Sevgini öldürən 3 səhv

  • Sevgi
Sevgilinizlə aranızda problem varsa, bu səhvləri etməyin…
Bütün sevgilərin arasında hərəsinin özünəməxsus problemləri olur. Lakin bəzi məsələlər var ki, bütün cütlüklər bu hallarla qarşılaşır. 

Mən hər şeyi bilirəm
Bütün problemlərin cavabını bilə bilərsiniz. Lakin mütəmadi olaraq həyat yoldaşınızın səhvlərini üzünə vurmaqla, nəyi eləməli olduğunu söyləməklə onun əsəblərini pozmaqdan başqa işə yaramaz. Onun səhvlərinin tez-tez düzəltməklə öz imicinizi zədələyir və qaşı tərəfin gözündən düşürsünüz. Səbrli olun, özünüzü isə “dahi” kimi göstərməyin. Həm də unutmayın ki, tez-tez səhvi düzəldilən insan fikirini bəyan etməyə çəkinir. Bu zaman isə kişi ilə qadın arasında üsnsiyyət azalır. 

Ünsiyyət qura bilməmək 
Sevginizin davam etməsini istəyirsinizsə, mütəmadi olaraq əlaqə saxlamalı və üsniyyət qurmalısınız. Sizi sıxan hər hansı problem varsa, onu ürəyinizə atmayın, paylaşın. Problemi qarşı tərəfin özünün başa düşməsini gözləməyin. Siz bunu qarşılıqlı oturub müzakirə etməsəniz, o, bunu necə başa düşə bilər? Eyni şey onun üçün də keçərlidir. Əgər onun qəmgin və halsız olduğunu müşahidə edirsinizsə, nə baş verdiyini mütləq soruşun. Unutmayın ki, problemlər insanları bir-birinə yaxınlaşdırır. Dərdləri və problemləri gizli saxlamaq isə sevgililəri bir-birindən daha da uzaqlaşdırır. 

Mütəmadi olaraq özünü müdafiə etmək 
Həyat yoldaşı tərəfindən başa düşülməyən insanlar çox zaman özünü müdafiə taktikasına keçirlər. Mütəmadi olaraq özünü müdafiə etmək ayrılığı da özü ilə birlikdə gətirir. Hər reaksiyaya bəhanə tapmaq və qarşı tərəfin hər hansı hərəkətinə “sən bunu məndən çox edirsən” deyib oxları ona tərəf çevirməklə sizə olan sevgisiniz azadldırsınız. Onu dinləmədən öz fikrini demək münasibətlərə mənfi təsir göstərir. 
 

0 şərh