Məhəbbət anlamı

  • Sevgi

Emosional münasibətlərin inkişafında məhəbbət fenomeni özünəməxsus yer tutur. İnsan həyatında məhəbbət hissinin əhəmiyyəti və yeri bütün zamanlar üçün aktual olduğu qəbul edilmişdir. O zaman sual meydana çıxır; Bəs məhəbbət nədir?

Öncə onu qeyd edək ki, məhəbbət psixoloji analiz üçün son dərəcə mürəkkəb obyektdir. Psixologiyada bu fenomenə müxtəlif yanaşma tərzi vardır. Bəzi psixoloqlar məhəbbəti ali hiss, bəziləri isə insanların eynilikdən yorularaq uydurduqlarını qeyd edirlər.

Qeyd etmək lazımdır ki, məhəbbət təkcə hiss deyil, eyni zamanda başqasını sevmək qabilliyyəti, eləcədə sevilmək imkanıdır. Eyni zamanda məhəbbət insanlar arasında elə münasibət formasıdır ki, burada bir insanın digərlərindən üstün olması, bir insanın digərinə tabe olması yol verilməzdir. Həqiqi, qarşılıqlı məhəbbət zamanı hər iki tərəf bərabərdi. Biri digərinə özünü qurban vermir, heç kəs heçnə itirmir əksinə, yalniz qazanır. Bu məhəbbətin qanunudur.

Məhəbbət duyğuları müxtəlifdir. Sozsuz ki, insanların duyğuları və həyata baxışları fərqli olduğundan, sevgiləri də müxtəlif olur. Məhəbbət hissdirsə onun sönmə xüsusiyyəti varmı?

Tədqiqatçı psixoloqlar buna müxtəlif tərəfdən yanaşmışlar. Əlbətdə, bir az düşünsək, görərik ki, bütün hisslərdə sönmə xüsusiyyəti vardir. Deməli məhəbbət də hiss olaraq sönməyə məruz qala bilər. Bunu qorumaq daha çox insanın fərdi xüsusiyyətindən, dünyagörüşündən, həyata baxışından asılıdır. Biz məhəbbət bəslədiyimiz bir insanın mənfi xüsusiyyətlərini qəbul edib,onu bağışlaya bilərikmi? Müşahidə və anket sorğuları göstərirki, sevən bir kəs əks cinsin ruhunu sevir o səbəbdən də ilkin mərhələdə onun mənfi xüsusiyyətlərin görmür. 

Məşhur filosof Hyutonun sözüylə desək, ”Sevilənin qüsurunu xoş görməyən, sevmir deməkdir”. Məhəbbətsiz yaşamaq olarmı? Mütəfəkkir Madam – de – Suderiya qeyd edirdi ki,“İnsan sevməyə başladığında, yaşamağa da başlar”.

Məhəbbəti anlamaq üçün var olan dillərdən başqa bir dil də istər. O isə Sözlə ifadə olunmayan İlahi hissdir. Məhəbbət bəlkə də Allahın bəndələrinə bəxş etdiyi ən gözəl bir hissdir. Təəssüflər olsun ki, onun qiymətini hamı bilmir. Gəlin sevgimizə sahib duraq!

Fidan Ağayeva 

loading...

0 şərh