Sona doğru gedən münasibəti necə xilas etməli?

  • Sevgi
Ünsiyyət qurun
Ünsiyyət bitdiyində münasibət də sona doğru getmiş olar. Məhz buna görə bitməyə doğru gedən bir münasibətdə yenidən dialoq qurmağa çalışın. Dialoq əsasında bir-birinizin sözünü kəsmədən dinləməyi bacarmaq lazımdır.

Empatiya qurun
 Empatiya qurmağı bacarmaq problemin öhdəsindən gəlmək üçün uzun bir yol qət etmək deməkdir. Çünki özünüzü onun yerinə qoyub, hər şeyə onun şərtləri yönündən baxsanız, hər şeyin tamam fərqli göründüyünü görəcəksiz. Sondan asılı olaraq ona “elədi, düz deyirsən” deməyi bacarmalısan.

Kiçik sürprizlər təşkil edin
 Evliliklərin, ya da münasibətlərin bitmə nöqtəsinə gəlməsinin ən əsas səbəblərindən biri monotonlaşmadır. Halbuki, kiçik sürprizlərlə münasibətinizi rəngləndirə bilərsiz. Ondan xəbərsiz kinoya getmək üçün bilet alın, şam yeməyi üçün restoranda yer təyin edin.

Fərdi yaşamınızı yeniləyin
Bəzən tərəflərin qarşılıqlı bölüşəcəyi bir şeyi qalmadığından münasibətlər sıxıcı hal alır. Həyatınızın rejimini pozun. Həyatınıza yeniliklər qataraq sevgilinizə danışacağınız o qədər şeylər olacaq ki! Rəqs kursuna getmək, tək başına səyahətə çıxmaq, qəribə bir hobbiyə sahib olmaq kimi.

Seks həyatınızı rəngləndirin
 Bir münasibətin təməlini sevgi qədər yaxşı cinsi münasibət də təşkil edir. Seks həyatı canlılığını itiribsə, münasibətiniz də monotonlaşar. Ya da münasibətiniz adi hal alıbsa, seks həyatınız da montonlaşacaq. Seks həyatı ilə bağlı fantaziyalar qurun, sevgilinin yataqdakı istəklərinə açıq olun, o günə qədər etmədiyiniz sürpriz bir dəyişikliklə sevişmənizi dadlandıracaq fərqliliklər sınayın.
 

0 şərh