4000 illik sevgi şeiri

  • Sevgi
1889-cu ildə Bağdadın 150 km yaxınlığındakı Şumer şəhəri Nippurda bir tablet tapıldı. Bu tableti 1955-ci ildə amerikalı şumeroloq Samyuel Kramer deşifrə etdi. Həmin tabletdə bir sevgi şeiri vardı, şeirin hekayəsi belədir: Şumer inancına görə torpağın bərəkətli və məhsuldar olması üçün gərək kral ildə bir dəfə Bərəkətə və Sevgi ilahəsinin yerinə, bir rahibə ilə evlənsin. Böyük ehtimalla tabletdəki şeir də kral Şusin ilə evlənmək üçün seçilmiş gəlin tərəfindən törəndə oxunmaq üçün yazılıb.

Şumer şairi Ludingirranın şeiri:
Damadım, qəlbimin sevgilisi,
Gözəlliyin böyükdür, baldan dadlıdır
Aslanım, qəlbimin qiymətlisi,
Gözəlliyin böyükdür, baldan dadlıdır.
Mənim qiymətli sığallarım baldan dadlıdır
Yataq otağında bal doludur,
Gözəlliyinlə zövqə dalaq,
Aslanım, səni sığallayım
Mənim dəyərli sığalım baldan dadlıdır.
Damadım məndən zövq aldın
Anama de sənə gözəl şeylər verəcək,
Atama de sənə hədiyyələr verəcək
Sən məni sevdiyin üçün.
Mənə sığalını lütf et
Mənim tanrım, mənim qoruyucum.
Tanrı Ellilin qəlbini məmnun edən Şusinim
Lütf et mənə sığalını.


0 şərh