"Düz" bildiyimiz səhvlər | Gözlər haqqında

Bəzən düz bildiyimiz məlumatları yoxlamadan əminliyinə illərlə inanırıq. Gözlər haqqında düz bildiyimiz 15 səhv bunlardır:

Səhvdir: Eynək və ya linzadan istifadə etmək görmə qabiliyyətinin pisləşməsinin qarşısını alır.
Düzdür: Eynək və ya linzadan istifadənin görmə qabiliyyətinin pisləşməsinə heç bir təsiri yoxdur. Onlar sadəcə daha yaxşı görmək üçündür.

Səhvdir: Bir insan uzağı və yaxını dəqiq görürsə, deməli gözü sağlamdır.
Düzdür: Xüsusilə gənc yaşlarda uzağı və yaxını yaxşı görən insanlarda belə hipermetropiya və astiqmatizm xəstəlikləri olur.

Səhvdir: Çox ağlamaq göz yaşın qurudur.

Düzdür: Ağlamaq psixoloji haldır və ağlamağın göz yaşına təsiri yoxdur.

Səhvdir: Rahatladıcı eynək baş və göz ağrısını azaldır.
Düzdür: Rahatladıcı eynək yoxdur. Eynək rəqəmlərlə fərqləndirilir. Eynək daha yaxşı görmək üçün istifadə olunmalıdır. Rahatladıcı eynək adlandırılan eynəklərin hər hansı bir müalicəvi və ya rahatlatma xüsusiyyəti yoxdur.

Səhvdir: Duzlu yeməklər gözə mənfi təsir edir.
Düzdür: Duz hipertenziya kimi bəzi xəstəliklərə mənfi təsiri ola bilər. Lakin gözün sağlamlığına heç bir mənfi təsiri yoxdur.

Səhvdir: Çox yaxından televiziya izləmək və kitab oxumaq gözə ziyandır.
Düzdür: Bu kimi halların gözün sağlamlığına mənfi təsiri yoxdur. Lakin bunlar gözün pisləşməsi əlaməti kimi görünə bilər.

Səhvdir: Kök yemək görməyi yaxşılaşdırır.
Düzdür: Bütün meyvə və tərəvəzlərdə gözə xeyirli olan vitaminlər var. Lakin çoxlu kök yeməyin gözə xüsusi təsiri yoxdur.

Səhvdir: Katarakt xəstəliyi sadəcə yaşlılarda olur.
Düzdür: Katarakt yaşlılarda daha çox müşahidə olunsa da uşaqlarda, gənclərdə və körpələrdə də olur.

Səhvdir: Katarakt xəstəliyi bir gözdən digər gözə keçə bilir.
Düzdür: Katarakt bir gözdən digər gözə keçə bilmir. Lakin çox hallarda hər iki gözdə olmaqla müşahidə olunur.

Səhvdir: Kompyuterdən uzunmüddətli istifadə gözü pisləşdirir.
Düzdür: Kompyuterdən uzunmüddətli istifadə gözü pisləşdirmir. Lakin gözdə olan kiçik qüsurları ortaya çıxarır.

Səhvdir: Eynəkdən imtina etmək üçün gözü cızdırmaq.
Düzdür: Görmə qüsurlarının müalicəsi üçün tədbiq olunan lazer müalicəsində gözün şəffaf təbəqəsi bəlli hissələrdə incəldilir. Gözün hər hansı bir hissəsi cızılmır.

Səhvdir: Körpələr eynək taxmır.
Düzdür: Gözün müayinəsi anadan olduqdan sonra keçirilir. Körpələr 3 aylıq dövrdən sonra eynəkdən istifadə edə bilər.

Səhvdir: Uşaqlarda olan çəpgözlük böyüdükcə keçir.
Düzdür: Uşaqlarda bəzi hallarda çəpgözlük ciddi səviyyədə olur. Onlar dərhal müalicə olunmalıdır. Çəpgözlüyün eynək və lazer vasitəsilə müalicəsi mümkündür.

Səhvdir: Katarakt xəstəliyi yenidən yarana bilir.
Düzdür: Katarakt yenidən yaranmır. Bəzən bəzi hallar kataraktın yenidən yaranması kimi qəbul edilir. Lakin katarakt yenidən yarana bilməz.

Səhvdir: Göz damcısını damcılatdıqdan sonra gözü möhkəm qırpmaq lazımdır.
Düzdür: Gözə damcı damcılatdıqdan sonra 1 dəqiqə ərzində gözü yatılan vəziyyətdə bağlamaq lazımdır. Gözün sıx qırpılması damcının təsirini azaldır.

Mənbə:ann.az

8 şərh

Türkəl
Eynək istifadə etmək görmə qabiliyyətinin daha da pisləşməsinin qarşısını alır. Əsas da astiqmatlar üçün.
cahandar

Səhvdir: Eynək və ya linzadan istifadə etmək görmə qabiliyyətinin pisləşməsinin qarşısını alır.


Səhvdir: Çox yaxından televiziya izləmək və kitab oxumaq gözə ziyandır.


 


bu iki fikirlə razıyam.bəli eynəkdən istifadə gözün daha da zəifləməsinin qarşısını alır.çünki göz naqruzka yəni yüklənmədən təcrid olunur.


çox yaxından kitab oxumaq və ya televiziyaya baxmaqla göz zəifləyir fikri də tamamilə doğrudur çünki bu zaman yenə də göz yüklənir naqruzkaya düşür,zəifləyir.

Jewel
superdi twklerrr
Aysel218
tesekkurler //// menim gozlerim zeifdi....hamisi da bu komputerin zibilidi:) bir de abituriyent vaxtimda cox kitab oxumaqdan :)
ElcinHesenov
Ələrinizə salığ
seyidova
Mende qardaşımın üstüne düşmüşem ki, televizora az bax kor olasdan )) melumata göre teşekkür.
akbar2000
Gözəl məlumatlardır.
naninka

Maraqlı məlumat üçün təşəkkür edirəm. Ancax razilaşmadığım fikilər oldu. Göz həkimi deyiləm, amma son illər gözümdə yaran problemlərdən dolayı düşünürəm ki misal üçün: 
Səhvdir: Rahatladıcı eynək baş və göz ağrısını azaldır.- Mənsə hesab edirəm ki azaldır. Mənim gözlərimdə asteqmatizim və həssaslıq  yaranıb. Uzaqı görmədə cətinliy cəkdiyim ücün adi baxmaqdan gözlərim yorulur. Eynək taxdıqsa gözlərimi rahat acıram və göz bəbəyindəki gerginliydən yaranan yorqunluq, aqrı azalır.
   
-Səhvdir: Kompyuterdən uzunmüddətli istifadə gözü pisləşdirir.-  Ancax fikirmcə səhv deyil düzdür pisləşdirir. Çünki, məndə bu problem məhz kompyuterdə saatlara yaxından baxıb işlədiydən sonra yarandı.