Nə üçün axşam vaxtı dırnaq kəsmək olmaz?

Nə üçün axşam vaxtı dırnaq kəsməyin yaxşı olmadığını deyirlər? Hadan gəlir bu inanac?

Axşam vaxtı dırnaqları kəsmək barədə dini mənbələrdə hər hansı qadağa yoxdur. Böyük alimlər və müctəhidlər də bu barədə suallara cavab verərkən axşam və gecə vaxtı dırnaq kəsmək barədə qadağanın olmadığını bildirirlər. Bu fikir xalq arasında yayılıb və dini əsası yoxdur.

Sadə bir səbəblə əlaqələndirsək, yəqin ki, gecə vaxtı dırnaq kəsməyin bəyənilməz olması barədə xalq inancının səbəbi budur ki, gecə işıqlanma zəif olduğu üçün dırnağı zədələmək ehtimalı daha böyükdür.

loading...

1 şərh

Diamonds
Bunu bilirdim.Çox sağ olun.