Рейтинг
+74.49

Sən demə

63 üzv, 63 topik

Təfəkkür və nitqin xüsusiyyətləri

Təfəkkür və nitq psixi hallardan olub bir-birilə sıx bağlılıq təşkil edir. Belə ki, nitqin ləng inkişafı, lüğətin passiv olması ümumiləşdirmələrin zəifliyi və ayrı-ayrı analizatorların qüsurları təfəkkürün funksiyalarının zəifliyinə gətirib çıxarır. Təfəkkür mürəkkəb xarakterli olub, beynin şərti-reflektor fəaliyyətinin mükəmməlləşdirilməsini tələb edir. Oliqofrenlərdə (intellekt pozuntusu olan uşaqlar) yeni, xüsusi ilə də mürəkkəb şərti əlaqələr çətinliklə və ləng formalaşır. Buna görə də


Davamı →

Hər bir insanın tərtib etməsi lazım olan 7 siyahı

Həyatı nizama salmağın ən sadə və geniş yayılmış üsullarından biri siyahı tərtib etməkdir. Bu məqalədə biz siyahı tərtib etməyin nə olduğu və necə etməliyik bu haqqda danışacağıq.
Siyahılar bizə çətin işləri çoxlu xırda işlərə ayırmaq, irəliləyişin tərəqqisini izləmək və çəkilən zəhmətə dəyər vermək imkanı yaradır. Onlar bizi lazım olanı yaddan çıxarmamağa və işləri ardıcıl görməyimizə yardım edir.

  • Oxunulması lazım olan kitablar

Əgər növbəti kitabı oxuduqdan sonra hər dəfə sonrakı kitabı seçməkdə əziyyət çəkirsinizsə, o zaman mütaliə üçün xüsusi bir siyahı tərtib etməyin vaxtıdır. Siz ora dostlarınızın məsləhət gördüyü, bloqlarda oxuduğunuz, ya da sadəcə metroda yanınızda duran birisində gördüyünüz hər hansı bir kitabı qeyd edə bilərsiniz. Bu siyahının yardımı ilə oxunulmuş nəşrlərin sayını dərhal qiymətləndirmək və onlardan ən faydalı fikirləri dərhal xatırlamaq mümkündür.


Davamı →

Vanilin faydaları

Vanilin vətəni Meksika sayılsa da əsasən Madaqaskarda becərilir. Onu da qeyd edim ki, zəfərandan sonra ən bahalı ədviyyat vanil hesab edilir. Hətta qədim dövrlərdə vanil çubuqlarından pul kimi istifadə edirmişlər. Avropa vanillə 1520-ci ildə tanış olsa da meksikadan kənarda becərmək mümkün deyildi. Əvvəllər vanildən yalnız ətir vermək üçün istifadə edilirdisə, sonradan dad vermək üçün də istifadə edildi. Vanil dedikdə də ağlımıza ancaq bir-birindən dadlı ləzətli şirniyyatlar gəlir. Bəs heç fikirləşirsinizmi görəsən bu vanilin ayrı nələrə faydaları var? Əgər bilmirsinizsə onda diqqətlə oxuyun. Vanil əslində təkcə şirniyyatlara gözəl ətir qatmırmış, həm də insanların həyatında böyük rolu varmış. Demək olar ki, hər dərdə dərmandı vanil. Hansılardır? Gəlin onlarla birlikdə tanış olaq:

Davamı →

Gül suyunun faydaları

Gül suyunun faydaları
Təbii gül yarpaqlarından hazırlanan və hər hansı bir kimyəvi maddədən istifadə edilmədən hazırlanan gül suyunun faydası olduqca çoxdur.
Gül suyu - tibbi, kosmetik vasitələrdə, mətbəx kimi həyatımızın bir çox sahəsində istifadə edilir. O, gül yarpaqlarından damladılaraq əldə edilir və bir çox məhsulların tərkibində var.
Gül dünya üzərindəki bir çox millət üçün sonsuz gözəlliyi və eşqi təmsil edən müqəddəs bir çiçəkdir. Qırmızı və ya sarı, çəhrayı və ya ağ olan bütün güllər çox zərif görünür və xoş bir ətir yayır.

Davamı →

Çayın və limon suyunun faydaları

Çayın faydaları

Naharlarımızda, gündəlik həyatımızda imtina edə bilmədiyimiz çayın faydalarını saymaqla bitmir. Qara çay aktiv radikallarla döyüşən antioksidantlar baxımından zəngindir. Həzm sistemini xəbərdar edir. Qara çayda olan dənələr qastrointestinal sistem üzərində güclü birsağaldıcı təsirə sahibdir. Beyin fəaliyyətini artırır.


Davamı →

Sodanın inanılmaz faydalı xüsusiyyətləri

Hər bir mətbəxdə sodanı tapmaq olur. Adətən sodadan müxtəlif şirniyyatların hazırlanmasında istifadə olunur. Lakin sodanı bir çox sahələrdə də istifadə etmək olur. Soda məişətdə də çox effektli yuyucu vasitəsi kimi istifadə olunur. Sodanın köməyi ilə qabları, şüşələri, kafeli yumaq mümkündür. Bu xüsusilə yuyucu vasitələrə allergiyası olan xanımlar üçün vacibdir. Soda allergiyaya səbəb olmur.

  • Soda qıcqırma və gəyirmədə tez köməkçi olur. Bunun üçün

Davamı →

Üzüm çəyirdəyinin faydaları

Həqiqi bir şəfa qaynağı olan üzüm çəyirdəyi qan damarlarını qoruyur, onlarla xəstəliyi təbii müalicə edir. Üzüm eramızdan əvvəl 5000 illərində kəşf edilən və günümüzə qədər bir çox faydasından istifadə olunan bir meyvədir. Qabığından toxumuna qədər hər zərrəsi insan sağlamlığı üçün çox faydalıdır. Fransada üzüm çəyirdəyi İstifadəsi: Üzüm dənəsinin faydaları 1947-cü ildə Fransada kəşf edilmiş hətta Avropada bir çox ölkədə dərman olaraq satılmağa başlamışdır. Fransa damarların tıxanmasına əhəmiyyətli təsiri olan doymuş yağ nisbəti yüksək olan qidaların ən çox istehlak edildiyi ölkələrdən biridir. Buna baxmayaraq ürək və damar xəstəliklərinin ən az görüldüyü ölkələrdəndir. Bunun səbəbi isə edilən araşdırmalara görə üzüm və üzüm dənəsini ən çox istehlak edən ölkə

Davamı →

Nəyə görə ağlayırıq?

Nəyə görə ağlayırıq ?

Hər bir gözün yuxarı kənar küncündə təxminən badam boyda olan göz yaşı vəziləri var. Onlar daim göz yaşı “hazırlayır” və gözlərə axıdırlar. Hər dəfə göz qırpılanda az miqdarda göz yaşı axaraq, gözlərimizi yuyur və nəmləndirir. Bəzi hallarda – məsələn, gözə toz düşəndə, göz yaşlarının axması da artır. 

Davamı →

Qumarda ən maraqlı xurafatlar

Bir çox insanın fərqli qumar oyunlarına olan marağı, onların uğurlu olmağa çalışması və xurafatlar ilə bağlı inamı psixologiyasını təsir edir. Bu yazıda, online kazinolarda ən maraqlı xurafatlar və insan psixologiyası haqqında danışacağıq.

“Qumarda uğuru çəkmək ümidi ilə insanlar tərəfindən edilən çılğın xurafatlar, insan psixologiyası ilə də əlaqəlidir. Bəzi insanlar bu xurafatları, psixologiyalarını pozmaq və daha çox uğurlu olmaq ümidi ilə tətbiq edir.”

Gəray Abbaszadə


Davamı →

İmtina mədəniyyəti nədir?

“Cancel Culture” və ya imtina mədəniyyəti, hazırda qərb dünyasında və onların təsiri ilə müxtəlif dövlətlərdə fəaliyyət göstərən qruplar tərəfindən tanınmış simalara qarşı sosial media və real həyatda tətbiq edilən senzuranın yeni versiyasıdır.
Əsasən sol liberal, feminist, gender aktivistləri, qısacası “SJW”lərdən ibarət olan “cancel culture” tərəfdarları, tanınmış simaların fikirlərində faşizm, rasizm, homofobiya, feminizm əleyhinə fikirlər və s. taparaq onlardan “imtina” edirlər. İmtina dedikdə, bu şəxslərə qarşı sosial mediada olan dəstəyin qarşısının alınması, xalqın gözündən salınması və mümkün olduğu təqdirdə iştirak etdikləri layihələrdən qovulması, məsuliyyətə cəlb olunması nəzərdə tutulur.

Davamı →