Tükənməz eşqin beş sirri

  • Sevgi
Beş qaydaya riayət etməklə, məhəbbət sonsuza qədər sürərmi? Amerikanın məşhur psixoloqları bu barədə öz qənaətlərini açıqlayıblar. Hər yaş qrupundan olan qadın və kişilərin münasibətlərinin araşdırılması çoxlu faktlar ortaya qoyub. Axtardığını tapmaq, hətta sevmək xüsusi şəraitin olmasından asılıdır.

Cütlüklər arasındakı məhəbbətin uzunömürlü olmasını kim istəməz ki? Sosioloqlar, psixoloqlar və bir sıra başqa peşə sahibləri sevənlər ayrılmasın deyə illərdir ki, tədqiqatlar aparırlar. Bu tədqiqatlarda cütlükləri boşanmağa aparan problemləri axtarıb müzakirə etməyə yox, çox zaman özünü xoşbəxt sayanların üstünlük verdikləri bir üsula müraciət edilib.

Hər bir şəxsi münasibəti araşdırarkən, problemləri öz süzgəclərindən keçirib ayırd etməyə çalışıblar. Bu üsuldan istifadə edən cütlüklər digərlərindən heç də daha ağıllı, daha imkanlı, ya da daha təhsilli deyillər. Sadəcə, daha həyəcanlı eşq həyatı yaşamaqla bərabər, bir-birilərini daha yaxşı başa düşməyə çalışır və bir-birilərinə hörmət edirlər.
   
Sevginizi təzələyin   
Əlbəttə, onu seçdiyiniz üçün birlikdəsiniz. Onunla aranızdakı münasibətlərə müsbət gözlə baxa bilirsinizsə, deməli, ona qarşı təkrar həyəcan duymağa hazırsınız. Görünür, baxışlarından, gülüşündən, zarafatlarından və hərəkətlərindən yenə də əvvəllər olduğu kimi təsirlənirsiniz. Münaqişəli münasibətlər və mənfiliklər təkrar müzakirə edilir. Axı, bir-birini başa düşmək və qarşılıqlı hörmət bəsləmək münaqişəyə qarşı ən yaxşı vasitədir. Əgər «onun səsi xoşuma gəlir» sualına cavab axtarırsınızsa, deməli, müsbət düşünməyə başlayırsınız. Bu yolla sevginizin yenidən dönəcəyi şübhəsizdir.
   
Kiçik anların böyük təsirlərini yaşayan   
Səhər yeməyi süfrəsi arxasında jurnal və qəzetləri ləzzətlə gözdən keçirərkən qadın, yeni filmlərlə bağlı yazını oxudunmu? — deyə soruşur. Kişi, sadəcə, bəli, yenə də qəzetini oxumağa davam edir. Laqeydlik kimi görünsə də, bu, gündəlik romantikanın özüdür. Mütəxəssislərin rəyinə görə, gündəlik həyatın yüzlərlə məqamını yaşamaq, insanları bir-birinə şam işığında baş-başa yeyilən bir axşam yeməyindən daha çox bağlayır.
   
Duyğularınızı bölüşdürün   
Həqiqi cütlük sadəcə yatağını, süfrəsini və pul kisəsini bölüşməklə kifayətlənə bilməz. O eyni zamanda hiss və duyğularını da həyat yoldaşı ilə bölüşür.
Bəzən qadına və ya kişiyə elə gəlir ki, həyat yoldaşına qarşı bəslədiyi duyğu və düşüncələrini dilə gətirməyə o qədər də ehtiyac yoxdur. Lakin siz öz düşüncələrinizi onunla bölüşərsiniz, bu, münasibətləri daha da gücləndirər və ər-arvad arasındakı səmimiyyəti artırar.
 
  
Düzgün mübahisə etməyi bacarmalısınız 
Mübahisə edərkən belə elə mübahisə etməlisiniz ki, sonradan barışmaq lazım gəldikdə çətinlik ortaya çıxmasın.
«Sən, buna təmiz deyirsən?» Onda kim bilir sənin təmizlik haqqında anlayışın nə gündədir?!», ya da «Onsuz da sən, ehtiyacım olan vaxtlarda heç vaxt yanımda olmamısan». Bu cür ittihamları eşidən kimi özünü mənliyinə toxunulmuş hiss edir və özünü müdafiə etmək üçün əks hücuma keçir. Mübahisəni güzəştli aparan cütlüklər sonradan peşmanlıq gətirən sözlər söyləməmək üçün ən az 20 dəqiqə müddətinə otağı tərk edirlər. Qarşınızdakının fikrini həqiqətən anlamağa çalışıb düşüncələrinə hörmət etsəniz, hər şey öz qaydasında olacaq.
   
Eşqin xəritəsini tərtib edin
İş dəyişdirmə, doğum və köçmə kimi taleyüklü məsələlər, bəzilərində gözəl münasibətlərə son qoyduğu halda, digərlərində qarşılıqlı hörmət və məhəbbəti daha da gücləndirir. Ailə həyatına başlayan cütlüklərin 67%-i bu böhranı yaşayır. Həyatı bölüşdüyünüz adamın xəyallarını, ümidlərini və məqsədlərini bilməyiniz onu daha yaxşı başa düşməyinizə kömək edir.

Bu bilgilərdən münasibətlərinizin xoşagəlməz məcraya yönəldiyi vaxtlarda yararlana bilmək üçün sabit, dinc vaxtlarınızda bir «eşq xəritəsi» tərtib edin. Bir-biriniz haqqında məsləhət bildiyiniz qədər çox şey öyrənin. Davranışınızı, münasibətlərinizi bu bilgilər işığında davam etdirsəniz, münaqişə başlamamış onun qarşısını ala bilərsiniz.

0 şərh