Prezervativ

Prezervativ rezin materialdan (adətən, lateksdən) hazırlanmış nazik, elastik və keçiriciliyi olmayan kisəcikdir. Cinsi əlaqə zamanı kondom kişi cinsiyyət üzvünə taxılır. Qadının hamilə qalmaması üçün kişilər hər cinsi əlaqə zamanı kondomdan istifadə etməlidirlər. Hər il dünyada təxminən 5 000 000 000 ədəd prezervativ satılır. Onun 100-dən artıq növü var. İstehsal olunan bütün prezervativlərin təxminən 40-70%-ni qadınlar alır.
Prezervativ həm hamiləlikdən, həm də Cinsi Yolla Yoluxan İnfeksiyalardan və HİV/AİDS (SPİD)-dən qoruyan yeganə üsuldur.

Kişi prezervativlərı nə dərəcədə effektivdir?
prezervativ (kondom) -təhlükəsiz seks üçün Əgər hər hansısa cinsi əlaqə zamanı kondomdan istifadə olunarsa, onlar həm hamiləliyin, həm də Cinsi Yolla Yoluxan İnfeksiyaların və HİV (SPİD)-in qarşısının alınmasında yüksək dərəcədə effekivdir. Hər cinsi əlaqə zamanı yeni kondomdan istifadə olunmalıdır. Hətta qorunmamış bir cinsi əlaqə hamiləlik və ya Cinsi Yolla Yoluxan İnfeksiyalar və HİV-ə yoluxma ilə nəticələnə bilər.

Kişi prezervativlərının hansı üstünlükləri var?
* Həm hamiləlikdən, həm də Cinsi Yolla Yoluxan İnfeksiyalardan və HİV-dən qoruyan yeganə üsuldur
* Hamiləlik və infeksiyaların qarşısının alınmasında kişilərin iştirakını təmin edir.
* Apteklərdən asanlıqla almaq mümkündür
* Cinsi həzzi artırır, çünki hamilə qalmaq ehtimalı, Cinsi Yolla Yoluxan İnfeksiyalar və HİV-ə yoluxma təhlükəsi olmur.
* Həkim təyinatı olmadan istifadə edilə bilər

Kişi kondomundan kim istifadə edə bilər?
Bütün cütlüklər prezervativdən istifadə edə bilər. Cinsi Yolla Yoluxan İnfeksiyalar və ya HİV-ə yoluxma ehtimalı yüksək olan kişi və qadınlar üçün prezervativlər ən münasib üsuldur.

Kişi prezervativi necə istifadə edilməlidir?
1. İstifadə etməzdən əvvəl yararlılıq müddətini və istehsal tarixini yoxlayın. prezervativlər istehsal olunduğu gündən etibarən 3 il ərzində istifadə oluna bilər.
2. Prezervativ bağlamasını ehtiyatla açın.
3. Prezervativin ucunu sıxın (havanın xaric olması üçün) və onu qərilmiş kişi cinsiyyət üzvünün ucunda yerləşdirin.
4. Prezervativi kişi cinsiyyət üzvünün əsasına qədər açın.
5. Sperma ifrazından sonra kişi cinsiyyət üzvü yumşalmazdan əvvəl prezervativi onun əsasında sıxın və penisi uşaqlıq yolundan çıxarın. Bunu ehtiyatla edin ki, sperma uşaqlıq yoluna sızmasın.
6. İstifadə olunmuş prezervativi düyünləyin və zibil qutusuna atın.

Prezervativin sürüşkənliyini artırmaq üçün bitki yağı, uşaq kremləri, vazelin və ya dəri losyonlarından istifadə etməyin. Onlar kondomun asanlıqla zədələnməsinə səbəb ola bilər.

Prezervativdən istifadə zamanı əlavə təsirlər müşahidə oluna bilərmi?
Xeyr. Lakin nadir hallarda lateksə qarşı allergiya müşahidə oluna bilər.

Prezervativlərın çox vaxt keyfiyyətsiz olması və tez-tez cırılması düzdürmü?
Xeyr, bu səhv fikirdir. Düzdür, istifadəçiləri çox vaxt kondomun cırılması narahat edir. Lakin, düzgün istifadə olunduqda prezervativ nadir hallarda cırılır.

Kişi prezervativlərı cinsi əlaqə zamanı cinsi həzzi azaldırmı?
Bəzi adamlar qeyd edir ki, prezervativlər cinsi həzzi azaldır. Bir çoxları üçün isə əksinə, prezervativlər cinsi həzzi artırır. Çünki, kişilərin cinsi əlaqəni yarımçıq dayandırmağa ehtiyac olmur. Həmçinin, hamilə qalmaq və ya Cinsi Yolla Yoluxan İnfeksiyalara və HİV-ə yoluxmaqla bağlı narahatlıqlar yaranmır.

Prezervativi necə almalı?
Bir çox ölkələrdə normal qəbul olunan prezervativlər bəzi müsəlman ölkələrində hələ də tam qəbul edilməmiş qalır, əsasən də müsəlman ölkələrində aptekdən prezervativ almaq olduqca çətin bir iş sayılır hələ bir də satıcı xanım alıcı isə kişi olsa bu iş olduqca çətinləşir. ABŞ-da fəaliyyət göstərən preservative.com saytı əsasən prezervativ alarkən ən çox istifadə olunan bəhanə və yalanları araşdırmışdır.
Satıcıya bir dostuma alıram demək
Prezervativ aldığı bəlli olmasın deyə onunla bərabər başqa lazımsız şeylər də almaq
Alarkən prezervativ sözünü başqa sözlə əvəz etmək bu zaman satıcı sizi başa düşməsə daha gülünc vəziyyətə düşərsiniz.
Ən çox istifadə edilən üsul isə kişi satıcısı və kənar bir yerdə olan aptek axtarmaqdır.

Maraqlı fakt:

Rusiya mətbuatına istinadən qeyd etmək olar ki, çinli kişilərin 70%-i «təhlüksiz seks» anlayışını qəbul etmir. İkinci yerdə çexlər (58%), üçüncü pillədə isə britaniyalılar (34%) gəlir.
Seks zamanı təhlükəsizliyinin qeydinə ən çox qalanlar isə fransızlardır. Fransada kişilərin cəmi 9%-i prezervativdən istifadəyə «dırnaqarası» baxır.

Həmçinin bax: Hamiləliyin qarşısının alınması

0 şərh