Ən effektli qərarları intuisiyamız verir

Çoxumuz çətin bir qərara gəlmək üçün saatlarla fikirləşə bilərik. Lakin, portuqaliyalı alimlərin sınaqları bunun heç də düzgün olmadığını göstərir. Alimlər hesab edir ki, ən effektli addım — intuisiyamıza inanıb, qərarı tezcə qəbul etməkdir. Bu həm də vaxta qənaət edər və əhval-ruhiyyəmiz üçün yaxşı olar.

Alimlər siçovul üzərində sınaq apardılar. Aydın oldu ki, siçovullar «tərəddüd» edib etməmələrinə baxmayaraq effektli və düzgün qərarları qəbul edə bilir. Lakin siçovulların ən effektiv qərarları dərhal (300 ms ərzində) qəbul edilənlər oldu.

Araşdırma rəhbəri Dr. Maynen deyir ki, siçovul üzərində belə bir sınaqlar insan intuisiyasının təbiətini daha yaxşı anlamağa və beyində intuitiv qərar alma vaxtı nələrin baş verdiyini öyrənməyə  imkan yaradır.

2 şərh

pascal
Razıyam portuqal alimlərin fikirlərilə. :)
azadmamedov90
zor. insan da  heyvan kimi genetik olaraq oturulen intiusiya kimi esas hissler idare edir insani…