Sevginin növləri

  • Sevgi

Ən geniş yayılmış sevgi tipologiyalarına daxildir Dimitri  Li tərəfindən  irəli sürülmüş tipologiya nəzəriyyəsi. Nəzəriyyədə irəli sürülən  tipologiyalar təxminən  807 nəfər arasında aparılan tədqiqatlar əsasında sübuta yetirilmişdir. Beləliklə,  aşağıdakı növ tiplər  göstərilir:

Eros – ehtiraslı, yalnız əylancə məqsədli intriqa oyunu, tam fiziki yaxınlaşmaya meyllik.

Lyudus – gedonostik oyun-sevgi,  heç də daimi olmayan  müvəqqəti xarakter daşıyır, xəyanətə meyllik.

Storqe – sakit, etibarlı və xoş dostluq -sevgi tipi.

Praqma – lyudus və storqe tiplərinin birləşməsindən  təşkil olunub. Şüurlu şəkildə idarə olunan, hesablı sevgi tipi.

Maniya – eros və lyudusun birləşməsindən əmələ gəlib. irrasional sevgi, sevgi obyektindən asılı olmağa meyllik, inamsızlıq və sılılıq nümayiş göstərən tip.

Aqape  – eros və stroqenin sintezi, təmənnasız sevgi, özünüqurban tipi.

Belə fərz  olunur ki, qadınlar üçün daha çox storqi, praqmatik və maniakal tip sevgilər mövcuddur.  Kişilər üçün isə daha çox eros və lyudus sevgi tipləri xarakterikdir.

Eyni zamanda  Robert Sternberq tərəfindən irəli sürülən üçkomponentli sevgi konsepsiyası da  geniş yayılmışdır. Sternderqə görə insan doğulduğu andan etibarən üç əsas xüsusiyyətə sahib olur: intimlik, ehtiras və qərarlıq.

  • İntimlik, yaxud da psixoloji yaxınlıq hissi – başqa bir insana qarşı səmimi yaxınlıq və meyl. Sevdiyi insanın qayğısına qalmaq, ümumi mraqlar və zövqlərin yaxınlığının təşkili istiqamətdə həyat fəaliyyəti.
  • Ehtiras – fiziki yaxınlığa sövq edən meyllikdir, eyni zamanda bura özünəqayğı, özünəhörmət hissinin təlabatı, müdafiə olunmaq hissi və aid olmaq hissi  də daxildir.
  • Sternberqin zirvə komponnti isə qərarlıq xüsusiyyətidir.Bu məsuliyyət hissinin dərk edilməsi halının yaranma tərəfidir. Bu üçlüyün qısamüddətli halı odur ki, insan bir insanı bəyənir, uzunmüddətli hal isə bu sevgi uğrunda mübarizə etməsi və onu qorumasıdır.
Sternberq bu komponentlərin fərqli konfiqurasiyalarını da qurmuşddur. Belə ki, iki insan arasında simpatiyanın olması zamanı intimlik və qərarlıq olsa da ehtiras olmur, buna bacı və qardaşlar arasındakı  münasibətləri misal göstərmək olar. İntimlik və ehtirasın olmadığı münasibətlərə Stenberq platonik sevgini və fanatların sevgisini misal göstərir. Yalnız hər üç komponentin olması ilə səciyyələn sevgi həqiqi sevgi kimi qəbul olunur.

Mənbə: PCC jurnalı
Baxışlı Elnarə

2 şərh

Anik
çox marağlıydı təşəkkülər
Someone
Birinic dəfə idi oxuyuram bu haqda maraqlı oldu. Amma bu qədər professional olmasa da, tipindən, xarakterindən bir az diqqətli olsan təxmini bilmək olur ki,  bu insan necə münsibət qurmaqa meyilli biridir