Рейтинг
+74.49

Sən demə

64 üzv, 50 topik

Aldadılmışıq...

Onlar bizə bu nağılları belə danışmamışdılar. İllərlə böyüdüyümüz, uşaqlığımızı keçirdiyimiz qəhrəmanların əsl hekayələrini eşitsəydik onları yenə sevə bilərdik?
Bəziləri təcavüzə məruz qalıb, bəziləri faciəvi formada ölübmüş. Gəlin daha dəqiq birlikdə oxuyaq.

Qirmizipapaq
1. Qırmızı papaq
 Qırmızı papağın hamımız bildiyimiz versiyasında balaca qızcığaz meşə qoruyucuları tərəfindən xilas edilir və qurd öldürülür. Lakin Charles Perraultun yazdığı orijinal fransız dilində olan versiyasında bu qızcığaz əslində yetişkin bir qadındır. O, səhv edərək qurdun sözlərinə inanır, axırda qurd onu yeyir və hekayə burada bitir. Nağılın verməyə çalışdığı mesaj özgələrlə danışmağın pis olduğudur. 


Ardı →

Dünyada ən yaxşı saxlanılan üç sirr

1. Coca — Colanın Formulu.
Dünyanın ən çox qazanc əldə edən şirkətlərindən olan Coca Colanın formulunun indiyədək saxlamasından daha təbii bir şey yoxdur. Bir çox Cola markasının olmasına baxmayaraq hələ dünyanın lideri olmaqdadır. Tərkibi çox sadə görünsə də və ya bir çox ölkədə istehsal olunsa da, əslində əsl CoCA-Colanın dadını heç biri vermir.
Bəs kim bilir? — 2 adam. Onlar birlikdəykən tam formul / düstur ortaya çıxır.
Ardı →

Lerik uzunömürlüsü.Şirəli Müslümov

Şirəli Müslümov — Dünyanın ən uzunömürlü sakinlərindən biri.

Şirəli Müslimov 1805-ci ildə Lerik rayonunun Barzavu kəndində doğulub, 1973-cü ildə vəfat edib. O, 3 dəfə evlənmiş və 23 övlad sahibi olmuşdur. 1966-cı ildə Azərbaycan Kinostudiyası tərəfindən onun haqqında "Şirəli dağdan endi" adlı sənədli film çəkilmişdir. 136 yaşında qız atası olmuşdur. Uzun ömürlülüyünə görə Ginnesin Rekordlar Kitabına düşmüşdü.


Ardı →

"Maşa və Ayı" filminin qəhrəmanı əsl həyatda kimin prototipidi?

Ən uğurlu cizgi filmlərindən sayılan «Maşa və Ayı» əslində öz yaranışını bir qızcığaza borcludu.
Layihənin müəllifi rusiyalı Oleq Kuzovkov Krım çimərliyində dincələrkən bir qızcığaz diqqətini cəlb edir. Uşaq öz enerjisi ilə valideynlərini və digər istirahət edənləri bezdirmişdi. Rəssamı ən çox heyrətləndirən isə «kiçik nüvə reaktorunun» özündən qat-qat böyüklərə komandanlıq etməsi və onları təngə gətirməsi idi. Cəmi bir neçə gündən sonra hamı ondan yorulmuşdu, bəziləri isə qızı görəndə gizlənirdi (Yeri gəlmişkən, belə vəziyyət cizgi filmində tez-tez xatırlanır).
Kuzovkov bu vaxt düşünür ki, qızcığazı hansısa cizgi filmin qəhrəmanı etmək pis olmazdı. Lakin investor ancaq 10 ildən sonra Amerikadan tapılır.
Bir neçə ildə cizgi filmində çoxlu dəyişiklər olub: Maşa artıq danışır (ilk serialarda demək olar ki, dialoq yoxdu), serialarda yeni-yeni qəhrəmanlar iştirak edir. Bazarlarda isə cizgi filmini əks etdirən çoxsmaylı oyuncaqlar peyda olub.

 

 


Davamı →

"Düz" bildiyimiz səhvlər | Gözlər haqqında

Bəzən düz bildiyimiz məlumatları yoxlamadan əminliyinə illərlə inanırıq. Gözlər haqqında düz bildiyimiz 15 səhv bunlardır:


Səhvdir:Eynək və ya linzadan istifadə etmək görmə qabiliyyətinin pisləşməsinin qarşısını alır.
Düzdür:Eynək və ya linzadan istifadənin görmə qabiliyyətinin pisləşməsinə heç bir təsiri yoxdur. Onlar sadəcə daha yaxşı görmək üçündür.


Səhvdir:Bir insan uzağı və yaxını dəqiq görürsə, deməli gözü sağlamdır.
Düzdür:Xüsusilə gənc yaşlarda uzağı və yaxını yaxşı görən insanlarda belə hipermetropiya və astiqmatizm xəstəlikləri olur.


Səhvdir:Çox ağlamaq göz yaşın qurudur.


Düzdür:Ağlamaq psixoloji haldır və ağlamağın göz yaşına təsiri yoxdur.


Ardı →

Kosmetika və Şirniyyat eyni şeydir

Bir çox anlaşılmaz səbəblərə görə kosmetika şirniyyat kimi reklam edilir. Bu feminizmin şirinliyə can atmasının təzahürə olsa da, onun real dünyəvi mənası kişinin qadının üzünü yeməsi nəticəsindən heç də kənar ola bilməz.


Ardı →

Maraqlı suallar və cavabları


1. Dəniz havası almaq xeyirlidir? Şəhərdən uzaq dəniz sahilində yaşamaq sağlam ola bilər. «Dəniz havası» yəni dənizin səbəb olduğu gözəl qoxu, sahildə yaşayan bir bakteriya sayəsində ortaya çıxar. Amma mütəxəssislər bakteriyanın, limanlardakı egzoz qazının havanı daha da çirklətməsinə səbəb olduğunu ortaya qoydu.


2. Hər kəs evində qalsa qrip epidemiyası bitərmi? Bəli. Qlobal bir karantin qrip epidemiyasının sonu ola bilər, ancaq tək bir adamın belə çölə çıxması virusun yenidən yayılmasına səbəb olar.
Ardı →