Sevgilim, sadəcə mənim olarsanmı?!

  • Sevgi

Sevgilim, sadəcə mənim olarsanmı?

Əlini tutarkən ürəyimdə qopan fırtınanı duyan olarsanmı?

Sevdiyim tərəfindən sevilən olmaq istəyirəm. Səni bərk-bərk qucaqlayıb pıçıltı ilə qulağına «Mən səni sevirəm» deyəndə, «Mən də səni sevirəm» deyən olarsanmı?

Hər zaman yanımda hiss etmək istəyirəm səni. Hər zaman məndə olmağını istəyirəm. Bir ömür ürəyimdə bağlı qalan olarsanmı?

Hər dəfə baxışdıqda gözümdə hər dəfə eyni şiddətdə olan qığılcımı görən olarsanmı?

Bizə qarşı olanlarla sən, mən ayrı-ayrılıqda yox, sevgimiz mübarizə aparsın istəyirəm. Mənə belə bir sevgi verən olarsanmı?

Utanmaqdan qızarmış yanaqlarıma ovucunun içi ilə toxunaraq, Məni öpmək isteyen olarsanmı?

Başını sinəm üstə qoyaraq qəlbimin səsini dinləyən olarsanmı?

Sevgimizin və sənin qarşında diz çöküb həyatının qalan hissəni mənimlə bölüş desəm, həyatının qalan hissəsini mənimlə birləşdirən olarsanmı?

Hər gün yuxu görürəm. Bəzən səni də görürəm… Hər gün yuxumu bəzəyən mələk olarsanmı?

Yuxusuz gecələrimdə səmada yan-yana iki ulduz görürəm, biri mən olsam, digəri olarsanmı?

Bütün bu dediklərimi dildə deyil, ürəkdən dediyimi hiss edən olarsanmı?

Bütün bu istəklərimi istəyən olarsanmı? İndi nə deyirsən, sevgilim? Mənim olarsanmı?

Sevgilim, sadəcə mənim olarsanmı?


 

9 şərh

asel
Qarşı tərəfə istəyinin sözlərlə ən gözəl ifadəsi… Bir sözlə mükəmməl!!!  
azadmamedov90
ehh..hec gerek deyil bu sozlere )) mence- her kesin ureyince olsun onun heyatini bolusdurduyu kes.
 alone.
kayzen123
COX GOZEL SOZLERDI...WEXSEN  BU SOZLERI NISANLIM MENE DESE MEN ONU CVBSIZ QOYARDIM DAHA DOGRUSU CVB VERE BILMEZDIM.(CUNKI COX UTANCAQAM COX.ELE BUNA GORE DE YOLA GETMIRIK))
MisterrrrrMurad
Userler xahish edirem Mene yardim edi..Men bir qizi 6-7aydirki taniyiram ve ondan xoshum gelir onunda menden xoshu geldiyini bilirem,ama biz bir defe bele olsun danishmamishiq.Qiza yaxnilashmaq isteyirem ama alnmir...Komek edin..:(
Gülnar
Neyləyək? Gələk sizin əvəzinizə yaxınlaşaq?:)
MisterrrrrMurad
Okey cox sagolun…
istorik_c
Siz çalışın yaxınlaşın o qıza. Ola bilsin həmin qız sizin bu cür davranışınıza görə gələcəkdə sizi bağışlamasın. Oğlanların əksəriyyəti qıza ilk yaxınlaşmada kompleks daşıyırlar. Səbəblər müxtəlifdir. Çoxlarına elə gəlir ki, dili topuq vursa qız ona güləcək (amma əksinə qızlar belə halı sezdikdə daha çox sevinirlər) və ya ona yox deyəcək. Əsas odur ki, yıxılandan sonra ayağa durasan. Başlıcası cəsarətli olmaqdır. Qalan şeylər ötəridir. İngilislər demişkən cəsarət qələbənin başlanğıcıdır.
azadmamedov90
qəribədir bu həyat,
 nə qədər olsa da qısa ömür, az zaman,
 sevgini bilmir insan,
sevməyi bacarmır insan.
 dünyanı tanımır insan,
insanı azdırıb məhv edən dünyadı bu,
Tanrını unutduran, xəstə edən dünyadı bu!