Məşhur məşuqlar

  • Sevgi
Məşhur məşuqlar – bu ifadə daha çox kişilərə aid edilir. Çünki qadınlar intim münasibətə daha həssas yanaşırlar. Məşhur məşuqlar sevgi yaşayan kişilər deyil. Çünki “məşuq” sözü kişi və qadın arasındakı intim münasibətləri tam ifadə etmir. Məsələyə ciddi yanaşsaq, kimi məşuq adlandırmaq olar? Onlar üçün daimi sevgi münasibətləri bir həyat tərzidir axı… Fəqət bunun adını sevgi qoymaq olarmı?

XX əsrin məşuqları kim olub? – Əlbəttə ki, Cakomo Kazanova, VIII Henrix, kardinal Rişelye və XIV Lüdovik, Viktor Hüqo, Aleksandr Düma, Modilyani, Dali, Çarli Çaplin və Marçello Mastroyanni bu siyahıda mütləq yer almalıdırlar…

Ən bacarıqlı məşuq 
Çin imperatoru Yandi məhəbbət, daha doğrusu, seks sahəsində öz “yaradıcılığı” ilə şöhrət qazanıb. Onun yataq səhnələrində yeddi arvadı və yetmiş iki saray qadını iştirak edirdi. İmperator səyahət edərkən onun karvanında on araba və onların hər birində çılpaq gözəllər olurdu. 

Lüdovik XV
Sevgi məsələlərində bütün fransız monarxlarını vurub-keçib. Onun ən məşhur məşuqəsi markiza de Pompadur olub. Lakin bununla yanaşı, saraydakı kənizlərinin sayı da az olmayıb...

Cakomo Kazanova
Bu insan haqda kitablar yazılıb, filmlər çəkilib. Xarici görünüşcə bir o qədər yaraşıqlı olmasa da, o, ən məşhur, ən romantik məşuq sayılır. Kazanova, həqiqətən, qadınları sevib, qadınlar isə öz növbələrində onun bu sevgisini cavabsız qoymayıblar. O, bu haqda kifayət qədər detallı və səmimi xatirələr yazır. Ancaq sonda, məşhur məşuq tənhalıq və kasıbçılıq içində vəfat edir. 

Markiz de Sad
Lap qaniçən olmasa da, “sadizm” onun “əl işi”dir…  

I Pyotr
Dəhşətli dərəcədə qısqanc olub, seksual həyatda isə hədsiz ehtiraslı… Birinci Pyotr ən çox alman və digər avropalı qızları sevib. Cənublu xanımları isə sevmirdi, belə ki, onların ehtirası və yelbeyinlikləri onda qısqanclıq hisslərini alovlandırırdı. Onun ölümünə səbəb banal sifilis xəstəliyi olur.

Lavrentiy Beriya
Dahi məşuqdan çox dahi zorlayan təqdim etsək, daha düzgün olar. Bu sahədə ona rəqib olan tapılmaz. Beriya üçün qadınları xüsusi təlim keçmiş insanlar seçirdi...

Çarli Çaplin
Gənc qızları sevirdi. Təkcə sevmirdi, onlarla evlənirdi də. Bütün bunlara görə, həyatında çoxlu problemlər yaşayıb. Çünki gənc xanımlar onun pullarını sevirdi. Çarli yalnız yaşlı vaxtında onu həqiqətən sevən — həyatının qadınını tapır... 

Cimmi Hendriks
28 il ömür sürsə də, həyatında mindən çox qadın olub... 

Con Kennedi
Con Kennedinin sevgi macəraları barədə də danışaq. Deyilənə görə, onun Merilin Monro ilə münasibəti aysberqin hələ görünən tərəfi olub. Ağ evdə akreditə olunmuş katibələr, jurnalistlər…
Kennedinin təşkil etdiyi çoxsaylı “sevgi əyləncələri”ndə Ağ evin əməkdaşları da iştirak edirdi. Tədqiqatçılar söyləyirlər ki, Con Kennedinin (fahişələr də daxil olmaqla) bir neçə yüz tərəf müqabili olub. Və bütün bunlar praktiki olaraq, onun gözəl həyat yoldaşının gözləri önündə baş verib. 

Hyu Hefner
Ancaq ən görkəmli pleyboy eyniadlı jurnalın təsisçisi Hyu Hefner olub. O, bir dəfə söyləmişdi ki, onun yatağından iki mindən çox qadın keçib. Bu həqiqətdir yoxsa yalan? Maraqlı sualdır... 

Hulio İglesias
Ən məşhur qadınsevərlər arasında gözəl səs sahibi Hulio İglesiasın da adı var. İfaçı özü həyatında olan qadınların sayının 500 olduğunu iddia etsə də, şayiələrə görə, qadınların sayı iddia olunduğundan qat-qat çox olub. Hulionun ilk həyat yoldaşı fillipinli gözəl İzabel əri ilə ayrıldıqdan sonra, 1979-cu ildə jurnalistlərə boşanmalarının səbəbi kimi Hulionun qadınlara olan hədsiz sevgisi olduğunu açıqlayır. Və əlavə edir ki, Hulionun xəyanətlərinə hətta ən səbrli qadın da dözə bilməz...

Hulio İglesias özü isə qeyd edir ki, qadınların qarşısında baş əyir və hətta sevgiyə görə ölməyə belə hazırdır. İfaçının fikrincə, qadınları ələ almağın yeganə yolu — varlı olmaq, tanqo rəqsini bacarmaq və sevmək, sevmək, sevməkdir. 

Tərcümə: Aytən Cavanşir
 

0 şərh