Obama da zarafatcıl imiş...

Ötən şənbə, Barak Obama “həyatda bir neçə şeyi tapmaq onu saxlayıb sevməkdən daha çətindir” deyərək, bir neçə ağıllı fikirlərini bölüşüb.

"Yaxşı, sevgi və doğum haqda şəhadətnamə", Obama Ağ Ev Müxbirlər Birliyinin axşam yeməyində onun doğum yerini sorğulayan jurnalistlərə rişxəndlə cavab verdi. "Mənə dedilər ki, reytinqim doğulduğum yerdə hələ də yüksəkdir”. Obama Havay adalarında doğulub, amma bəziləri onun başqa ölkədə doğulduğundan şübhələnirlər.

Obama yeməkdə olan komedia ustası Jay Lenoya da sataşdı. Obama Leno üçün “yeganə insandır ki, reytinqi mənimkinə (türkün məsəli) nisbətən aşağı düşüb", dedi

Respublikaçılar da Obamanın zarafatlarına tuş gəldi. Obama Con Makkeynin (Sen. John McCain) bu il digərlərindən seçilmədiyini irəli sürüb “biz bilirik ki, Arizonada şəxsiyyət vəsiqəsini itirəndə nə olur.... xoş getdin, dostum” dedi və Arizonda immiqrasiya ilə bağlı qəbul edilən yeni qanunla məzələndi.

Baxmayaraq ki, onun seçki reytinqi enib, Obama dedi ki, o, Twitter və Facebookda çox məşhurdur və ya necə ki, Sarah Palin onu adlandırır “sosial media”da

Məclisdə iştirak edən 3000 qonaq arasında Olimpiya çempionu Elnur Məmmədli, eee bağışlayın, Lindsey Vonn (öyrəşmişəm olimpiya çempionu sözündən sonra Elnur Məmmədli deməyə:D), aktyor Alec Baldwin, aktrisa Michelle Pfeiffer, Nyu-Yorkun meri Maykl Blumberq kimi insanlar yer alırdı..

Obamanın nitqinə bax: 

Hətta Obama söyüş də söyür... deyir ki, yeməyə gəlməyəcəkdim, vitse-prezident Biden mənu dilə tutdu. Mənə dedi ki, bu adi yemək deyile, it is a big fucking meal.. Əlbəttə ki, fucking sözü gələndə beep verirlər...

 

 

7 şərh

Sufi
fucking meal sözünü harda deyir?Hansı dəqiqədə?
Prezidentin adi bir insan kimi çıxşını,zarafatını görmək ona daha çox reytinq qazandırır nəinki yeni iqtisadi layihəni maliyyələşdirmək üçün xaricdən investisiya tapmaq:)
Leyla
Thank you so much, Ed. And to all the other board members; to honored guests; and to the lovely First Lady.
Əsl kişi belə olar=)) Təki bütün Azərbaycan kişiləri öz xanımlarına qarşı belə diqqətli olsun.
bankir
all of the jokes here tonight are brought to you by our friends at Goldman Sachs. (Laughter.) So you don't have to worry — they make money whether you laugh or not. (Laughter.)
Çox gözəl deyib bunu.Öz ölkəsinin maliyyə nəhənginə qarşı belə yumorla münasibət bildirmək prezidentin qeyri-standart olduğundan xəbər verir.
təpəgöz
Bunun yeri var həqiqətən.Qoldman Saksı yada salmaqla o düşük zarafat yox,incə gülüş yaratdı.Zənci olsa da,ona plyus düşür.
papatürk
Səfeh Buşla bu zənci balasının arasında fərq çoxdur. Çıxışı yaxşıdır,güldürməyi bacarır.Bir var səfehliklə güldürəsən,bir də var incə yumorla.Saytda qeydiyyatdan keçsəydi bu çıxışına görə ona bir plyus verərdim.
r9perviz
Aşagıdakı linkdə də Obamanın bir nəçə söyüşünü tapa bilersiz :)))

www.aprilwinchell.com/2009/02/05/barack-obama-is-tired-of-your-motherfucking-shit/?ref=d
rokfeller
Spiçrayterlər (speechwriters) yaxşı işləyib. Xalqın gözündə gülərüz,şən prezident imici yaratmağı bacarıblar.