Ayaqqabılar öz sahibinə ağıl verəcək?

İnsanın evolyusiyası onun get-gedə ağlından az istifadə etməyə məcbur edir. Bir zamandan sonra insanlar demək olar ki, ətrafına yığdığı əşyalardan asılı olacaq. Bircə o qalmışdı ki, ayaqqabıdan da asılı olaq. Beləliklə...

Shagird.az - Ayaqqabılar öz sahibinə ağıl verəcək?- Maraqlıdır

Hindistanlı startapçılar öz sahibinə yolu göstərən ayaqqabı düzəldiblər. Sözügedən ayaqqabı hələ 2011-ci ildə düşünülüb, indi təxminən 50 insan ondan istifadə edir.

Shagird.az - Ayaqqabılar öz sahibinə ağıl verəcək?- Maraqlıdır

Lent.az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, qırmızı rəngli ayaqqabı GPS-in (peyk naviqasiya sistemi) köməyi ilə məkanı və marşrutu müəyyənləşdirir. Lazımi istiqamətin göstərilməsi üçün ayaqqabıya quraşdırılmış xüsusi qurğu vibrasiya yaradaraq sahibini hərəkət istiqamətini dəyişdirmək haqda xəbərdar edir.
Ayaqqabı "Bluetooth" siqnallarının köməyi və smartfon üçün xüsusi tətbiqlə idarə olunur. Adi batareya vasitəsilə enerji toplanılır. Həmçinin hərəkət zamanı sərf edilmiş kalori hesablanır.
Ayaqqabının qiyməti təxminən 100-150 dollar məbləğindədir. Əsas sifarişçilər istirahət zamanı öz hərəkət marşrutu haqqında narahatçılıq keçirmək istəməyən turistlərdir.
Allah köməyimizdə olsun!

 

Mənbə: http://news.lent.az

0 şərh