Ən uzunömürlü hədiyyə

  • Sevgi

Artıq qırx beş yaşı vardı. İllər necə də sürətlə ötüb keçmişdir. Heç xəbəri olmamışdı. Zaman axıb keçir, qalan ancaq xatirələrdir. 

Görüşdükləri o gün. O gün… Dənizin sahili… Mənalı, sözlə dolu baxışlar. Nə qədər baxışmışdılar onda, heç özləri də bilmirdi. Dil susmuşdu, baxışlarsa doymaq bilmirdi sözlərdən, eləcə ürəklərini boşaldırdılar. Birdən astadan o, səsləndi: 

 — Sənə dənizi hədiyyə edirəm!

— Nəyi? — Qız xəfifcə gülümsədi, dənizin ilıq nəfəsi pərişan saçlarını oxşadı, bu onu necə də cazibədar edirdi — Dənizi?- O, heç nə anlamayıb, eşitdiklərinə şübhəli tərzdə, dənizə baxdı. Külək əsməyə davam edirdi, sanki onu qucaqlayırmış kimi.

— Demək dənizi!? — bu dəfə təsdiqləyici sual idi. Fikrini toplayıb, nəyisə anlayırmış kimi.

O, da cavabında gülümsəyərək başını yellədi, təsdiq əlaməti olaraq .

Qız da gülümsədi:

-Dənizi necə hədiyyə verirsən ki? O ki sənə aid deyil. O hamınındır, onu hədiyyə etmək olmur.

— Olur. Mən sənə dənizi hədiyyə edirəm. Bax belə verdim getdi. Olanda olur.

Qız heç nə anlamadı. Ancaq şübhəli baxışlarla ona baxdı:

 — Olsun ,- deyə səsləndi. 

Hələ onda, o gün onun gözlərindəki ağrını, həsrəti, qəlbini deşən kədəri, acizliyi, çarəsizliyi oxuya bilsə də, onları bir -biri ilə, xüsusən bunların ona hədiyyə olunan dənizlə əlaqəsini anlaya bilməmişdi. 

İllər ötmüş, indi anlamışdı o hədiyyənin hikmətini...indi iyirmi altı il sonra… O vaxt o sözlər, o hisslər ona anlamsız gəlmişdi. 

" Sənə hər şeyimi verərəm" — deyəndə, oğlan: " Nəyin var ki, verəsən!? " — deyə gülmüşdü ona.Amma bu gülüş o gülüşlərdən deyildi, kədəri boğan bir müdafiə idi sanki.Soyuqqanlı deyilmiş bu cavab onun üçün gözlənilməz oldu. Qulaqlarına inanmamışdı, çox pis təsir etmişdi. Təbii ki, bunu bildirməməyə çalışmışdı, amma keçirdiyi hissləri indi də unutmamışdı. Qəlbinə toxunmuş bu sözləri hələ də unutmamışdı. Bəlkə də, düşüncəsizlikdən deyilmişdi ani olaraq, ya o fikirli, əsəbi idi? Bəlkə də bilərəkdən onu incitmək üçün deyilmişdi, ya elə belə söz xətrinə deyilmişdi.Bunu bilmirdi indi də. Onu bilirdi ki illər keçsə də bu sözün qəlbinə vurduğu yara sağalmaq bilmirdi. Hər gün, demək olar ki, hər gün o sözləri deyən səs onun beynini deşirdi: " Nəyin var ki, verəsən!?".  Qulaqlarını deşən bu laqeyd  səs, eyni zamanda açıq hiss olunan nə iləsə mücadilə edən ümidsizliyi sezmişdi o an da. Bax o «nə isə» ona qaranlıq idi. Çünki dənizi hədiyyə edən, ona həmişə həssas yanaşan, gözündəki kədəri gizlədə bilməyən bu adam öz mənfi və müsbət tərələri ilə ona müqəddəs idi. O belə söz deməməli idi, deyə bilməzdi, nə idi onu belə soyuqqnlıca davranmağa məcbur edən?

Nəyim var?… bəlkə də haqlı idi. Hər şeyi atasına, anasına, bacısı, qardaşına, bir sözlə, ailəsinə məxsus idi, əgər ev, maşın, mülk nəzərdə tutulubsa. On doqquz yaşlı qızın saf, təmiz ürəyindən başqa nəyi ola bilərdi ki? Onun özü belə ailəsinə məxsus idi. Ona məxsus ancaq ürəyi, canı, həyatı ola bilərdi, bunlar da sevdiyinə azmı görünürdü, yoxsa, ümumiyyətlə,  heç nə demək deyildimi? 

«Nəyin var ki!?» — sözünü eşidəndə o, bu qədər ona əziz olan insandan gözləmədiyi cavabı eşitmişdi, həmin anda o qədər qəribə hisslər yaşamışdı ki, bilmirdi ölüdür, ya diri. Bilmirdi ki, bu an ömrü boyu onu sızladacaq. Heç özü də bilmirdi ki, bu söz niyə bu qədər ağır təsir etdi ona… Heç indi də bilmir...

" Nəyim var !" — deyə öz — özünə pıçıldadı — «Səni sevən ürəyim var və sən bunu heç vaxt bilmədin, bəlkə də, fərqinə varmadın. Bəlkə, bu sənin üçün heç nə ifadə etmirmış ...» Yox, onu bağışlamışdı, lap çoxdan, elə həmin an bağışlamışdı. Heç günahkar da saymamışdı. Amma təəssü ki, yaddaşına ömürlük həkk olmuşdu. 

Onların yolları qovuşmadı. Səssizcə ayrıldılar. Qovuşmaq üçün heç nə etmədilər. Ayrıldıqlarını gördükdə də, nəsə etməyə çalışmadılar, sakitcə ayrıldılar. Elə bil heç nə olmamışdı, heç nə yaşanmamışdı, kinsiz- küdurətsiz ayrıldılar eləcə. İçindəki «mən»ləri «biz» olmamış ayrıldılar. Keçirdikləri xoş hisslərə, xoş anlara görə bir- birilərinə nifrət etmədən, heç kimi günahlandırmadan ayrıldılar. Ayrılanda da, nə vaxtsa bir- birilərini xatırlayacaqlarını düşünmədilər, hisslərini ciddiyə almadılar. Sadəcə bir- birini buraxdılar.

 O, həmin sahilə gəldi.Sanki kimsə onu səsləyirdi ora. Çox darıxmışdı onun üçün. Dənizə baxdı, elə hey baxdı. İndi anlamışdı o -" Sənə dənizi hədiyyə edirəm!" sözünün hikmətini, indi anlamışdı o hədiyyənin dəyərini. Ən uzunömürlü hədiyyə imiş bu. Məndən sonra da yaşayacaq...Axı kim demiş ki, hədiyyə ancaq birinə məxsus olmalı? Dəniz ancaq mənim olmalı? O, hamınındır, hər kəsindir, mənimdir!" — deyə düşündü. Dənizə baxıb o günləri xatırladı, o günləri andı. Dəniz ləpələrinin pıçıltısını dinlədi. Doyunca dərdləşdi dənizlə. heç vaxt görə bilməyəcəyi, görməsi yasaq birisi ilə... Gözlərini yumdu, dənizi duya — duya çox sevdiyi şeiri pıçıldadı:

Dənizi verdim ki, sənə hədiyyə, 

Gəldiyin sahilə gələsən bir də.

Məni görməyincə, o mənəm deyə

Mənimlə danışıb güləsən bir də...

 

 14 iyul 2012 il 

Müəllif: Zeynalova Vüsalə M.

13 şərh

rezerv
Şərhə ehdiyyac varmı bilmirəm,amma, bu cür uzunömürlü  hədiyyə hər kəsə nəsib olmaz.  Dəniz!
ayxansevda
dənizi mən də sevirəm onu dinləməyi, xüsusən qayğılı vaxtlarımda əsəbləri saakitləşdirir
soni_memmedzade
Dənizi sevmək ən böyük azadlıq, dənizi sevmək ən dərin eşq, dənizi sevmək ən imtina edilməz ehtiras, dənizi sevmək nəfəs almaq kimi, dənizi sevmək özünü sevmək kimi, dənizi sevmək təbiətə heyran olmaq, xəyalları sevmək, düş qurmaq, cəsarət, macəra… Dənizi sevmək hər şey demək .Dənizə baxarkən bütün dərdimi unuduram.Dəniz mənə sanki yeni bir həyat bəxş edir.Təşəkkürlər.
ayxansevda
siz də sağ olun soni, burda hər kəsin özünəməxsus tərzi var. siz ən romantik şərhlər, poetik fikirlər müəllifi kimi yadda qalırsınız
soni_memmedzade

sadəcə bu mövzuya aid olduğuçün paylaşmaq istədim.

Ben denizi sevdim sadece… Lakin bilirim ki denizleri seveceksen dalgaları da seveceksin… Ben denizi dalgası ile sevdim… Hata kusur aramak değildi niyetim. Kocaman bir yürek istedim sadece. Bana ve benim parçama açılmış kocaman bir yürek… İçinde kaybolduğum o yürekte yürümek istedim… Tüm dikenli yollardan o yürekte geçmek istedim..
Ben aşkı olduğu gibi yaşadım. Kızdım, güldüm, söylendim,… sevdim, ağladım şarkılar söyledim...Şiir de yazdım sevdiğime gazel de okudum… Kırgınsam küstüm, öfkeliysem kızdım, neşeliysem kahkahalar attım. Ama olduğum gibi yaşadım. İnsanın her hali aşkın halidir çünkü…
Yüreğimi her açtığımda boğazım düğümlendi.
''Değmez'' demekten münezzeh, yine yürüdüm inanmadığım yolda… İnanmadığım yolda hiç yürümedim diye ahkam kesemem ben. Bal gibi de yürüdüm. Adam etmekti niyetim bu sevdayı. İlle de olacağım tuttu… Ama olmadı...
Acımadı ki diyemem. Bal gibi de acıdı. Burnumdan gelene dek acı çekiyorum. Sızlıyor içim. Ama dedim ya ben insanım. Ağlarım, yıkılırım, dibe vururum, bağırırm, kızarım, severim, şarkılar söylerim severek ayrılıklar üstüne. Ama yine kalkarım ayağa. Dimdik olurum bir bakmışım… Kolay geçmez elbet. Yaralarım kolay iyileşmez.Yaşlıyım artık. Olsun yine de sevecek bir şey bulurum her zamanda...İyileşecek bir neden mutlaka bulurum...
Ben denizi dalgalarıyla sevdim. Denizin suçu olur mu? Suçu ile günahı ile sevdim. Olduğu gibi sevmektir aşk. Değiştirmek değil… Lakin Bugün yine denizimdir beni alabora eden...
Ben denizi dalgası ile sevdim...
 Nerden bilirdim deniz sandığım şeyin sadece bir yağmur birikintisi olduğunu… Bilemedim..BETÜL KURŞUN.

rezerv
Paylaşdığın üçün təşəkkürlər
ceko665
İnsançün ən gözəl hədiyyə sevgidir,sevilmək sevildiyini hiss etməkdir.Bir insanın mənəvi dəyərlərə nail olub sevgini hiss etməsindən gözəl nə ola bilər ki? Pulda varda malda mülkdə xoşbəxtliyi sananlar və axtaranlar da var.Pul çox şeydir lakin hərşey deyil!!! Odur ki bahalı hədiyyələrdənsə bucür hədiyyənin yeri var lakin ayrılıq kimsıyı nısib olmasın!!!
Senan_Deniz
Bu yazini paylasan dostuma wirin, qucaq-qucaq, bu anda kecirdiyim butun hisslerin gozelliyi ile Ingiltereden salamimi, sevgilerimi gonderirem. Gece saat 1:30, yatmaga hazirlasiram, soz vermisem ozume sabah seher 9-da Kitabxanada olmaliyam, hardan geldim cixdim Kayzen.az-a hec ozum de bilmirem. Geldim bu yazini oxudum. Duwenceler, yazinin tesiri, comment ucun registrasiya derken geldi saat oldu 4. Cetin ki saat 9-da durum gedim Kitabxanaya, amma olsun, getmemeye hakk qazandiracaq qeder gozel yazi idi. 

P.S Nick name yaziya ozel olsun deye Senan_Deniz oldu:)  
ceko665

bu yazı saytımızın gözəl yazarı,intellektual,geniş dünyagörüşlü əziz dost tərəfindən yerləşdirilib.ayxan sevda bütün nəşrlərini oxuyun dAHA təsirli gözəl yazılarla qarşılaşacaqsınız

Rene
Kaş ki bu cür səssiz ayrılmayaydılar…
asel
çoooooooooooox tesirlendim. yzıya  göre tesekkür
Medikamentoz
Yazı üçün təşəkkürlər.