Məhəbbət və Zaman

  • Sevgi

Qədim zamanlarda bütün duyğuların yaşadığı bır ada varımış: Xoşəxtlik, Kədər, Zənginlik və Məhəbbət də daxil olmaqla bütün hamısı.
Bir gün Adanın batmaqda olduğunu duyğulara xəbər vermişlər və duyğular da adadan köçmək üçün gəmilərini hazırlamışlar.
Deyilənlərə görə Məhəbbət, adada ən axırıncı qalan duyğu olub. Cünki mümkun olan ən axırıncı ana qədər gözləmək istəyib. Adanın batmağına az bir zaman qaldığı vaxt Məhəbbət kömək istəməyi qərara alır.
Onların içərisində ən böyük gəmidə Zənginlik olub!
Məhəbbət: -Zənginlik, məni də yanında apara bilərsən?
Zenginlik:- Yox səni yanımda apara bilmərəm.Çünki gəmimdə çoxlu qızıl, gümüş var! Sənə yer yoxdu.
Həmin vaxt Ümidin çox gözəl bir gəmisi varimiş.
Məhəbbət: -Ümid, bəs sən neçə? Məni özünlə apara bilərsən?
Ümid: -Mən sənə heç cür kğmək edə bilmərəm, çünki mən gətmirəm! Mən axırda ölmək istəyirəm və bu adada qalıram!
Kədər o an məhəbbətə ən yaxın olan duyğu olmuş.
Məhəbbət: Kədər sən də mənə kömək etməyəcəksən? Sən də məni öz yanına gəlməyə qoymayacaqsan? Məni aparmayacaqsan? Göz görə-görə bu adada yalnız buraxıb ölməyimi istəyəcəksən?
Kədər:- Of, Məhəbbət, o qədər kədərlənmişəm ki, o qədər dərdlənmişəm ki, sənin əlindən, yalnız qalmaq istəyirəm.
Bu an Məhəbbətin yanından Sevinc tez- tez qaçaraq keçmiş. Ancaq nə qədər Sevincli olubmuş ki, heç Məhəbbətin onu çağırdığını, ondan kömək istədiyini eşitməmiş.
Birdən kimsə Məhəbbəti səsləmiş: Gəl Məhəbbət! Səni yanıma alacam…
Bu Məhəbbətdən çox-çox yaşda böyük olan birisiymiş. Məhəbbət bu vaxt özünü o qədər şanslı, o qədər sevincli hiss edibmiş ki, heç onu sesleyenin, onu xilas edenin, onu yaninda aparanın kim olduğunu soruşmağı yadından çıxatmiş!
Köhnə adadan qurtlub yeni bir adaya çatanda Məhəbbət adada duşmuş, ancaq onu gətirən isə öz gəmisi ilə yoluna davam etmiş.
Məhəbbət Bilikdən onu gətirənin, onun xilaskarının kim olduğunu soruşmuş.
Bilik ona O, Zaman idi deyərək cavab vermiş.
Məhəbbət: Bilik, Zaman mənə niyə kömək eləsin ki?
Bilik gülərək cavab vermiş: -Yalnız Zaman Məhəbbətin nə qədər böyük olduğunu göstərə bilər demiş

 

0 şərh