Çörçil də dəli imiş :)

Çörçil universal olaraq intellektual insanlar tərəfindən dahi hesab edilir. Əsasən də, bioqrafiyaçılar, ingilis tarixçiləri və Britaniya Racı haqda eşitməyən adamlar tərəfindən.
Niyə bu yalandır?
Çörçil müharibə ərəfəsində böyük nitqlər söyləyirdi və şübhəsiz, nasizlər Londonu nəyi-var bombardman edəndə İngiltərəni ruhlandıran lider idi. Lakin onun məşhurluğu fəlsəfi konsepsiyadan o tərəfə keçmir, hansı ki müharibədən sonra yaranan böhran zamanı ola biləcək tənqidləri azaltmışdı..
Bu belə davam etmədi və Çörçil Almaniya təslim olandan sonra işindən qovuldu. Niyə?
Çörçilin İkinci dünya müharibəsində savaşmaq üçün uşaq həvəsi var di və gözü doymurdu. Bunun milyonlarla insanın həlak olacağına səbəb verdiyindən, o, ordu daxilində elə də sevilmirdi.. Çörçilin ən axmaq planı: 1945-ci il İyulun 1-də yenidən silahdırılacaq alman qüvvələri ilə təcili olaraq Rusiyanın işğalı. Bəli, o, İkinci Dünya Müharibəsinin bədnam təsirləri aradan qalxmamış Üçüncü Dünya Müharibəsini başlatmaq niyyətində idi. Bu onun Qeyri-adi Əməliyyat (Operation Unthinkable) planının əsasını təşkil edirdi və bu plana görə hətta ən yaxın adamları belə onu gicgicinin biri hesab edirdi.

Çörçil baş nazir kimi fəaliyyət göstərəndə, britnaiyalılar müharibədən sonra onların başına yeni fəlakətlərin gələ biləcəyini düşünməyə başlamışdı. Çörçil müxalifətdə olan Leyboristlər partiyasını Gestapo adlandırmaqdan heç də çəkinmədi, baxmayaraq ki, onlar müharibə kabinetində əsas postları tutmuşdu. Beləliklə, britonlar 1945-ci ildə tarixdə olmuş ən məşhur seçki məğlubiyyətlərinin birində onun dalından təpik vurdular
Doğrusu, 400 milyon əhasi olan Britaniya Racını (indiki Pakistan), Banqladeş, Myanma və Hindistanı çıxmaq şərtilə Çörçil ingilislərdən böyük səs çoxluğu toplamışdı.Çörçilin standartlarına görə bu insanlar Britaniya İmperiyasının tərkib hissəsi idi və hətta o, Hindistana muxtariyyət verilməsinin də qəti əleyhinə idi. Ölkə İkinci Dünya müharibəsinə cəlb olunmuş və buna etiraz edən ölkə liderləri həbs edilmişdi. Çörçil hətta M.Qandiyə qarşı qəti imkan tədbiri görərək, onun aclıq aksiyaları zamanı aclıqdan ölməsinə göz yumulmasını təklif etmişdi

5 şərh

Sufi
Burada dəli nə var ki?İnsan öz ölkəsinin mmilli maraqlarını üstün tutub.Buna dəlilik deməyin nəyi düzdür?
eysar

Təki bizimkilər də bunun kimi «dəli» olsun.Onun «Unthinkable» əməliyyatı isə faktiki olraq reallaşmassa da ideoloji olraq soyuq müharibənin əsasını təşkil etdi.Yəni sonda bu və ya digər şəkildə öz niyyətinin getrçəkləşməsinə nail oldu.Buna görə də onu böyük siyasətçi saymaq olar, amma dahi yox.


p.s.İkinci dünya müharibəsinin bir dahisi var idisə də o daHitler idi.

Freddie
Sufi, smaylik işarəsi bunun zarafata yazıldığına işarədir…
ramzes
Oxuyarkən onun dahi olduğuna bir daha əmin oldum, el içində belə bir deyim var "Çörildən çox bilir" o da boş yerə deyilmib.
Sufi
Bu Çörçilldən danışırsınızsa heç olmasa bugün nəşr etdiyim Çörçill-Şlyapalı adam məqaləsinə də fikir bildirin.Çox əziyyət çəkmişəm o posta görə.