"Maşa və Ayı" filminin qəhrəmanı əsl həyatda kimin prototipidi?

Ən uğurlu cizgi filmlərindən sayılan «Maşa və Ayı» əslində öz yaranışını bir qızcığaza borcludu.
Layihənin müəllifi rusiyalı Oleq Kuzovkov Krım çimərliyində dincələrkən bir qızcığaz diqqətini cəlb edir. Uşaq öz enerjisi ilə valideynlərini və digər istirahət edənləri bezdirmişdi. Rəssamı ən çox heyrətləndirən isə «kiçik nüvə reaktorunun» özündən qat-qat böyüklərə komandanlıq etməsi və onları təngə gətirməsi idi. Cəmi bir neçə gündən sonra hamı ondan yorulmuşdu, bəziləri isə qızı görəndə gizlənirdi (Yeri gəlmişkən, belə vəziyyət cizgi filmində tez-tez xatırlanır).
Kuzovkov bu vaxt düşünür ki, qızcığazı hansısa cizgi filmin qəhrəmanı etmək pis olmazdı. Lakin investor ancaq 10 ildən sonra Amerikadan tapılır.
Bir neçə ildə cizgi filmində çoxlu dəyişiklər olub: Maşa artıq danışır (ilk serialarda demək olar ki, dialoq yoxdu), serialarda yeni-yeni qəhrəmanlar iştirak edir. Bazarlarda isə cizgi filmini əks etdirən çoxsmaylı oyuncaqlar peyda olub.

 

 

8 şərh

babayeva_sabina
 o qızda maşa kimi dəcəl olub:))
pascal
Bilmirdim, bu gün bunu da öyrəndim. :)
asel
çox gözəl cizgi filmdi. 
nurr
bu cizgi filmi uşaqlarda əsəbilik yaradır.ümumiyyətlə bu cizgi filmnin də bəziləri kimi görünməyən tərəfləri var əslində onun heç bir tərbiyəvi əhəmiyyəti yoxdur.məlumata görə təşəkkür sabina :)
BaRLeLiTa
Cizgi filmini izləmə yaşım keçmiş olsa da, bu cizgi filmini izləməkdən doymuram. Bir seriyasını buraxmamışam, yeni seriyalarını gözlüyürük rəfiqəmnən :) 
heyatin-ellerinde
Düzdü o qədər də baxmıram bu cizgi filminə amma maraqlı olduğunu bilirəm. Bir az səbirsizəm uşaqların dəcəlliklərinə qarşı.
Orada ayının yerinə mən əsəbləşirəm :)

Bir şey də öyrəndim. Məlumat üçün çox sağolun
Lily996
coxxxx maraqli cizgi filmdir))))))))))))
_BUMERANQ_
Çox çəkici cizgi filmidi. 
Amma bir şeydən dəqiq əminəm bu cizgi filmində tərbiyəvi heç nə yoxdu. Bizim balacalar burdan yaxşı artistliklər öyrənirlər.