10 maraqlı görüş ssenarisi

  • Sevgi

Yeni araşdırmalar sübut edir ki, dəbdəbəli həyatın əsiri olmayan cütlüklər hər görüşdə çoxlu pul xərcləyən cütlüklərdən daha xoşbəxtdir. Bəlkə, elə siz də qeyri ənənəvi görüşlər təşkil edəsiniz?

  1. Sərgilərə, yeni mağazaların açılışına gedə bilərsiniz. Orada yeni insanlarla tanış olub, hətta pulsuz kokteyl də içmək olar.
     
  2. Muzeydə eksponatlarla tanış olmaq da maraqlı əyləncədir.
     
  3. Bir öpüşdən mərcə gəlib kart oyunu oynaya bilərsiniz. Yaxşı bəhanədir.
     
  4. Sevdiyin və dostlarınla mafia gecəsi keçir. Səsinizdən yata bilməyən qonşularınızı da dəvət edə bilərsiniz.
     
  5. Flashmob-da rəqs edənlərə qoşulun. Əsas odur ki, gününüz xoş keçsin, yeni insanlarla da tanış ola bilərsiniz.
     
  6. Əzizlərinizdən birinin balaca uşağı ilə parkda gəzişin. Əgər kimsə “Nə gözəl uşağınız var!” desə bolluca gülə bilərsiniz.
     
  7. Filarmoniyanın yanında salınmış parkda gözəl-ab hava var. Kral bağını xatırladan görüntüdən həzz alacaqsınz.
     
  8. Dəniz mövsümü yaxınlaşır. Balaca buterbrodlar hazırla, fotoaparatı kökləyib istirahətə yollanın. 15 dəqiqəlik hazırlıq və əvəzində 3 saatlıq əyləncə.
     
  9. Bir günlük kəndə yollanın. Meşənin içində sakit bir guşədə süfrə açıb bol-bol söhbət edin. Hətta özünüzlə müxtəlif disklər götürə bilərsiniz, onsuzda sakit meşədə heç kimə mane olmayacaqsınız.
     
  10. İçərişəhərin küçələrində əl-ələ gəzişib xəyalınızda keçən əsrdə yaşadığınızı canlandırın. Skamyaların birində əyləşib bolluca söhbətləşin.

0 şərh