Əl yazısı ilə xəstəlikləri əvvəlcədən öyrənmək mümkündür

Əl yazısıyla Parkinson xəstəliyinin erkən diaqnoz edilə biləcəyi təyin olundu. Xəstəliyin qəti müalicəsi olmasa da erkən diaqnoz, bir çox xəstəlikdə olduğu kimi böyük  əhəmiyyət daşıyır.

İsraildəki Hayfa Universiteti və Rambam Xəstəxanasındakı araşdırmaçılar, 40 Parkinson xəstəsinin əl yazısını sağlam insanların əl yazısı ilə müqayisə edib. İştirakçılardan adlarını və verilən ünvanları elektron tabletlə, səthə təzyiqi ölçən xüsusi bir qələmlə yazmaları istənilib.

Komputer mühitində iştirakçıların əl yazısı, yazma zamanı, təzyiq, hərflərin boyu kimi bir sıra parametrlər nəzərə alınaraq araşdırma aparılıb..

97,5 % doğru diaqnoz
Xəstələr və sağlam şəxslərin yazılarında böyük fərqlər olduğu, həmçinin komputer araşdırmalarında 97,5 % nisbətində doğru diaqnoz  görüldü. Parkinson xəstələrinin kağıza daha az təzyiq edərək yazdığı, daha kiçik hərflər istifadə etdiyi və yazmaq üçün daha çox vaxt xərclədiyi müəyyən edildi.

Əl yazısı illər əvvəldən məlumat verir.  Xəstələrin, bir sonrakı addımı düşünmək üçün qələmi daha çox havada tutmasının idrak bacarıqlarının azaldığı mənasına gəldiyini söyləyən elm adamları, əl yazısındakı bu dəyişikliklərin diaqnozdan illər əvvəl meydana gəldiyinə, bu səbəbdən də xəstəliyin erkən diaqnozuna da işıq tuta biləcəyinə diqqəti çəkdi. Araşdırma, ” European Neurological Society ” jurnalında nümayiş olundu.

Tərcümə: Orxan Cuvarli

0 şərh