Рейтинг
+26.62

Seks (18+)

36 üzv, 73 topik

Insanlarda normal seks

İnsanda seksual təzahürlər dərhal üzə çıxmır, orqanizm bunun üçün yetişməlidir. Kişilərdə cinsi yetişmə adətən 14-16 yaşlarında başlayır və 18-20 yaşlarında tamama çatır..Qadınlarda bu göstəricilər müvafiq olaraq 12-13 və 16-18 yaşdır. Deməli 20 yaşlı kişi və 16-17 yaşlı qadın cin­si həyat üçün münasib dövrə qədəm qoymuş olurlar və bu yaşdan başlayaraq ailə qura bilərlər. Qadın və kişi orqanizmləri arasında keyfiyyət, miqdar fərqləri və digər fərqlər mövcuddur.
Başlıca keyfiyyət fərqlərinə insanın cinsiyyət sistemi­nin quruluşu, enerjinin bədəndə dövr etmə xüsusiyyətləri və orqanizmin funksiyaları aiddir. Kişi və qadın orqa­nizmlərinin cinsiyyət sistemləri arasındakı fərq digər keyfiyyət və miqdar fərqlərinə səbəb olur və qametaların cin­sini (xayalıq və yumurtalıqlar); hormonal cinsi (androgenlər və ya estrogenlər), morfoloji fərqləri (bədənin forma­ları və orqanizmin funksiyaları) müəyyən edir.
Yuxarıda göstərilmiş «daxili» fərqlər «xarici» fərqlərə — insanın şəxsi davranışına, digər adamlara qarşı münasibətinə və tələbatlarına, məişət və seksual tələbatlarına) təsir göstərir. Nəticədə insan özünü kişi və ya qadın cinsinə aid edir, müvafiq tərbiyə alır, özü üçün cinsi tərəf — müqabil seçir və müvafiq cinsi rolu oynayır.
İndi isə normal seksuallığın əsas təzahür formalarını sadalayaq.
Ardı →

Düzgün nizamlanmış seks

seks pozasi,ehtiraslı cinsi əlaqə,erotik şəkilCinsi aktdan sonrakı davranış böyük əhəmiyyətə ma­lik olsa da, kişilərin əksəriyyəti bu məqama əsla məhəl qoymurlar. Hətta sevən ərlər də cinsi aktdan dərhal sonra arxalarını arvadlarına çevirib yatmağı üstün tuturlar. Kişi rahatlanıb uyuduğu bir vaxtda qadın seksual ehtirasın onu necə tədricən tərk etdiyini həyəcanla hiss edir. Bu cür davranışın nəticəsində kişi özünü çox maraqlı psixoloji və emosional həyəcanlardan məhrum edir. Bundan pisi odur ki, kişi sevən qadının illüziyalarını alt-üst edir və bununla da qadının həssas naturasında, onun məhəbbətinin zərifliyindən, onun əlavə nəvazişlərə ehtiyacından büsbütün xəbərsiz, yaxud bunlara tamamilə biganə olduğunu nümayiş etdirir. Axı qadınlar çox sevirlər ki, cinsi yaxınlıq başa çatdıqdan sonra onu nəvazişlə öpsünlər, oxşasınlar, qulağına xoş sözlər pıçıldasınlar.
Cinsi əlaqələrin norması, yəni sayı və tezliyi haqqında məsələ hər bir halda fərdi həll olunur. Tərəf-müqabillər cavan olduqca cinsi əlaqələr bir o qədər intensiv baş verir. Bəzi sevgililər üçün hər gün cinsi əlaqəyə girmək zərurət halını alır. Bəziləri isə həftədə bir-iki əlaqə ilə kifayətlənirlər. Görünür orta norma həftədə iki-üç əlaqə sayılmalıdır.


Davamı →

Öpüşlər

öpüş, kiss (öpüşmək şəkili)Öpüşün emosional diapazonu çox genişdir- adi nəvazişdən tutmuş, erotikanın, ehtirasın ən ali zirvəsinə qədər. 
Bəzi adamlar öpüşmə zamanı öz partnyorlarının emosional vəziyyətini çox dəqiq fərqləndirə bilirlər. Məlumdur ki, cinsi oyanına zamanı qadın öpüşünün dadı dəyişir, xüsusi tam verir. Bu, tüpürcəyin fizioloji-kimyəvi tərkibinin dəyişilməsi ilə izah edilir. Və öpüşmə zamanı seksual oyanmanın bu dadı kişiyə sarsıdıcı təsir göstərir.
Bədənin öpülə biləcək 8 əsas «nöqtəsi göstərilir: qulaq, boyun, qoltuq, dodaq, bııd, qarın, yançaqlar, döş. Kişilər yalnız öpülməyə icazə verilən və qadağaqoyulan yerləri əvvəlcədən müəyyən etdikdən sonra qadının öz razılığı, yaxud onun reaksiyası əsasında) „işə başlaya bilər''.

Öpüş- ilkin sevgi oyununda ən güclü qızışdırıcı, ehtiras oyadan vasitədir.Belə ki, kişi və qadın öpüş sayəsində “üst qatda» birləşmiş olurlar. Bu "üst ittifaq" bəzi adam­lara «alt ittifaq» (fallosun uşaqlıq yoluna daxil edilməsi) qədər güclü təsir göstərir və onlara cinsi əlaqəni xatırladır.
Davamı →

Eşq dişləmələri

Seksual oyanma sayəsində öpüş şiddətlənib öz zirvəsinə çatdıqda, o «eşq dişləməsi»nə çevrilə bilər. Belə hesab olunur ki, orta hesabla qadınlar kişilərə nisbətən daha çox dişlərin «köməyinə» əl atırlar.
Eşq və ehtiras haqqında Müqəddəs təlimatda (Kama Sutra) dişləmə barəsində deyilir: «dişlənməyə izin verilən yerlər elə öpülməyə izin verilən yerlərdir. Yalnız çox həssas sahələr-üst dodaq, ağız boşluğu, gözlər və sair yerlər istisna edilməlidir».
Dişləmə sevgi oyununa yalnız hər iki tərəf üçün xoş olduqda, daxil edilə bilər. Əgər sevgi oyunu zamanı qadında, yaxud kişidə sevgilisini dişləmək istəyi oyanarsa dişlə­mənin gücünə nəzarət edilməlidir, əks halda bu, vəhşiliyə çevrilə bilər. Özü də bu halda dişlər sağlam və düz olmalı­dır. Çürük, öz bərkliyini itirmiş, əyri-üyrü və laxlayan diş­lər belə nəvazişlər üçün yaramır.


Ardı →

İntim normalar

"İntim norma" dedikdə biz nəyi nəzərdə tuturuq? Müxtəsər danışsaq, bu, qadınla kişi arasında, onların davranış və hərəkətlərini müəyyən qaydalar əsasında tənzimləyən cinsi münasibətlərdir.
Bu tərifi həqiqət kimi qəbul edib tarixi keçmişə, eləcə də müasir xalqların gündəlik həyat və məişətinə nəzər salsaq, görərik ki, intim, yəni cinsi normalar xeyli sərbəst şərh və təfsir edilən anlayışdır. Məsələn, xristian dininə tapınan Avropa ölkələrində rəsmi surətdə yalnız bir qadınla, yeri nikaha girdiyin şəxslə, qeyri rəsmi surətdə isə istənilən qadınla cinsi münasibətdə olmaq olar; bu ölkələrdə qanuniləşdirilmiş mülki izdivacla yanaşı qanuniləşdirilmiş fahişəlik də mövcuddur. Müsəlman ölkələrində bir kişinin bır neçə qanuni arvadı (siğələri nəzərə almasaq, dörd arvadı) ola bilər və şəriətə görə kişi hər bir arvadına eyni dərəcədə qayğı və diqqət göstərməyə borcludur. Qadınların kişilərdən xeyli az olduğu bəzi Afrika tayfalarında isə bir qadının bir neçə əri olur. Qədim Misirdə firon ailəsində qardaşla bacının nikahını sülalə maraqları tələb edirdi, halbuki bütün dövrlərdə və xalqlarda bu cür izdivac ən dəhşətli zina və cinayət sayılıb.
Ardı →