Qırmızı tumanlı klassik

  • Sevgi
Gəncədə sevgisi uğursuz oldu, sonra Tiflisə köçdü. Tiflisdə şeirlə sevgili olduğu zamanlar idi. Bəlkə düşmən idi sevgiyə. O, Mirzə Şəfi Vazeh idi.
Deyirdi ki, sevənlər mənalı şeylər yaza bilməzlər. Vazeh haqqında məlumatları bizə F.Bodenşted çatdırıb. Fridrix bir gün şairin qəribələşdiyini hiss edir. Şair, deyəsən, şeirin özündən zövq almırdı. Oxuduğu misralar onun ürəyindəhansısa bir hissi alovlandırırdı, şair dəyişmişdi.
Onun öz-özünə dediyi şeiri eşidir Fridrix:
                                                           «Sənin tellərinin ətrini külək Hafizin qəbrinə aparsa, 
                                                            Onun sakit qəlbindən gözəl güllər baş qaldırar.» 

Hafizə adlı bir qız görmüşdü küçədə, ona vurulmuşdu şair. Evlərini süpürmüşdü bir yeniyetmə kimi. Küçənin sakit vaxtında, damda duran Hafizəyə şeir oxumuşdu. Qonşu qızlar dama çıxmış, Hafizə ona əliylə «get» demiş, Vazeh isə şeiri badam qabığına büküb ona atmışdı..Bir anlıq gözünüzün qarşısına gətirin: badam qabığına bükülən şeir… Necə gözəl görünür...
Sonra bir qadın gəldi, Mirzəyə «mənimlə get» dedi. Onun evinə getdilər, qadın müjdəni verdi:«Onu Hafizə ilə görüşdürəcəkdi». Evə qadın paltarında girməli idilər. Vazeh qadınla eyni boyda idi, onun qırmızı tumanını geyindi. Başını şalla örtdü, çadra taxdı.
Qızın yanına gəldi, ona şeirlər oxudu, ona meyilli olan qızın ürəyini oğurladı. Evləndilər...
Bu sualı özümüzə verək: Sevgilimiz üçün qırmızı tuman geyinib, başımıza şal bağlaya bilərikmi?
Adətən kişilərin işlətdiyi bu məsəl təhqiramiz mənadadır, «filan işi görə bilməsəm, başıma ləçək bağlayaram». Qadınların ikinci sinif insan sayıldığı feodalizm dövrünün kişimərkəzçi təfəkkürünün məhsuludur. Lakin, elə bu kişimərkəzçi mühitdə bir şair sevgilisini görmək üçün qırmızı tuman geyinmişdi.
Şairlər balaca tanrılardır, onların öz qanunları, öz qaydaları var...

Müəllif: Qanturalı 
 
loading...

5 şərh

pascal

Maraqlı idi.

Məncə sevən insan (elə indi də) sevdiyi üçün hər şey edər. Siz baxmayın 5-10 avara oğlan və qızların sevgini ələ salıb, ucuzlaşdırdığına. Elə bilirəm əsl İNSAN üçün sevgi hələ də müqəddəsdir. Topikə görə təşəkkür.

Samir012
Maraqlı yazıdır təşəkkürlər, 
pascal hər şeyi deyil çox şey edər, sevgi hər zaman olub və olacaq məncə, sadəcə onu yasatmaq lazimdi 
gulya1
indi hansi ogalan sevgilisine seir deyir...genclerin seire edebiyyata maragi cox azalib teesufler olsunki((((
aliye_007
sevqiye inam azalib daha dogrusu azalmagina nail olublar sevqirem deyib pis veziyetde qoyub qacanlar sevqini mehf edibler
seyidova
O günü sosial şebekelerin birinde video gördüm.Videoda oğlan qıza evlenme teklif edir.dizini yere qoyub,üzüyü qızın eline taxır.Ele bu anda şerhlere baxdım.Loru dilde desek hemin oğlanı kişi saymadılar.Qaldı ki,qadın paltarı geyinib,görüşe geleler. )))