Yalançı ixtiraçılar

İtaliyalı Qalileo Qaliley – tarixə astronom, fizikaçı və riyaziyyatçı alim kimi düşüb. Bütün dərsliklərdə də ilk teleskopu Qalileyin icad etdiyi qeyd olunur. Ancaq əslində ilk teleskopu 1608-ci ildə hollandiyalı alim Xans Lipperşey düzəldib. Ancaq o, bu ixtirasına patent ala bilməyib. Qaliley Lipperşeyin “hollandiya borusu” adlanan teleskopu əsasında 1609-cu ildə öz teleskopunu düzəldib. Qalileyin teleskopu Lipperşeyin teleskopundan daha böyük ölçüyə malik idi. Qeyd edək ki, Qaliley də öz teleskopuna görə patent ala bilməyib. Ancaq nədənsə tarixçilər ilk teleskop ixtiraçısı kimi Qalileyi göstəriblər.

Aleksandr Fleminq – pensilinin ilk ixtiraçısı. əslində isə Fleminqə qədər Şimali Afrikada Ernest Duçesne adlı zooloq heyvanlarda səpgi xəstəliyinin qarşısını almaq üçün penisillium qlaukoma kifindən istifadə edib. Ancaq o zamanlar alimlər onun bu uğurunu dəyərləndirmədilər və lazımsız iş adlandırmışdılar. Fleminq isə pensilinin ixtiraçısı sayılsa da o, bu sahədə apardığı işlərin lazımsız olduğu qərarına gəlib və təcrübələrini yarıda dayandırıb. Daha sonrakı dövrlərdə isə Hovard Florey, Norman Hitli, Endryi Moyer və Ernst Çeyn kimi alimlərin zəhməti sayəsində pensilin hazırki formasını alıb.  

Aleksandr Qraham Bell – telefonun ixtiraçısı. Bell bütün həyatı boyu kar insanlarla məşğul olub. Hətta onun anası və xanımı qulaqdan əlil olublar. Bu səbəbdən onun telefonu icad etməsi bir az təəccüblü görünür. Belldən əvvəl italyalı Antonio Meuççi 1860-cı ildə ilk telefon aparatı icad edib. O, öz ixtirasını “teletrofon” adlandırırdı. ABŞ-da kasıb immiqrant həyatı sürən Antonio 1874-cü ildə bu ixtirasına patent almaq üçün 10 dollar tapa bilməmişdi. Ondan iki il sonra Qraham Bell öz telefonuna patent aldı və şöhrət qazandı. Ancaq əsl ixtiraçı Antonio Meuççi yoxsulluq içində və tanınmadan vəfat edib.

Tomas Edison – dünyanın ən məşhur ixtiraçısı. Edison rekord sayda,1093 ədəd patentə sahib yeganə ixtiraçıdır. Onun ən məşhur ixtiralarından biri elektrik lampasıdır. Ancaq bir fakt unudulur. 1854-cü ildə ilk közərən elektrik lampasını alman Henrix Gebel düzəldib. O, bu ixtirasını Edisona satmaq istəyib. Ancaq, Edison bu ixtiranın heç bir işə yaramadığını deyərək onun təklifini qəbul etməyib. Henrix Gebelin ölümündən sonra Tomas Edison onun xanımından çox aşağı qiymətə bu ixtiranı satın alıb. Edison bu ixtiranın patentini də almaqla öz adını tarixə yazdırıb.

2 şərh

BaKiNeC
Tarixde bele hallah az olmayib.
mogy
dramatikləşdirməyin xahiş edirəm, 1az araşdırsaz görərsiniz ki Antonio Meuççi yoxsul və tanınmış yaxud varlı+məşhur olub…