Kişilər təhsilli qadınları az boşayırlar


2000-ci illərdən başlayaraq təhsilli qadınların sayının artması onların ərlərindən boşanması şansını da azaldır. 
ABŞ-da nikah və boşanma ilə bağlı 1950-2009-cu illəri əhatə edən statistika ailə dəyərinin radikal transformasiyasını göstərib.

Araşdırma zamanı məlum olub ki, 1950-ci illərdə ABŞ-da ənənəvi nikah modeli üstünlük təşkil edib: ər qazanır, arvad isə ev işləri və uşaqlarla məşğul olub. 1960-1970-ci illərdə isə feministlərin və qadınların hüquqları uğrunda mübarizlərin hay-küylü kompaniyasına baxmayaraq, kişilər həyat yoldaşı seçimində daha az təhsilli xanımlara üstünlük veriblər. 

Daha təhsilli qadınlarla bağlanan nikahların 34 faizi boşanma ilə nəticələnib. 1980-ci illərin ortalarında amerikalı xanımlar universitet diplomunu daha çox almağa başlayıblar və proses indi də davam edir. Nəticədə 2005-2009-cu illərdə artıq təhsili olan qadınla bağlanan nikahlar 60 faizdən çox olub.

1 şərh

azadmamedov90
Elə bizi kəndin qızları da " qonşumuz orta təhsilli oğluna arta təhsilli qız almır" deyərək diplom üçün yola çıxıblar.Deyirəm kaş ki anlayardılar elmi, və ardınca gedərdilər, daha ərə və uşaqları da bədbəxt etməyə yox.