Olmuş gülməli əhvalatlar

“Sizə seks dolu həyat arzulayıram”
Rus kosmonavt Aleksey Leonov:
“Səhv bir söz dedim və bütün Amerikada məhşur oldum. Görüş vaxtı NASA-nın rəhbəri Fletçer mənə söz verdi. Çıxışın axırında onlara müvəffəqiyyət dolu həyat arzu etməli idim. Amma bir neçə hərfi yaddan çıxardığım üçün “I want to wish you a success full life” əvəzinə “I wish you a sex full life” demişəm. Hamının niyə güldüyünü isə mənə sonra dedilər”.

Qandi 13 yaşında ikən 14 yaşlı Kastruba adlı qızla ailə həyatı qurub və aralarında normal intim əlaqə olub. Bu, Qandinin yuxuda olan atası ilə eyni otaqda həyat yoldaşı ilə intim əlaqəyə girdiyi günə qədər davam edib. Münasibətdən sonra atasının ölmüş olduğunu görən Qandi bunun İlahi xəbərdarlıq olduğunu hesab edib və 15 il müddətə həyat yoldaşı ilə intim əlaqəyə girə bilməyib.

Kilsədə seks
Yeni ilin ilk bazar ayini üçün kilsəyə gələn xristianlar zəng qülləsindən gələn səslər qarşısında şoka düşüblər. Hadisə Almaniyadakı kilsələrdən birində baş verib. Bazar ayinində keşişin möizəsinə qulaq asan şəhər sakinləri bir anda qeyri-adi səslər eşidib. Diqqət edərək bunun intim əlaqəyə girən iki nəfərin səsi olduğunu başa düşən sakinlərin təəccübü bir az da çoxalıb. Az sonra utanmış vəziyyətdə qüllədən enən və paltarlarını düymələyərək qaçan cütlüyü görən keşiş isə polis çağırıb.
Polisin gəlməsi ilə biabırçılıq pik həddinə çatıb. Çünki saxlanılan tərəflərdən biri polis nəfəri imiş. Polis rəsmiləri hadisəni “bir anlıq ehtirasın qurbanı olmaq” – kimi açıqlasa da hadisəni törədən polisin vəzifəsindən kənarlaşdırılacağı bildirilib.



 

0 şərh