Bir həyat hekayəsi

  • Sevgi
Bir avtobus dayanacağında qarşılaşmışlar idi ilk dəfə… Biri tibbdə oxuyurdu, o birisi memarlıqda. O ilk qarşılaşmadan sonra, bir daha, bir daha, bir daha, daha qarşılaşa bilmək üçün, həmişə eyni saatda, eyni dayanacaqdan, eyni avtobusa mindilər. Gənc idilər, çox gənc… Bir-biriləriylə danışacaq cəsarəti tapmaları bir az zaman aldı. Amma nəhayət bacardılar. İkisi də hər səhər avtobusa mindikləri səmtdə yaşamırdılar əslində. Qarşılaşdıqları ilk səhər cavan oğlan dotsugildə qaldığı üçün o dayanacaqdan minmişdi avtobusa, qız isə bacısıgildə qaldığı üçün...
Sırf bir-birilərini görə bilmək üçün, hər səhər tezdən evlərindən çıxıb, şəhərin o biri ucundakı o dayanacağa, onların dayanacağına gəldiklərini, gülərək etiraf etdilər bir müddət sonra...
Universitetlərini bitirdikdən sonra dərhal evləndilər. Xoşbəxt idilər həm də çox xoşbəxt… Bəzən işsiz, bəzən pulsuz qaldılar amma elə möhkəm birləşmişdi ki ürəkləri və əlləri, hər bir şeyi əhəmiyyətsiz hesab etdilər. Ayın sonunu çətin gətirdikləri günlərdə də məşhur bir həkim və məşhur bir memar olduqlarında da həmişə xoşbəxt idilər. Zaman parçalamasına uğrayan, vərdişlərə məğlub olan, bank hesabında pul qalmadığı üçün ya da tam tərsinə o hesabı daha da qabarıq hala gətirmək uğuruna bitib-tükənən sevgilərdən deyildi onlarınki… Heç bir şey onların sevgisini azalda bilmirdi…
Günlər günləri, illər illəri qovduqca sevgiləri də böyüdü, böyüdü… Tək əskikləri uşaqlarının olmaması idi. Çətin bir müalicə müddətinə baxmayaraq uşaq sahibi olmayanda, «bütün xoşbəxtliklərin bizim olmasını gözləmək, eqoizm olar» deyərək davam etdilər həyatlarına. Uşaq yerinə, sevgilərini böyütdülər… «Sənin üçün ölərəm» deyərdi qadın, sıx sarılıb sevdiyinə və sevdiyi; «Xeyr, mən sənin üçün ölərəm» deyə cavab verərdi həmişə...
Qadın bəzi zamanlar evə gəldiyində, aynanın üzərində bir yazı görərdi, «Bir dənəm, kitabxananın ikinci rəfinə bax...» Kitabxananın ikinci rəfində başqa bir qeyd olardı; «Mətbəxdəki masanın üzərinə bax və səni çox sevdiyimi əsla unutma.» Mətbəxdəki masadan, salondakı rəfə sevgi dolu qeydləri oxuya-oxuya gələn qadın, sonunda bəzən bir dəstə çiçək, bəzən ən sevdiyi şokoladlar, bəzən də bahalı hədiyyələrlə qarşılaşardı… Aldığı hədiyyənin nə olduğu əhəmiyyətli deyildi onsuz da...
Həyat nə qədər sürətli axsa da, işləri nə qədər çox olursa olsun həmişə bir-birlərinə ayıracaq zaman tapırdılar tapmasına amma 40 yaşların ortalarına gəldiklərində, daha az işləməyə qərar verdilər. Kişi, xəstəxanadan ayrıldı və müayinəxanasında xəstə qəbul etməyə başladı. Qadın da memarlıq bürosunu bağladı və yalnız xüsusi proyektlərdə vəzifə götürdü. Artıq daha çox birlikdə ola bilirdilər.
Bir gün sahildə gəzərkən qadın, üzərində “satılır” lövhəsi asılı olan xarab vəziyyətdə bir ev gördü.
«Necə düşünürsən, bu evi alaqmı?» dedi yoldaşına. «Bu viranəni yıxdırar, möcüzə bir ev edərik. Proyekti beynimdə çəkdim artıq. Böyük terası olan, qağayıları nahara dəvət edəcəyimiz bir dəniz evi edək buranı...»
«Sən istəyərsən də mən heç yox deyə bilərəmmi?» deyə cavab verdi yoldaşı. «Amerikadakı tibb konqresindən qayıdan kimi əlaqə saxlayacam əmlakçıyla… Nə qədər pul olursa olsun, bura bizimdir artıq...»
Amerikaya gedərkən yalnız bir həftə ayrı qalacaqlarını bildikləri halda, hər ikisi üçün ayrılmaları çətin oldu. Hər gün, hər saat danışdılar telefonla…
Gözyaşları içində qucaqlaşdılar hava limanında..
Gözyaşları içində qucaqlaşdılar hava limanında.

Lakin bir neçə gün sonra… ərində bir qəribəlik olduğunu hiss etdi qadın. Əvvəlki qədər xoşbəxt görünmür, danışmaqdan qaçınırdı. Onu sevindirmək üçün, sahildəki evi xatırlatdı və çəkdiyi proyekti verdi qadın amma heç gözləmədiyi bir cavab aldı: «Canım, o ev bizim büdcəmizi aşır. Sən ən yaxşısı o evi unut...»

Bədbəxtlik, xoşbəxtliyin dadına alışmış insanlara daha da ağrılı, daha da çəkilməz gəlir. Qadın, heç bəyənmədi bu gözlənilməz qonağı. Dərdini söyləməsi üçün yalvardı adama. «Bilirsən ki, sənin üçün ölümə də gedərəm… nə olar izah et» deyə dil tökdü boş yerə...
İllərdir sevdiyi adam, laqeyd və sevgisiz biriylə əvəz olunmuşdu sanki. Ona çatmağa çalışdıqca, beton divarlara dəyirdi qadın, hər dəyəndə də daha çox aldanırdı ürəyi...
Bir gün, uşaqlığının, gəncliyinin və bütün həyatının birlikdə keçdiyi rəfiqəsinə ürəyini açarkən; «Artıq dözə bilmirəm, sənə danışmaq məcburiyyətindəyəm» deyə sözünü kəsdi yoldaşı: «O, səni aldadır. İş yerimin tam qarşısındakı restoranda gənc bir qadınla yemək yeyir hər günorta. Sonra qucaqlaşıb minirlər avtomobilə...»
«Sus, sus tez, eşitmək istəmirəm bu yalanları» deyə qışqırdı qadın. Neçə illik rəfiqəsini, onu qısqanmaqla günahlandırdı...
Sabahısı gün, günorta vaxtı o restoranın dərhal qarşısına səssizcə gəldi və pəri nağıllarının, yalnız nağıl olduğunu anladı… Ərinin köhnədən eyni xəstəxanada işlədiyi gənc uşaq həkimini dərhal tanıdı. Ərinin bəzən evlərində qonaq etdikləri bu qadını necə qucaqladığını gördü...
Axşam əri evə gələn kimi, gah qışqırıb, gah ağlayaraq, gah ona sıx sarılıb gah da yumruqlayaraq qışqırdı sifətinə hər şeyi. İnkar etmədi əri… Zamanla duyğuların dəyişə bildiyi, insanların orta yaşa gəldiklərində fərqlilik axtardığı kimi bir şeylər söylədi ağızında və çamadanını götürüb getdi evdən. Qapıdan çıxarkən, «son bir dəfə qucaqlamaq istəyərəm səni» demək istədi amma qadın, «rədd ol» dedi nifrətlə...
İlk məhkəmədə boşandılar… Müasir bir eşq hekayəsinin belə sona çatmasına kimsə inana bilmədi. Dostlarının dəstəyiylə ayaqda qalmağa çalışdı qadın. Keçmiş ərinin, sevgilisiylə birlikdə Amerikaya köçdüklərini öyrəndi. Bəzən tək qaldığında, onu hələ sevdiyini hiss edincə, sevgisinin yerini ən az onun qədər qüvvətli bir duyğu olan nifrətin alması üçün dua edirdi.
Aradan bir il keçdi… Hər şeyin dərmanı olduğu deyilən zaman belə, qadının dərdinə çarə ola bilməmişdi. Bir səhər, israrla çalan zəngin səsiylə oyandı. Qapını açdığında, qarşısında o qadını gördü.
«Sən, bura nə yüzlə gəlirsən» deyə qışqırmaq istədi amma səsi çıxmadı.
«Xahiş edirəm, içəri girməyimə icazə ver, biz mütləq danışmalıyıq.» dedi gənc qadın.
Divana əyləşdi və çətin eşidilən bir səslə danışmağa başladı:
«Heç bir şey göründüyü kimi deyil əslində. Çox təəssüf edirəm… amma o 1 saat əvvəl öldü. Keçən il Amerikadakı konqres əsnasında öyrəndi xəstəliyini və təxminən bir illik ömürü qaldığını… Buna dözə bilməyəcəyini, həmişə söylədiyin kimi onunla birlikdə ölmək istəyəcəyini bilirdi. Səni özündən uzaqlaşdırmaq üçün, məndən sevgilisi rolunu oynamağımı istədi. Ailəsinə də xəbər vermədi. Birlikdə Amerikaya yerləşdiyimiz yalanı yaydı. Halbuki ilk qarşılaşdığınız avtobus dayanacağının qarşısında bir ev tutmuşdu. Müalicə görür və xilas olacağına inanırdı amma olmadı. Gecə halı pisləşibmiş, baxıcısı məni axtardı, son anda çata bildim. Sənə bu qutunu verməyimi istədi...»
Gözlərindən axan yaşları dayandıra bilməyəcəyini bilirdi qadın. Dərhal ordaca ölmək istəyirdi. Əlinə alovlandırılan qutunu açmağa başladı. Etinayla dözmüş bir çox kağız dayanırdı qutuda. İlk kağızda,
«Xahiş edirəm bütün qeydləri sırayla oxu birdənəm» yazırdı..
Sırayla oxudu;
«Səni çox sevdim
Səni sevməkdən heç vaxt bezmədim,
Sənin üçün ölümə gedərəm deyərdin həmişə, doğru söylədiyini bilirdim.
Lakin mənim üçün ölməyini istəmədim.
İndi mənə söz verməyini istəyirəm. Mənim üçün yaşayacaqsan, razılaşdıqmı?»
Son kağızı əlinə alarkən, qutuda bir açar olduğunu gördü qadın… Və son kağızda bunlar yazılı idi:
«Sahildəki evimizi sənin çəkdiyin proyektə görə tikdirdim. Böyük terasta qağayılarla nahar edərkən, mən həmişə səni seyr edəcəyəm...»

6 şərh

Kenan_Elxanoglu
gozlerim yawardi oxuyanda.bele bir sevgi olubmu goresen?ellerine sagliq.
asel
Təşəkkürlər yazıya görə
Venera
Sabina göz yaşları içərisində sənə çox saqol deyirəm
babayeva_sabina
elə mənim də gözlərim yaşardı yazanda
WinRar
Real hadisə əsasında yazılıb bu?