Gözəllik mənbəyi tarakanlar

Müasir kremlərin tərkib hissələrindən biri də tarakanlardır!

Dövriyyədə olan kosmetikaların tərkib hissələri haqqında müxtəlif hekayələr dolaşır. Onların tərkibinə sağlamlıq və dəri üçün təhlükə yaradan kompenentlərin əlavə edildiyi heç kimə sirr deyil. Lakin kosmetikaların tərkibi haqqında bu xəbər bizi də dəhşətə gətirib. Dəri kremlərinin tərkibinə tarakan qatılır.

Gözəllik fırıldaqçıları kremlərin tərkibinə adi ev həşəratları deyil, tarakanların xüsusi növündən istifadə edir.

Qırışlar əleyhinə kremlərə ilbizdən əlavə edilməsi ilə yenicə barışmışdıq. Kremlərin tərkibinə tarakan qatılması isə ən qorxmaz insanı da qorxuda bilər. Bu həşəratlar həqiqətən də zülal mənbəyidirsə, başqa çıxış yolu yoxdur. Xüsusən də kosmetika şirkətləri ev parazitləri ilə heç bir əlaqəsi olmayan tarakan növündən istifadə edir.

Ən keyfiyyətli tarakan Periplaneta Amerikan növüdür, nə də olsa amerikalıdır. Qırmızıtəhər və qəhvəyiyə çalan tarakanların uzunluğu 1,6 sm-dir. Bu tarakan o birilərindən çox fərqlənir. Belə ki, qanadları var və uça bilir. Yəni, narahat olmayın kremlərə və serumlara keyfiyyətsiz tarakan əlavə edilmir.

Kosmetika şirkətlərinin laboratoriyalarında hamam böcəklərindən toyuqdan əldə edilən proteindən 3 dəfə artıq protein əldə edilir. Həm də ucuz başa gəlir.

Dərimizin onda birinin proteindən ibarət olması faktdır. Buna görə də regerenirasiyalar zamanı onsuz keçinmək mümkün deyil. Bu komponentin çatızşmazlığı dərinin elastikliyi itirməsinə və nazikləşməsinə səbəb olur. Ya dərinin korlanması ilə barışmalı, ya da ki, tarakanın tərkibindəki proteini əvəz edən başqa bir məhsulun köməyindən yararlanmaq qalır.

Gözəllik sənayesi üçün tarakanlar xüsusi şəraitdə fermalarda yetişdirilir. Yəni, böcəklər “sevgi və qayğı ilə böyüyür”.

Ümumiləşdirsək, görərik ki, tarakanların gözəllik məqsədi ilə istifadə edilməsi o qədər də qorxulu deyil. Nəticə etibarı ilə o tarakanlar Asiyada yeyilir, özü də böyük iştahla...

Protein kimi onlar artıq rəqabətə giriblər. Həm də gözəllik və gəncliyimizin qeydinə qalırlar. 

Mənbə: publika.az 

 

4 şərh

naninka
Day sözüm yoxdur. Çünki, olmaz deyə bir şey də qalmayıb. Tarkanların amerikalı olmağında bir az təsəlli tapdım :) 
azadmamedov90
bir zamanlar et tapilmayanda nece de bunu bilmemisik. off...heyif, indi de gec deyil eslinde, et olub, ama pul olmayib.
Jameliah
dəhşətizm :) bir bu qalmışdı...qırış kremlərinə ilbizdən ist.etdiklərini bilirdim, "əmma" bunu yox)
Gülnar
Burda nə var ki? Tarakanda lazımi maddə var, insan onu öldürüb öz gözəlliyi üçün istifadə edir hələ bir minnət də qoyur. İnsandakı naşükürlüyə baxa:)