Рейтинг
+74.49

Sən demə

63 üzv, 63 topik

Rekordlar

  • Ayovadan (ABŞ) olan Çarlz Osborn 69 il ərzində hər bir saniyə yarımda bir dəfə fasiləsiz olaraq hıçqırmışdır. Hıçqırıq başlandığı kimi də gözlənilmədən dayanmışdır.

  • Nyu-Yorkdan olan Valter Hadson bir oturumda 12 ponçik, 10 paket qızardılmış kartof və yarım tort yeyir.

  • İngiltərəli Piter Dovsdell 3 xörəkdən ibarət naharı 45 saniyə ərzində yemişdir. Nahara öküz qüyruğundan ibarət sup, kartof püresi, souslu paxla və qara gavalı daxil olmuşdur.

  • Dünyada ən böyük tarakan fışıldayan Madaqaskar tarakanıdır. Onun uzunluğu 9 sm-ə çatır.

Ardı →

Sionist Napoleon

Fransa imperatoru Nadir şahın zəfərini təkrarlamağa cəhd edirdi Napoleon Bonapart və sionizm Yəhudi alimləri iddia edirlər ki, Avropa qitəsinin siyasi xadimləri arasında İsrail dövlətinin yaradılması ideyasını ilk dəfə məhz Fransa imperatoru irəli sürüb. Təl-Əviv Universitetinin professoru Mordexay Gixonun “Napoleon Müqəddəs torpaqda” kitabının (“Napoleon in the Holy Land”) əsasını təşkil edən “Napoleon – ilk sionistdir” fikri yəhudilər arasında hələlik tam təsdiqlənmiş və dəstəklənmiş ciddi müzakirə mövzusudur.
Ardı →

Aylar və anlamları

Zaman müccərəd anlayış olduğu təqdirdə özündə fəsilləri, ayları, saat və dəqiqələri cəmləşdirir, bu toplumun arasında insan həyatı füsünkar canlı kimi zamanın hər anında öz mövqeyini, yerini və unudulmaz dəqiqələrini təqvimdə nişanlayır və keçən zamanı qaytara bilməsədə, o tarixdə yaşadıqlarını gələcək günlərdə qeydə alır və davamlı şəkildə bunu təkrarlamağa başlayır.

Əgər belədirsə gəlin yaşadıgımız zamanın bir bölümü olan ayların yaranma meyarlarını Evlenirik.Biz-in təqdimatında nəzərdən keçirək.

Ardı →

Tarixin yeddi məşhur yalanı

1. Kral İohan azadlıq xartiyasını (sənədini) imzalayıb
Kralın səlahiyyətlərini məhdudlaşdıran məşhur azadlıq xartiyası İngiltərədə demokratiya yolunun başlanğıcı demək idi. O dövrün bir çox rəsm əsərlərində Kral İohanın xartiyanı həvəssiz bir şəkildə imzaladığı təsvir olunub. Əslində isə Kral İohan yazıb-oxuya bilmirdi. Bu səbəbdən də onun hər hansı bir sənədi imzalamasını iddia etmək gülüncdür. Həm də arxivdə saxlanılan xartiyaların 4 nümunəsinin dördündə də yalnız möhür var, heç bir imza yoxdur.

2. Volter Reyl Avropaya kartof və tütünü gətirib
İddia olunduğu kimi, kartof və tütünü Avropaya ilk gətirən Volter Reyl olmayıb. O, 1586-cı ildə İngiltərəyə ilk dəfə kartof gətirsə də, 1585-ci ildə İspaniyada kəndlilər əkdikləri ilk kartofu yığmağa başlamışdılar. Tütün isə 1560-cı ildə fransız Jan Nikot tərəfindən Avropaya gətirilib. Məhz bu səbəbdən nikotin sözü onun familiyasından götürülüb.
Ardı →

Yalançı ixtiraçılar

İtaliyalı Qalileo Qaliley – tarixə astronom, fizikaçı və riyaziyyatçı alim kimi düşüb. Bütün dərsliklərdə də ilk teleskopu Qalileyin icad etdiyi qeyd olunur. Ancaq əslində ilk teleskopu 1608-ci ildə hollandiyalı alim Xans Lipperşey düzəldib. Ancaq o, bu ixtirasına patent ala bilməyib. Qaliley Lipperşeyin “hollandiya borusu” adlanan teleskopu əsasında 1609-cu ildə öz teleskopunu düzəldib. Qalileyin teleskopu Lipperşeyin teleskopundan daha böyük ölçüyə malik idi. Qeyd edək ki, Qaliley də öz teleskopuna görə patent ala bilməyib. Ancaq nədənsə tarixçilər ilk teleskop ixtiraçısı kimi Qalileyi göstəriblər.
Ardı →

Dünyanın 10 ən mühüm icadı

İnsanlar arasında məşhur Amerikan askmen saytı oxuyucuları arasında anket etdi. Beləliklə,  dünyanın dəyişməsinə səbəb olan elmi inkişaf:
1. Kompüter: 1950l-ci ildə IBM tərəfindən şirkətlər üçün çıxarılan kompüterlər o zamanın puluyla 100 min dollara düşürdü. 1977də Apple 2 adlı ilk PC modelini inkişaf etdirən Steve Job, qeyri-mümkün kimi görünən 'hər evə bir kompüter' fikirinin də reallaşmasına səbəb oldu.

2. Doğum idarə həbi: 1951-ci ildə Carl Djerassi adında bir kimyagərin tapdığı həb, sağlam insanların istifadə etdiyi ilk 'dərman' olaraq tarixə keçdi.
Ardı →

Olmuş gülməli əhvalatlar

“Sizə seks dolu həyat arzulayıram”
Rus kosmonavt Aleksey Leonov:
“Səhv bir söz dedim və bütün Amerikada məhşur oldum. Görüş vaxtı NASA-nın rəhbəri Fletçer mənə söz verdi. Çıxışın axırında onlara müvəffəqiyyət dolu həyat arzu etməli idim. Amma bir neçə hərfi yaddan çıxardığım üçün “I want to wish you a success full life” əvəzinə “I wish you a sex full life” demişəm. Hamının niyə güldüyünü isə mənə sonra dedilər”.
Davamı →