazlıqdır. Energetikanı stimullaşdırmaqla, biz hormonların «hasilatını» stımullaşdırırıq ki. bu da ereksiyanı yaxşılaşdırır.
Ereksiyanın yaranması üçün kişi daxilən özünü cavan, sağlam və yaraşıqlı hiss etməlidir. Bu məqamlarda heç bir özünütənqidə yer olmamalıdır.
Ereksiyanın dərəcəsi müxtəlif ola bilər: dəyənək ki­mi dikəlmiş bərk tənasül alətindən tutmuş, azca şişib cana gəlmiş tənasül alətinə qədər. Sual doğur: bəs hansı ereksi­ya normal sayılır, bu barədə hansısa universal göstəricilər varmı?
Ereksiya o zaman normal sayılır ki, kişi öz tənasül alətini çətinlik çəkmədən uşaqlıq yoluna daxil etmiş olsun; bu zaman o, əli ilə də özünə kömək edə bilər və bu, normal hal sayılır. Onu da yadda saxlamaq lazımdır ki, təsadüfi əlaqələr zamanı uğursuzluq ehtimalı kəskin artmış olur.
Cinsi həyatın intensivliyinin də ereksiyaya ciddi təsi­ri var. Əgər o, müntəzəm və sağlam düşüncəyə uyğundursa, bu cür cinsi əlaqələr cinsi üzvün damar aparatını məşq etdirib, möhkəmləndirir. Cinsi əlaqə həddindən artıqtez-tez baş verəndə, yaxud qeyri-müntəzəm əlaqələr halında ereksiya pisləşir. Hər bir ayrıca halda, siz gərək öz yaşınızı, fərdi konstıtusiyanızı, şəraiti və digər faktorları nəzərə alasınız. Belə hesab olunur ki, cavan vaxtı kişilər cinsi əlaqə hər gün və ya bir gündən bir, 30-40 yaşlarında həftədə 2-3 dəfə, 40-50 yaşlarında həftədə 1-2 dəfə, 50-60 yaşlarında 10 gündə 1-2 dəfə ola bilər.
 

0 şərh